booked.net

Şamaxı RİH başçısının növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib


10 iyul 2025-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu Ərçiman kəndində keçirilib. Qəbulda rayon prokuroru Müşviq Səfərov, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin və xidmət təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son illər ölkə rəhbərliyinin təşəbbüsü ilə respublikada, o cümlədən Şamaxı rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, regionların inkişafına dair dövlət proqramlarının uğurlu icrası, infrastruktur layihələrinin ardıcıl şəkildə həyata keçirilməsi barədə ətraflı məlumat verib.

Qəbul zamanı kənd sakinləri tərəfindən əsasən Ərçiman kəndinə gedən avtomobil yolunun əsaslı təmiri və kəndin təbii qazla təmin olunması ilə bağlı müraciətlər səsləndirilib. Sakinlər həmçinin kənddaxili yolların asfaltlaşdırılması və digər sosial məsələlərlə bağlı narahatlıqlarını bildiriblər.

Abdullayev Osman Abdulla oğlu kəndə gedən avtomobil yolunun əsaslı təmiri və kəndin qazlaşdırılması məsələsində köməklik göstərilməsini xahiş edib.

Mürsəliyev Ruslan Müvəkkil oğlu isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı tərəfindən qanunsuz hesab etdiyi əmələ görə pensiya ödənişlərinin dayandırıldığını bildirərək bu məsələdə yardım göstərilməsini istəyib.

Qaldırılan məsələlər diqqətlə dinlənilib, bəzi müraciətlər yerində araşdırılıb və cavablandırılıb, digər müraciətlərin operativ həlli məqsədilə aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib.

Şamaxı Rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar vətəndaş müraciətlərinin icrası istiqamətində zəruri tədbirlər görəcək və məsələlərin nəzarətdə saxlanılması təmin olunacaq.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff