booked.net

Səyyar qəbul-görüşlər davam edir


Şamaxı RİH başçısının növbəti səyyar qəbulu rayonun Qızmeydan və Pirbəyli kəndlərinin sakinləri ilə keçirilib.
Qızmeydan kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kəndlərin sakinləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərdindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı kəndlərin sakinləri tərəfindən Qızmeydan kənd əhalisinin su təminatının yaxşılaşdırılması, Pirbəyli kəndinin isə qazlaşdırılması və kənddaxili yollarının təmiri əsas məsələlər kimi vurğulanıb. Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff