booked.net

Şamaxıda FHN işçilərinin peşə bayramı və 20 illik yubileyi qeyd olunub


16 dekabr 2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı və Nazirliyin yaradılmasının 20 illiyi münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, FHN-in regional və rayonda fəaliyyət göstərən struktur bölmələrinin rəhbər şəxsləri və əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin Şamaxı rayonunda yerləşən “N” saylı hərbi hissənin rəhbərliyi və şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff