booked.net

Şəxsiyyəti müəyyənləşdirilən daha dörd itkin şəhid dəfn olunacaq



Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
 
"Şirvan.az" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
 
Bildirilib ki, sentyabrın 20-də hərbçilər Məmmədov Mübariz İlyas oğlu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Qəhrəmanov Bilal Qəhrəman oğlu Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn olunacaqlar.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff