booked.net

Şamaxı futbol klubunun mükafatlandırılması mərasimi keçirilib.


Şamaxı futbol klubunun mükafatlandırılması mərasimi keçirilib.
Futbol üzrə Azərbaycan I liqasında 2023/2024-cü il mövsümünün qalibi Şamaxı komandasının mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Peşəkar Futbol Liqası prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Elgiz Abbasov, Azərbaycan Peşəkar Futbol Liqası prezidentinin müşaviri Məlik Həsənov, Şamaxı futbol klubunun idarə heyətinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və klubun azarkeşləri iştirak edib.
Şamaxı rayon stadionunda təşkil olunmuş tədbirdə mədəniyyət və incəsənət kollektivlərinin nümayəndələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Konsert proqramından sonra Azərbaycan I liqasında 2023/2024-cü il mövsümünün qalibi Şamaxı komandasının idmançılarına medallar və kubok təqdim olunub.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff