booked.net

Şamaxıda Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərgi keçirilib.


Şamaxı Yaradıcılıq Mərkəzində Azərbaycanın Xalq Rəssamı, professor, Azərbaycan Respublikasının  Prezidentinin Fərdi təqaüdçüsü Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyətinin 55 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsirləri nümayiş olunub.
Mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyev, Əməkdar jurnalist, ATV kanalının bədii şura sədri Etibar Babayev və “Letterpress” nəşriyyatının direktoru Cabir Əsədov yubilyarı təbrik etdilər və ona yaradıcılıq uğurları arzuladılar.
Bölgələrdə yaşayan yaradıcı gənclərin Azərbaycanın tanınmış yaradıcı simaları ilə tanış olması və işlərindən bəhrələnməsi, onların estetik tərbiyəsinə müsbət təsirin artması məqsədi ilə keçirilən bu tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılandı.
Qeyd edirik ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff