booked.net

Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirəcək


Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirə keçirilib.
Cənab Prezident İlham Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın apardığı siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahibdir və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq.
Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi Azərbaycana olan hörməti daha da artırıb. Çıxışı zamanı dövlət başçısı qeyd edib ki, Bakıda KOP29 Konfransının keçirilməsi qərarı  beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Bu qərarın antiterror əməliyyatının iki ay yarım sonra qəbul olunmasıını önəmini vurğulayan Prezident İlham Əliyev  əlavə edib ki, bununla bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə edib, lakin  antiterror   əməliyyatından sonra  bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız iddihamlar   irəli sürüb.
“Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.”
Bəzi hallarda  beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birliyin  30-40 ölkədən daha çox olduğunu deyən dövlət başçısı, Azərbaycanın Qoşulmama Hərəkatına dörd il ərzində uğurlu sədrliyini misal çəkərək, qeyd edib ki,  burada dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdirsə KOP-29  Bakıda keçirilməsi üçün bütün dünya ölkələri bu dəstəyi göstərib.
“İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.”
COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Prezident İlham Əliyev dərhal bütün hazırlıqlar işlərinə start verilməsini tapşırıb. Hazırlıq üçün  11 aydan az vaxt olduğunu deyən dövlət başçısı, KOP29 -da Azərbaycanın  yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edib. Prezident  İlham Əliyev vurğulayıb ki,  Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, Azərbaycan  gündəlik yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff