booked.net

Şəhriyar qəsəbəsində səyyar qəbul keçirilib


Şəhriyar qəsəbəsi, 04 dekabr 2025-ci il

Şamaxı Rayon İcra Hakimiyyətinin növbəti səyyar qəbulu rayonun Şəhriyar qəsəbəsində keçirilib. Qəbula təhsil, səhiyyə, mədəniyyət sahələri və xidmət təşkilatlarının rəhbər işçiləri ilə yanaşı qəsəbə sakinləri də qatılıblar.

Qəbul zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək son illər ölkədə və rayonda aparılan quruculuq-abadlıq işlərindən, həmçinin kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrasından danışıb.

Səyyar qəbulda əsasən su və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı müraciətlər səslənib. Həmçinin qəsəbədə yeni yaşayış massivlərinə gedən küçələrin çınqıl örtüklə təmin edilməsi və fərdi yaşayış evləri üçün torpaq sahələrinin ayrılması məsələləri müzakirə olunub. Qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff