YAP Şamaxı rayon təşkilatının inzibati binasında "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş “Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Rayon ictimaiyyəti, idarə, müəssisə rəhbərləri və gənc partiya üzvlərinin iştirakı ilə keçirilən tədbir Qurtuluş Gününə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional filialının müdiri Rövşən Məmmədov, Şamaxı rayon Statistika İdarəsinin rəisi Azər Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı rayonu üzrə təhsil sektorunun müdiri Məsud Babayev hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasının milli dövlətçilik quruculuğunda ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıblar.








Şamaxıda "15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş “Milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” adlı tədbir keçirilib
Date :14-06-2024, 20:56
    Views :828
Share
    
    
        
    
    
    
 Other news
 
 
 
Most readers
1/5
10:46
"Ey xalqım, bil ki, sən mənim canım, ruhumsan,  Hər sözüm, hər nəfəsim sənin yolunda yazılsın."
    
    
    
    
    
    
    
    
    
    
    
    
10:51
Azərbaycan–Qazaxıstan münasibətləri: strateji tərəfdaşlıq və qardaşlıq birliyinin yeni mərhələsi
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
    
10:25
Şamaxıda dünya mətbəxləri bir arada – Beynəlxalq Barbekü Festivalı böyük maraqla qarşılandı  REPORTAJ
    
    
    
    
    
    
