booked.net

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Qaleybuğurd kəndində keçirilib


Şamaxı rayonunun Qəleybuğurd kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı kənd sakinlərinin kənddaxili yolların və elektrik xəttlərinin təmiri ilə bağlı müraciətləri dinlənilib. Qaldırılan digər şəxsi məsələlərin tez bir zamanda həll olunması istiqamətində  aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff