booked.net

Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir


Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev   cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində  çıxış edərək dekabrın 17-də Serbiyada keçiriləcək parlament və bir sıra məntəqələrdə bələdiyyə seçkiləri ilə əlaqədar Prezident Vuçiçə rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edildiyini bildirib. Dövlət başçısı çıxışında Azərbaycanın Serbiya və Bolqarıstanla münasibətlərindən danışıb. Qeyd edib ki, hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.
İnterkonnektorun fəaliyyətə başlaması Serbiya və Bolqarıstanın ererji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycanında qaz ixracı coğrafiyası dahada genişlənir. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində starteji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını xatırladan Prezident İlham Əliyev qeyd edib ki, bu Memoranduma görə Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstəriri ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına   qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq. Bu da  Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
“Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir….Bizim çox genişmiqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. “
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir deyən ölkə rəhbəri  Azərbaycanın  Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlandığını bildirib. 2021-ci ildə   Bolqarıstana 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çoxdur. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır. Dövlət başçısı ölkəmizin enerji sahəsində gələcək planları barədədə məlumat verib.
“Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və Anlaşma Memorandumları imzalanmışdır.”
Serbiya- Bolqarıstan və bir neçə Şərqi Avropa qurupuna daxil olan ölkələrin COP29 bağlı Azərbaycanın namizədliyinin COP29 konfransının  Bakıda keçirilməsinin dəstəklənməsi  dostluğumuzun nümunəsidir.
Prezident İlham Əliyev qeyd edib ki, bu həmçinin onu göstəriri ki, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.
Bolqarıstan Prezidenti Rumen Radevinin çıxışında Azərbaycan ilə əlaqədar səsləndirilmiş vacib mesajlar da diqqət çəkdi. Prezident Rumen Radevi qeyd etdi ki: “Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir”. Vurğuladı ki: “Bu gün bizim layihəmiz Avropanın enerji xəritəsini dəyişdirir. Çünki interkonnektor yalnız bizim ölkələr üçün deyil, bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir”. Bildirdi ki: “İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bizim on il öncə anlaşmamız var idi. O vaxt biz nə Avropadan, nə də ki, Azərbaycandan fiziki qaz qəbul edə bilmirdik. Mən Prezident Əliyevə təşəkkürümü bildirmək istəyirəm. O sübut etdi ki, Bakı bütün anlaşma və razılıqlara ciddi yanaşır”. Diqqətə çatdırdı ki: “Baxmayaraq ki, on il öncə mühüm dəyişikliklər olmuşdu. Mən avropalı həmkarlarla görüşlərimdə hər dəfə bildirirəm ki, Azərbaycan etibarlı tərəfdaşdır”. “Biz Azərbaycandan Mərkəzi və Şərqi Avropaya qazın ən sürətli və ucuz nəqlinə nail olmaq üçün şəbəkələrimizi birləşdirmə imkanı qazanırıq”.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff