booked.net

20 noyabr Ağdam Şəhəri Günüdür


“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev.

BİZ TARİX YAZIRIQ, YENİ TARİX. XALQIMIZIN, ÖLKƏMİZİN YENİ ŞANLI TARİXİNİ YAZIRIQ. BU, ZƏFƏR TARİXİDİR
44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.”
Müraciətdə deyilirdi: Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.
Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı müəyyən olunub ki, ilk qədim insanlar bu ərazidə altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.
1930-cu ildə yaradılan, sahəsi 1094 kvadrat km olan Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində- Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən biri olan Ağdam xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidəsi qeydə alınıb.
Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
Tarixin sonrakı dönəmində Şimali Azərbaycanda ilk dövlət qurumlarından biri formalaşmağa başlayır- Albaniya quldar dövləti.
Tarixi mənbələrdən məlum olur ki, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu fakt da Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Ötən əsrin 80-ci illərinin sonlarında məkrli qonşumuzun Azərbaycanın Qarabağ bölgəsindən ərazi iddiaları ilə başlayan cinayətləri, talanları, qətlləri getdikcə böyüyüb ətraf rayonlarımızı da əhatə etdi.
23 iyul 1993-cü il tarixində Erməni Silahlı Qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər rayonun 846,7 kvadrat km sahəsini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.
Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı kəndlərində vəşhicəsinə talan, qarətlə məşğul olduğunu sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.
Ağdam şəhərində Cümə məscidi, məşhur Çörək muzeyi, Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki XIV əsrin yadigarı – daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, Xaçındərbətli kəndindəki el arasında “Sarı Musa türbəsi” adlanan Xaçındərbətli abidəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Pənahəli xanın imarəti, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb məhv edilib. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi.
Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri yerlə-yeksan ediblər. Müharibə nəticəsində Ağdam rayonun 538 şəhid verib 587 sakin isə əlil olub. Ağdamda doğulub böyüyən və Qarabağ müharibəsində canını fəda edən 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır.
BMT-NİN TƏHLÜKƏSİZLİK ŞURASININ QƏBUL ETDİYİ 853 SAYLI QƏTNAMƏ
Doğrudur, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara, konvensiyalara məhəl qoymadı, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirdi.
Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.
10 NOYABR 2020-Cİ İL TARİXLİ BƏYANATIN GÜCÜ – İŞĞALÇI ERMƏNİSTAN QÜVVƏLƏRİN AĞDAMDAN ÇIXARILMASI
Bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin qətiyyəti, məqsədyönlü uğurlu daxili və xarici siyasəti, xalqımızın, Ordumuzun birliyi, həmrəyliyi sayəsində beynəlxalq qanunların aliliyi və tarixi ədalət bərpa edildi. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, həm də Azərbaycanın müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanması demək idi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
Dünya erməni vandalizminə şahid oldu. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bu haqda belə demişdi: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.
2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.
Ağdam rayonunun işğaldan azad olunması ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bir hadisədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bunu söyləməyə əsas verir
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdi. Prezident Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev o zaman demişdir: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” Qarbağda qələbəmizin ilk günlərindən baş-lamış bərpa prosesinin ilk irimiqyaslı layihəsinə – Ağdamın bərpasının baş planının icrasına start verilib. Prezident İlham Əliyevin iştirakı ilə rayonun özündə, erməni vandallarının tarmar etdiyi şəhərdə bu möhtəşəm layihənin layiqli təqdimatı keçirildi.
Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda çox böyük və genişmiqyaslı quruculuq işləri sürətlə aparılır və burada yüzlərlə iş yeri açılacaq və əhalinin məşğulluğu təmin ediləcək. Xüsusilə Ağdamda yaradılan aqrar sənaye parkı burada kənd təsərrüfatı məhsullarının yetişdirilməsində önəmli rol oynayacaq. Bu park 190 hektar ərazidə tikilir və Ağdam şəhərinə çəkilən əsas avtomagistral və dəmir yolu kommunikasiyalarının kəsişməsində yerləşir. Prezident İlham Əliyev 2021-ci ilin ilin mayın 28-də Respublika Günündə Ağdama səfəri zamanı deyib ki,   “Biz elə bir şəhər, elə elə bir Ağdam quracağıq ki, bütün dünyaya nümunə olacaqdır.”
Azad edilmiş ərazilərin inşası və bərpası, əsasən onların minalardan təmizlənmə sürətindən də asılıdır. Artıq təmizlənmiş ərazilərdə tikinti işləri tam sürətlə gedir. Hazırda Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, regionun 20-dən çox yaşayış məntəqəsini əhatə edəcək dörd zolaqlı Bərdə-Ağdam avtomobil yolu işlək vəziyyətdədir. Bu yol Qarabağ iqtisadi rayonuna yeni nəfəs verəcək və regionda iqtisadiyyatın tezliklə bərpasının təməlini qoyacaq.
Hər il 20 noyabrını Ağdam şəhəri günü kimi qeyd etməklə bu tarixi qələbəni yaşadacaq, ağdamlıların ağ gününü dünyaya yayacağıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr sürətlə həyata keçirilir.
Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  23.11.2020-ci il tarixli səfərində , Ağdam şəhərində Dövlət Bayrağının ucaldıb və dağıdılmış Ağdam Cümə məscidini ziyarət edib.
Ölkə başçısının 28.05.2021-ci il tarixli səfəri  zamanı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Ağdam şəhərində ilk yaşayış binasının təməlqoyma, Ağdam Sənaye Parkının təməlqoyma mərasimlərində, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıqı olub. Azərbaycan Prezidentinin Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin təməlqoyma, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma, Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimləriinin, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanış olması yadda qaldı.
Prezident İlham Əliyevin 13.02.2022-ci il tarixli səfəri  Ağdam Sənaye Parkında iki müəssisənin təməlqoyma, “Park Forest Otel Ağdam” mehmanxanasının təməlqoyma, Yeni yaşayış kompleksinin təməlqoyma mərasimləri, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıq, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə və Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlığı mühüm əhəmiyyət daşıyıb.
Dövlər başçısının 04.10.2022-ci il tarixli səfəri zamanı Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanışlıq, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma, Xıdırlı kəndinin təməlqoyma mərasimi, Kəngərli kəndinin təməlqoyma, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak edib. Ölkə rəhbərinin həmin gün Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıqı, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi, Növbəti yaşayış məhəlləsinin təməlqoyma, Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma və    Sarıcalı kəndinin təməlqoyma mərasimləri təməlqoyma mərasimlərinin keçirilməsi xalqımızın yaddaşına xoş anlarla əbədi həkk olundu.
Prezident İlham Əliyevin 15.10.2023-cü il tarixli səfəri zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıqı isə böyük abadlıq-quruculuq işlərinin davamı olmaqla yanaşı, burada görülən işlərin sürətlə aparıldığını bir daha təsdiqləmiş olur.
Dövlət başçısının  24.12.2023-cü il tarixli səfəri zamanı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının və Bərdə-Ağdam avtomobil yolunun açılışı xoş anlarla yadda qaldı. Ağdam şəhərində salınacaq beşinci yaşayış kompleksinin, Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin, Ağdam şəhər Mərkəzi parkının, Ağdamın Qiyaslı kəndinin, Ağdam rayonunun Salahlı Kəngərli kəndinin və Baş Qərvənd kəndinin təməlqoyma mərasimləri olub. Ağdamda “İmarət” Kompleksində aparılan təmir-bərpa işləri ilə  və Ağdam şəhərinin daxili yollarında aparılan işlərlə  tanışlıq bu şəhərin işğaldan azad edildiyi qısa zaman içində necə sürətlə inkişaf etdiyini göstərdi.
25.04.2024-cü il tarixində Azərbaycan və Qırğızıstan prezidentlərinin Ağdam şəhərinə səfəri iki ölkə arasında qardaşlıq bağlarının sarsılmaz olduğunu göstərdi.   Həmin gün Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində və Ağdam Konfrans Mərkəzi ilə tanışlığı olub. Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak edib. Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi keçirilib və  Ağdamda Şahbulaq qalasına baxış olub. Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar edib.
Dövlətimizin başçısı 28.05.2024-cü il tarixli səfəri zamanı  Ağdam rayonunun Tağıbəyli kəndinin, Güllücə kəndinin, Ağdam rayonunun Nəmirli kəndininin və Şotlanlı kəndinin təməlqoyma mərasimlərində iştirak edib.
Prezident İlham Əliyevin 19.09.2024-cü il tarixli səfəri  Ağdam rayonunun Eyvazxanbəyli kəndinin  və Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimi olub. Ağdamın Kəngərli kəndində,  Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə və  Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlığı olub. Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq, yeni zavodların açılışları, Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı, “Aghdam City Hotel”in açılışında iştirak edib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff