booked.net

Şamaxıda növbəti səyyar qəbul Qurdtəpə kəndində keçirilib


Şamaxı Rayon İcra Hakimiyyətinin növbəti səyyar qəbulu Qurdtəpə kənd sakinləri ilə baş tutub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Başçı Tahir Məmmədov çıxışında son illər ölkədə və rayonda aparılan quruculuq-abadlıq işlərindən, kənd və qəsəbələrdə həyata keçirilən infrastruktur layihələrindən danışıb, əhaliyə göstərilən diqqət və qayğını vurğulayıb.

Qəbul zamanı sakinlər əsasən kəndə gedən yolun təmiri, kənd məktəbi üçün yeni binanın tikintisi, kənd tibb məntəqəsi və uşaq bağçasının açılması, həmçinin elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlərini çatdırıblar.

Sakinlərdən Zayıdov Ağasadıq Ağazayıd oğlu kənd yolunun asfaltlanması, məktəb binasının tikintisi, Şamaxı şəhərindəki evinə su xəttinin çəkilməsi və kənddə körpələr evi-uşaq bağçasının açılması ilə bağlı dəstək istəyib. Salmanov Mübariz Kamaləddin oğlu isə kənddə tibb məntəqəsinin açılmasına köməklik göstərilməsini xahiş edib. Xanməmmədov Fətalı Əzim oğlu  torpaq sahəsinin sənədləşdirilməsi üçün tələb olunan rüsumun ödənilməsinə yardım istəyib.

Qaldırılan məsələlər ətrafında ətraflı müzakirələr aparılıb və onların həlli ilə bağlı aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Səyyar qəbul sakinlərin gündəlik problemlərinin operativ şəkildə həllinə yönəlmiş əhəmiyyətli bir tədbir kimi qiymətləndirilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff