booked.net

Şamaxı RİH başçısı Qaleybuğurd kəndində səyyar qəbul keçirib


Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Qaleybuğurd kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib. Qəbulda rayonun təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrini təmsil edən rəhbər şəxslər, eləcə də kənd sakinləri iştirak ediblər.

Görüş zamanı Tahir Məmmədov son illərdə ölkə üzrə və rayonda həyata keçirilən quruculuq və abadlıq işləri, həmçinin kənd və qəsəbələrdə infrastruktur layihələrinin icrası istiqamətində görülən və planlaşdırılan tədbirlər barədə məlumat verib.

Sakinlər əsasən kənddaxili yolların bərpası ilə bağlı müraciətlərini səsləndiriblər. Digər sosial məsələlər də müzakirə olunub, qaldırılan problemlərin qısa müddətdə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff