booked.net

Şamaxıda QHT-lərin 5-ci inkişaf və mübadilə proqramı keçirilir


Bu gündən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı”na başlanılıb.
"Şirvan.az" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən proqramda 100-ə yaxın QHT-dən təmsilçilər iştirak edir. 3 gün ərzində Şamaxı Tədris Mərkəzində davam edəcək proqramda layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılacaq. Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib, bu proqramlarda indiyədək 350-dən çox QHT iştirak edib.
Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff