booked.net

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi Şamaxının qonağı olub


07 aprel 2025-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə Şamaxı rayon Ə.Xaqani adına  Mədəniyyət Mərkəzində tədbir keçirilib. Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin təşkil etdiyi tədbirdə Şamaxı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları və rayon ictimaiyəti iştirak edib.
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim heyətindən ibarət xor kollektivi və instrumental ansamblın solistlərinin ifalarından ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff