booked.net

Şamaxı rayonunun Əhmədli və Hacılı kəndlərində səyyar qəbul keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulları 11 sentyabr 2025-ci il tarixində Əhmədli və Hacılı kəndlərində keçirilib.

Qəbullarda təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

İcra başçısı Tahir Məmmədov çıxışlarında ölkəmizdə və rayonda son illərdə aparılan quruculuq-abadlıq işləri, kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrası ilə bağlı geniş məlumat verib.

                                                Əhmədli kəndində səyyar qəbul

Əhmədli kənd sakinləri əsasən kəndə gedən yolun təmiri, yeni tibb məntəqəsinin inşası və ixtisaslı tibb işçisinin təyinatı ilə bağlı müraciətlərini bildiriblər.
Sakinlərdən Alışanov Taleh Cabbar oğlu kənddə qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsini xahiş edib. Hüseynov İfadə Mikayıl oğlu isə kənddə yeni tibb məntəqəsinin tikilməsinə köməklik göstərilməsini istəyib. Çuxuryurd–Qızmeydan kəndlərarası yol və suötürücülərin təmirini Əliyev Nazim İsabət oğlu, yaxın kəndlərin tibb məntəqələrinə ixtisaslı tibb işçilərinin təyin olunmasını isə Manıyev İbrahim Bəkdəmir oğlu tələb edib.



                                                  Hacılı kəndində səyyar qəbul

Hacılı kənd sakinləri kənddaxili yolların təmiri, pay torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi və əhalinin su təchizatında yaranan problemlərlə bağlı müraciətlər ediblər. Kənd sakinlərindən Əliyev Nazim İsabət oğlu daxili yolların təmirinə, Baxşıyev Şamo Ayatxan oğlu pay torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsinə və 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qruplarının təşkilinə, Səlimov Kənan Əzizxan oğlu isə fərdi yaşayış evinin yaxınlığında sel təhlükəsindən qorunmaq məqsədilə suötürücü arxın çəkilməsinə kömək göstərilməsini xahiş edib. Əlifov Elxan Caməmməd oğlu isə subartezian quyusundan fərdi evlərə su xəttlərinin çəkilməsinə diqqət yetirilməsini tələb edib.

Qaldırılan məsələlərin həlli üçün tapşırıqlar

Hər iki kənddə keçirilən səyyar qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. İcra başçısı Tahir Məmmədov problemlərin operativ həlli üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff