booked.net

Azərbaycan üçün Yaşıl Baxış


Prezident İlham Əliyev: “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək bir işə qoşulmamışıq. Uğurumuzun səbəbi budur”.

Aprelin 23-də ADA Universitetində “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edərək  qeyd edib ki, Biz sonuncu dəfə ötən il dekabrın əvvəlində görüşmüşük. O vaxtdan bəri Azərbaycanda və ətrafda bir çox hadisələr baş verib və deyərdim ki, bütün bu hadisələr müsbət məcrada cərəyan edib. Buraya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və sərhədlərin delimitasiyası daxildir,-deyə vurğulayıb.
“BİZİM ÜÇÜN COP29 ÇOX BÖYÜK MƏSULİYYƏTDİR”
COP 29-un Azərbaycanda keçirilməsinin önəmindən danışan dövlət başçısı bildirib ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsindəyik. Bizim bir ildən az vaxtımız var idi və yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq.
Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Prezident İlham Əliyev beynəlxalq ekspert, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın sualına cavabında bildirib: “İqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Siz tamamilə haqlısınız ki, bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər”.
COP29-a nəinki ölkəmizi nümayiş etdirmək, həm də Azərbaycanı   təqdimetmək fürsəti kimi baxdığımızı açıqlayan Prezident İlham Əliyev əslində, bunun vacibliyini söyləyib.
Prezident İlham Əliyev vurğulayıb ki,  biz buna həm də təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq.
COP29-un Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacağını və gələcək əməkdaşlıq üçün yol açacağını deyən dövıət başçısı bildirib ki, hazırda bölgə üçün unikal şans yaranıb. “Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir” -deyə Prezident İlham Əliyev  vurğulayıb.
AZƏRBAYCAN İQTİSADİYYATI ÖZÜNÜ TƏMİN EDƏN İQTİSADİYYATDIR VƏ HƏTTA BÖHRAN VƏZİYYƏTİNDƏ DƏ DAYANIQLI ARTIM GÖSTƏRDİ
“Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik”- deyə dövlətimizin başçısı vurğulayıb.
Avrasiya İqtisadi Birliyinin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövıət başçısı vurğulayıb: “Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var. Yəni, bizim üçün bu ölkələr qrupu qeyri-adi deyil, biz onları çox yaxşı tanıyırıq. O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik”.
Dayanıqlı inkişaf və enerji ilə bağlı düşünürəm ki,   iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüçdürülür.
“Enerji əməkdaşlığımıza başlayanda və neft satışından ilk gəlirləri əldə edəndə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Yəni, hər iki adamdan biri yoxsul idi. Qaçqınlar arasında bu göstərici 75 faizi ötürdü. Vəziyyəti təsəvvür edə bilərsiniz! Hazırda biz həmin göstəricini 5 faizə qədər azaltdıq. Eyni vəziyyət işsizlikdə müşahidə olunur. Hazırda Qarabağda sosial infrastruktur yaradılır, genişmiqyaslı tikinti gedir. Lakin əvvəllər hər yer o cür idi. Müasir xəstəxanalar, klinikalar, universitetlər, məktəblərin tikintisi üzrə xüsusi proqram var. Bir sözlə, sosial infrastruktur ən vacib məsələlərdən biridir”,-deyə dövlət başçısı əlavə edib.
“VAHİD ÇİN” SİYASƏTİNİ DƏSTƏKLƏYİRİK
Prezident İlham Əliyev Azərbaycan-Çin münasibətlərinə də toxunub. O xatırladıb ki, bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaçlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu hər zaman əməkdaşlığımızın əsasını təşkil edib.”Hazırda əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir”, - deyən dövlət başçısı Çin Prezidenti Si Cinpinlə dəfələrlə görüşlərindən çox yaxşı təəssüratlarının olduğunu bildirib. Vurğulayıb ki, bu görüşlər münasibətlərimizə əlavə təkan verir.
“TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİ REGİONAL TƏHLÜKƏSİZLİYİN VƏ SABİTLİYİN MÜHÜM AMİLİDİR”
Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçiinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır.
“Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm amilidir. İki prosesin paralel getməsinə dair bəlli mövqe var: Türkiyə-Ermənistan yaxınlaşması və Ermənistan-Azərbaycan normallaşması. Bu, bizim mövqeyimizdir. Bu, həm də Türkiyə Prezidentinin mövqeyidir. İdeal vəziyyət o ola bilər ki, bir gündə iki saziş imzalanar - Azərbaycanla Ermənistan arasında sülh sazişi və Ermənistanla Türkiyə arasında bütün kommunikasiyaların açılması ilə normallaşma sazişi. Bu, onilliklər boyu davam edən nifrətə son qoyan və səhifəni çevirərək normal inkişafa başlamaq imkanı olacaq,-deyə Prezident İlham Əliyev vurğulayıb.
“MƏŞHUR “MADRİD PRİNSİPLƏRİ”, BİZ HEÇ ONLARIN ÜZƏRİNDƏ RAZILIĞA GƏLƏ BİLMİRDİK. HƏMİN VAXT BİZDƏ SÜLH MÜQAVİLƏSİNİN LAYİHƏSİ BELƏ YOX İDİ”
Azərbaycan-Ermənistan arasında sülh layihəsindən söz açan dövlətimizin başçısı bildirib ki, biz məsələnin həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik.
Həmin vaxt hətta “Madria prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı  bildirib ki,  o zaman sülh sazişinin  layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur. İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır, çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaqdır. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var”- deyə dövlət başçısı əlavə edib.
“ONLAR NAXÇIVAN MUXTAR RESPUBLİKASI İLƏ QURU YOLU ƏLAQƏSİNİ QURMAQ İMKANINI BLOKLAYIRLAR. BU DAVRANIŞ SÖZSÜZ Kİ, ÇOX MƏYUSEDİCİDİR”
 Zəngəzur dəhlizinə gəldikdə isə Prezident İlham Əliyev qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda açıq şəkildə əks olunub. Bəli, “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış sözsüz ki, çox məyusedicidir,-deyə Prezident İlham Əliyev vurğulayıb.
“EKSKLAVLAR MƏSƏLƏSİ BAŞQADIR, ÇÜNKİ ONLAR DAHA MÜRƏKKƏBDİR VƏ DİGƏR ÖLKƏNİN ƏHATƏ ETDİYİ ƏRAZİDƏ YERLƏŞİR”
İkinci Qarabağ müharibəsindən dərhal  sonra Azərbaycan tərəfindən dörd kənd məsələsinin qaldırıldığını xatırladan  Prezident İlham Əliyev qeyd edib ki, əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. “Eksklavlar məsələsi başqadır, çünki onlar daha mürəkkəbdir və digər ölkənin əhatə etdiyi ərazidə yerləşir. Buna görə onlara delimitasiya prosesində baxılmalıdır. Əgər Ermənistan tərəfi onları indi - ikinci mərhələdə nəzərdən keçirmək istəyirsə biz hazırıq. Onlar məsələyə sonra baxmaq istəyirlərsə, biz yenə də hazırıq. Delimitasiya başa çatdıqdan dərhal sonra – hazırda Qazax rayonunun dörd kəndinin sahəsində demarkasiya aparılır. Düşünürəm ki, hər iki tərəf, yəni, iki Delimitasiya Komissiyası növbəti addımlar üzərində razılığa gəlməlidir. Biz həmin məsələyə ayrıca epizod kimi baxılmasını istəmirik və delimitasiya işini davam etdirmək istəyirik. Təklif edirəm ki, iş bəlkə də ən asan hissədən başlasın. Əgər Ermənistan tərəfi ən çətin hissədən başlamaq istəyirsə, məsələn eksklavlar, biz onun üçün də hazırıq”,-deyə ölkə rəhbəri əlavə edib.
“ƏSAS ÇIXIŞ YOLU DÜZGÜN VƏ SƏMİMİ OLMAQDIR”
Prezident İlham Əliyev hesab edir ki, əsas çıxış yolu və üsul düzgün və səmimi olmaqdır: “Qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bilmişik. Uğurun əsasını bunda görürəm. Çünki onlar bizə etibar edə bilərlər və bilirlər ki, bizdən heç bir sürpriz olmayacaq. Ukraynaya münasibətdə bu ölkənin ərazi bütövlüyünə dəstəyimiz dəfələrlə ifadə olunub və bu, bizim mövqeyimizdir, harada danışdığımızdan asılı olmayaraq, bunu gizlətmirik. Eyni zamanda, Rusiya ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərimiz də bu müharibədən əziyyət çəkməyib və zərər görməməlidir. Bu da bizim milli maraqlarımızı əsas götürən hökumətimizin mövqeyidir”,-deyə ölkə rəhbəri əlavə edib.
“BİZ ÜZÜMÜZÜ HƏM AVROPADA, HƏM DƏ DÜNYANIN ŞƏRQ HİSSƏSİNDƏ RAHAT HİSS EDİRİK”
Prezident İlham Əliyev bildirib ki, biz üzümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik- bu yerləşmə bizi narahat etmir. “İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Biz sərmayə qoymağa və tikintiyə başladıq. Dediyim kimi, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq. Mən dəfələrlə demişəm ki, tranzit olmaq istəyən hər bir ölkə, - hazırda görürük ki, tranzit ölkə olmaq istəyənlərin sayı getdikcə artır, - ilk növbədə, ölkələr arasında körpülər qurmalıdır. Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Onlar səndən yan keçəcək, səndən qaçacaqlar”-deyə dövlət başçısı əlavə edib.
PREZİDENT İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA ÖLKƏMİZİN UĞURLARININ SƏBƏBLƏRİNDƏN DANIŞIB.
“Biz heç vaxt Azərbaycana potensial təhlükə yarada biləcək heç bir təşəbbüsə qoşulmamışıq və İranla, Rusiya ilə, Gürcüstanla, Avropa ilə, qardaş Türkiyə ilə münasibətlərimizdə həmişə ədalətli olmuşuq. Uğur qazanmağımızın səbəbi də budur. Ona görə də heç kim bizdən istəmədiyimiz bir şey gözləmir və bu, artıq əməkdaşlıq formatıdır. Həm də vacib olan odur ki, biz heç vaxt səbəb olmadan heç kimə qarşı heç nə etmirik. İndi bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumlarla üzləşirik. Biz cavab veririk. Bu ölkələr, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Dedik ki, yaxşı, biz bunu qəbul edirik və eyni şeyi təkrarlayırıq. Biz də eyni şeyi edirik və qırmızı xətləri keçmirik, sonuncu körpünü yandırmırıq. Amma biz cavab verəcəyik. Amma biz heç vaxt birinci başlamayacağıq, Ermənistanla da münasibətlərdə eyni idi. Biz onlara hücum etmədik, işğal etmədik, qovmadıq, bunu onlar etdilər və cavabını aldılar. Bəli, 28 ildən sonra, amma hər halda. Buna görə də bu barədə fikirlərimi sizinlə bölüşməyə davam etsəm, yəqin ki, daha dörd saat tələb olunacaq. Odur ki, bununla yekunlaşdırım. Düşünürəm ki, artıq dediklərim kifayətdir və səbirlə dinlədiyiniz üçün sizə minnətdaram. Sizə uğurlar və Laçına maraqlı səyahət arzulayıram”.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff