booked.net

Şamaxı RİH başçısının növbəti səyyar qəbulları Muğanlı və Şirvan kəndlərində keçirilib


                                                    Muğanlı kəndi, 09.10.2025

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun növbəti səyyar qəbulu bu dəfə Muğanlı kəndində keçirilib. Qəbulda təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında son illər ölkədə və Şamaxı rayonunda aparılan quruculuq-abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrası üçün nəzərdə tutulan tədbirlərdən danışıb. O, sakinlərin gündəlik həyatını asanlaşdıracaq tədbirlərin sürətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qəbul zamanı sakinlər müxtəlif sahələrdə mövcud problemlərini dilə gətiriblər. Xüsusilə kənd tibb məntəqəsinin və uşaq bağçasının inşası, məişət tullantılarının daşınması və kəndin içindən keçən magistral yol boyunca avtobus dayanacaqlarının quraşdırılması məsələləri müzakirə olunub. Həmçinin digər gündəlik problemlər barədə fikir mübadiləsi aparılıb və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verilib.
Sakinlərdən Tağıyeva Gülər Əlbala qızı sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yenidən tikilməsinə köməklik istəyib. Rəsulov Nadir Əlibala oğlu fərdi yaşayış evinin tikintisi üçün icazə alınmasında kömək tələb edib. Fətəliyev Hüseyn Teyyub oğlu kənd həkim məntəqəsinin yenidən tikilməsini, Pənahov Ramin Qəhriman oğlu isə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılmasını xahiş edib.
Səfərova Mədinə Vəziyət qızı yeni yaşayış massivində evlərin sənədləşdirilməsi və internet xidmətlərinin qiymətlərinin azaldılması ilə bağlı kömək istəyib. Mirzəyev Kamil Mayıs oğlu sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş evinin tikilməsi üçün müraciət edib. Fətəliyev Akşin Zabit oğlu kənddə körpələr evi-uşaq bağçasının açılmasını və avtobus dayanacaqlarının quraşdırılmasını, Fətəliyev Qahir Təyyar oğlu isə iri və xırda buynuzlu heyvanlar üçün baytarlıq xidmətinin təşkil olunmasını istəyib. Hacıyeva Buxara Ağaəli qızı isə Ünvanlı Dövlət Sosial Yardımın təyin olunması məsələsində kömək istəyib.
                                                                   
                                                                     Şirvan kəndi, 09.10.2025
Eyni gündə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şirvan kəndində səyyar qəbul keçirib. Qəbulda təhsil, səhiyyə, mədəniyyət sahələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında rayonda aparılan quruculuq-abadlıq işlərini, kəndlərdə həyata keçirilən infrastruktur layihələrini və əhaliyə göstərilən xidmətlərin genişləndirilməsini diqqətə çatdırıb. Sakinlər kəndin daxili yolları, içməli su təchizatı, məişət tullantılarının daşınması və elektrik təsərrüfatının yenilənməsi ilə bağlı müraciətlərini bildiriblər. Qaldırılan məsələlərin tez bir zamanda həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sakinlərdən Əliyev Ağamayıl Gülalı oğlu kəndin içməli su təchizatının yaxşılaşdırılması, daxili yolların təmiri və elektrik təsərrüfatının yenilənməsi üçün kömək istəyib. Nəsibov Əsəd Əziz oğlu pay torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsini xahiş edib. Abdullayeva Zemfira Əhməd qızı fərdi yaşayış evinin sənədləşdirilməsi və ərinin işlə təmin olunması məqsədilə kənddə daimi qeydiyyata düşməsi üçün kömək istəyib. İsmayılov Xeyrulla Qurban oğlu isə məişət tullantılarının daşınmasını təmin etmək üçün müraciət edib.
Səyyar qəbul zamanı sakinlər həm də kəndlərin sosial və iqtisadi problemləri barədə geniş məlumat veriblər. RİH başçısı  və aidiyyəti şəxslər məsələlərin həll yollarını müzakirə ediblər. Sakinlər qaldırdıqları problemlərin dinlənilməsindən məmnun olduqlarını bildirib və aparılan tədbirlərin onların həyat şəraitini yaxşılaşdıracağını qeyd ediblər.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff