booked.net

Prezident İlham Əliyev: ” Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”


Azərbaycan-Slovakiya dostluq əlaqələrinin mövcudluğu hər iki ölkə üçün böyük  önəm kəsb edir. Hazırda diplomatik münasibətlərin yeni məzmunla  zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. 
Ötən il ölkəmizin Bratislavada fəaliyyətə başlamış səfirliyi  Slovakiya-Azərbaycan münasibətlərinin  genişləndirilməsinə mühüm töhfə verir. Xalqların mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səy göstərilir.

“SLOVAKİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNDƏ YENİ SƏHİFƏ AÇILIR VƏ ÜMİD EDİRƏM, BİZİM MÜŞTƏRƏK YOLUMUZ ÇOX UĞURLU OLACAQ”
Prezident İlham Əliyevin cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatla çıxış edərək, Bu gün Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gün olduğunu bildirən dövlətimizin başçısı imzalanmış sənədlər haqqında fikirləriini bölüşüb: “Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.
Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq”.
Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələlərin müzakirə edildiyini söyləyən Prezident İlham Əliyev  siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədiyini bəyan edib:” Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.
Bildiyiniz kimi, bu gün imzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir”.
Energetika  sektorundakı əməkdaşlığın  geniş müzakirə edildiyini diqqətə çatdıran dövlətimizin başçısı xatırladıb ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. “Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

“İŞĞALDAN AZAD EDİLMİŞ TORPAQLARDA ƏN MÜASİR STANDARTLARA CAVAB VERƏN “AĞILLI ŞƏHƏR”, “AĞILLI KƏND” KONSEPSİYASI ƏSASINDA SLOVAKİYALI MÜTƏXƏSSİSLƏR TƏRƏFİNDƏN GÖRÜLƏCƏK İŞLƏR, ƏLBƏTTƏ Kİ, ORAYA QAYIDACAQ İNSANLARI SEVİNDİRƏCƏK”
Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”.
Azərbaycanda qaz hasilatı artdığını, yeni yataqlar kəşf olunduğunu və o yataqlarda istismara başlanıldığını vurğulayan dövlətimizin başçısı eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Müzakirələr zamanı ticarət dövriyyəsinin artırılması istiqamətində aparılacaq işlərə də diqqət yetirildiyini qey edən Prezident İlham Əliyev  bu gün (dünən-red.) keçirilən  Slovakiya-Azərbaycan biznes forumundan söz açıb və vurğulayıb ki,  onlarla slovakiyalı iş adamı Azərbaycanda səfərdədir. “Bir çox sərmayə layihələri də müzakirə edilir. Bu gün bu məsələlər də müzakirə edildi və hər iki tərəfdən buna, necə deyərlər, yaşıl işıq yandırılmışdır.
Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, əlbəttə ki, oraya qayıdacaq insanları sevindirəcək”.

“SLOVAKİYA VƏ AZƏRBAYCAN BU GÜN SUVERENLİK VƏ LƏYAQƏT ƏSASINDA QURULMUŞ SİYASƏTLƏ İDARƏ OLUNURLAR”
Müzakirə edilmiş gündəliyin kifayət qədər geniş olduğunu söyləyən dövlətimizn başçısı Baş nazirlə birinci şəxsi tanışlığı oldu\unu vurğulayıb. Dövlətimizin başçısı bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsinin aparıldığını və burada da fikir ayrılığı olmadığını diqqətə çatdırdı. “Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.
Bir daha, hörmətli cənab Baş nazir, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz xoş keçəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə imzalanmış Azərbaycan-Slovakiya sənədlərinin hər iki ölkə üçün mühüm əhəmiyyəti var. “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkə arasıda əlaqələrin daha da genişləndirilməsində böyük rol oynayacaq.
Azərbaycan-Slovakiya münasibətlərinə gəlincə Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. AR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff