booked.net

AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN DAŞIYICISIDIR


                              AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN DAŞIYICISIDIR

 Ailə - Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi dövlətin milli inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir.
Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin təmin olunması, ailə problemlərinin həlli istiqamətində də böyük işlər görüb. 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət göstərilmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, ailə münasibətlərini tənzimləyən hüquqi baza yaradılmışdır. 
Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərir. Dövlət-ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra Dövlət proqramlarında öz əksini tapmışdır. Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xüsusilə aztəminatlı ailələrin, müharibə veteranları və şəhid ailələrinin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Həmçinin ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ailə, qadın, uşaq məsələlərinə və bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban xanım   Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.
Respublikamızda ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən əsas sənədlərdən biri 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsidir. Ailə Məcəlləsinə edilən dəyişikliklər əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması, nikahdan əvvəl gənclərin məcburi tibbi müayinədən keçməsi ailə üzvlərinin sağlamlığına, xüsusilə də ana və uşaqların sağlamlığının mühafizəsinə, həmçinin gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir.   Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına” dair və bir sıra digər məsələlərlə bağlı dövlət proqramları təsdiq edilib. Uşaqların təhsildən yayınması, məcburi əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul edilib.
Ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı,  millətin həyatı baxımından müqəddəs təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır. O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır.
1994-cü ildən etibarən 15 may tarixini hər il BMT Baş Assambleyası Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara alıb. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailənin cəmiyyətin əsas elementi, demokratiyanın təməli olduğunu nəzərə alaraq, BMT demokratik ideyaları dəstəkləyən, sülh və demokratik millətlər birliyini qurmağa səy göstərən bütün dünya ailələrini birləşməyə çağırır. Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə problemlərinə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulub.
Ailə dəyərlərimizin təbliğində ictimai rəyi formalaşdıran KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Milli-mənəvi dəyərlərin təbliği ictimai və dövlət televiziyalarının başlıca fəaliyyət prinsiplərinə daxil olduğundan bunu görmək olar. Lakin özəl telekanallarda ailə dəyərlərimiz demək olar ki,  təbliğ olunmur. Şou və reklam dalınca qaçan TV kanallar sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsini nümayiş etdirirlər. Halbuki Azərbaycan cəmiyyətinin nümunəvi ailələri müqayisə olunmayacaq dərəcədə üstünlük təşkil edir. Ailələrin problemlərini işıqlandırmaqla cəmiyyətin qüsurlarını balans pozulmadan göstərmək olar.  KİV-in dünyaya inteqrasiyası, əhatə dairəsi nəzərə alınaraq, xalqı təmsil edən ailələrin həmin xalq haqqında rəy formalaşdırması unudulmamalıdır. Media həm də müxtəlif sosial təbəqələrdən olan sağlam fikirli, adət-ənənələrimizi və milli-mənəvi dəyərlərimizi yaşadan nümunəvi ailələri  təbliğ etməlidir. Bu kimi ailələrin mükəmməlliyinin, uzunömürlüyünün sirlərini açmaqla yeni həyat quracaq gəncləri maarifləndirmiş ola bilər.

                                 GENDER BƏRABƏRLİYİNİN İNKİŞAF ETDİRİLMƏSİ

Hazırda Azərbaycan idarəçiliyində qadınlar da kifayət qədər təmsil olunur.  Bu sahədə ölkəmizdə dövlət səviyyəsində lazımi tədbirlər görülüb. Lakin hələ də məişətdə və cəmiyyətdə gender bərabərliyi qorunmursa, bu, bir növ cəmiyyətin özünün yaşatdığı ənənədir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb problemdir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli üçün hərtərəfli yanaşmalar və məqsədli tədbirlər həyata keçirilir. 
Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur.  Bu   problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə maneə olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır. Gender probleminin həll edilməsi məqsədilə Azərbaycanda sıra tədbirlər həyata keçirilməkdədir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi aradan qalxır. Dövlətimiz müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlər əldə edib.   Dövlətimiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanların təmin edilməsi bu istiqamətdə atılmış ən böyük addımlardan biridir. Bu qəbildən bir çox fərman və sərəncamları qeyd edə bilərik”.
Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahların qarşısının alınması məqsədilə gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunub.
Ölkə   başçısının sərəncamları ilə təsdiq edilən “Gələcəyə Baxış İnkişaf Konsepsiyası” və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların  hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb.
Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən mütəmadi zəruri tədbirlər həyata keçirilir.
Qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdə qadınların da ictimai həyatda özlərini təsdiq etməsi üçün imkanlar yaranır və ayrı-seçkilik yolverilməzdir. Biz qürur hissilə deyə bilərik ki, ölkəmizdə gender bərabərliyi daim xüsusi diqqətdə saxlanır, həmin istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. 
Gender bərabərliyi öz müsbət əksini Şamaxı rayonunun həyatında da tapıb. İndi çox sayda qadınlarımız dövlət idarəçiliyində, yüksək vəzifələrdə çalışır, rayonumuzun, ölkəmizin ictimai həyatında mühüm rol oynayırlar. Şamaxıdan Milli Məclisə deputat seçilən Tamam Cəfərova bunun bariz nümunələrindən biridir.  
Bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan qadın hərəkatının lideri, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan ailəsinin problemlərini diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ailələrimizin rifahına yönəlmiş böyük layihələr uğurla reallaşır. Onun cəmiyyətdə yaratdığı misilsiz mənəvi mühit, ulu öndərin şəxsi nümunəsindən qaynaqlanan ideal ailə modeli insanları daxili zənginliyə və mənəvi saflığa səsləyir. Bu uğurlu, fəxr etdiyimiz örnək ailələr Azərbaycanın gələcəyinin təminatçısıdir.

                                     Məişət zorakılığı: dövlət və cəmiyyətin ortaq problemi

Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ ‐ məişət zorakılığı haqqında tez‐tez eşitməyə başlamışıq. Ailədə zorakılıq, olduqca geniş mövzudur, bu, həm kişinin qadına, uşaqlara qarşı zorakılıq etməsidir, eyni zamanda qadının kişiyə  və uşaqlara qarşı zorakılığı, həmçinin ailədəki qocalara təzyiq də ailəiçi zorakılıq adlanır. Qadınlara və uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə  coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Qadınlara və uşaqlara qarşı zorakılıq insanlığın  ən utancverici insan haqları pozuntusu halıdır. Qadınlara qarşı zorakılıq cəmiyyətdə  qadınlara və   kişilərə  fərqli yanaşmadan irəli gəlir. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu gün ölkəmizdə  qadın hüquqlarının təminatını bir sıra yerli və  beynəlxalq qanunvericilik təmin edir. 1995‐ci ildə Azərbaycan BMT‐nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyasına  qoşuldu. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Ümummilli lider   Heydər Əliyevin  qadınlara   həssas  diqqət və qayğısından danışan məruzəçilər Ulu öndər tərəfindən   1998-ci ildə “Azərbaycan   qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncamını da bu qayğının təzahürü kimi  dəyərləndirmiş, ulu öndərin siyasi xəttinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.
10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edildi. Qanunun mühüm cəhəti həm keçmişdə, həm də  indi qadınların insan hüquqlarından və fundamental azadlıqlarından istifadə etmələrinə mane olan onlara qarşı müəyyən kök salmış  ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya qoyulmasıdır. Bu qanuna görə   hüquqi, təşkilati və  digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların idarəçilikdə və qərar qəbuletmədə bərabər təmsilçiliyə, bərabər imkanların yaradılmasına, gender bərabərliyinin təmin edilməsinə  və  ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Eyni zamanda cinsi mənsubiyyətə  görə   ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və  qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial  və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.   Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə  yönəlib. Gender bərabərliyi müasir dövrdə  demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini təşkil edir. Qeyd olunanlara  əlavə  olaraq 22 iyun 2010‐cu ildə  “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qəbul edilmiş Qanunlar və 27 noyabr 2020-ci ildə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi,  eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində  tədbirlərin gücləndirilməsini nəzərdə tutur.
2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramıının həyata keçirilməsi üzrə tədbirlər planı 3.5.2.1 bəndinin icrası məqsədilə Yerli İcra Hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılığ üzrə monitorinq qrupları yaradılıb. Monitorinq qrupunun üzvləri yerli  təhsil, səhiyyə, polis şöbələrinin, prokurorluğun,  əhalinin sosial müdafiə mərkəzinin və rayon qeydiyyat şöbəsinin rəhbər vəzifəli əməkdaşlarından ibarətdir. Onların fəaliyyətini və iş keyfiyyətini daha da gücləndirilməsi üçün məişət zorakılıqından müdfiə mexanizmləri mövzusunda xeyli sayda tədbir keçirilir, semiranlar təşkil olunub, tövsiyyələr verilib. Bu yalnız dövlət qurumları və təşkilatlarla deyil, həm də vətəndaşlara aiddir. Hamı bacardığı qədər bu halların baş verilməsinə qarşı durmalı, cəmiyyətin maarifləndirilməsinə çalışmalıdır.
Məişət zorakılığna son qoyma yolları arasında ən uğurlu yollardan biri problem motivlərini ictimailəşdirməkdir. Mediada dərc olunan xəbərlər, televiziya verlişlərində verilən məlumatlar əsasında araşdırmalar aparılırmalıdır. Televiziya,   media işçiləri məişət zorakılığına məruz qalan  şəxs və ya zorakılığı törətmiş şəxslə bağlı etibarlı və müstəqil məlumat mənbələrindən istifadə etməlidirlər. Mümkün hallarda, mövcud olan etibarlı rəsmi mənbələrdən (polis, məhkəmə, sosial xidmətlər, qadınlara qarşı zorakılıq və ya gender bərabərliyi üzrə ekspertlər və s.) istifadə edilməlidir. Media işçiləri milli, regional və beynəlxalq protokollar və hüquqi çərçivələrlə tanış olmalı və mövcud çərçivə barədə müvafiq məlumatları materiala daxil etməlidir.
                                       ERKƏN NİKAH VƏ QOHUM EVLİLİKLƏRİNİN FƏSADLARI

Sağlam həyat naminə erkən nikaha YOX deyək!
Ölkəmizdə uşaq hüquqlarıının qorunmasına aid  qanunlar mövcuddur. Bu sahədə tədbirlər görülsədə etiraf edək ki, ölkəmiz üçün məişət zorakılığı  hələ də gündəmdədir. Əslində, uşaqlara qarşı zorakılıq bizim ölkədə deyil, dünya miqyasında bir bəladır. Ya hər hansı sərhədlər daxilində deyil, nə yaş tanımır, nə din nədə irq. Uşaqların gələcəyi, psixologiyası həyata və dünyaya baxışı tamamilə dəyişən bu problem cəmiyyət tərəfindən həmişə mənfi qarşılansada birmənalı olaraq ortadan qalxmayıb. Bu zorakılığın uşaqlar üçün nəticələri olduqca ağır olur. Birbaşa zorakılığa məruz qalmasa belə həmin mühütdə böyüməsi belə bir çox fəsadlara səbəb olur. Uşaqlar demək olarki hər zaman məişət zorakılığından xəbərdar olurlar və belə hallarda bunlarda bu zorakılığın şahidinə və ya qurbanına çevrilmiş olurlar.
Erkən nikah zamanı hamiləlik və doğuş fəsadları inkişaf etmiş ölkələrdə 15-19 yaş arasında olan qadın ölümünün ən əsas səbəbidir. Bu yaşda 20-30 yaşa nisbətən doğuş zamanı ölüm ehtimalı 2 dəfə, 15 yaşdan əvvəl isə 5-7 dəfə yüksəkdir. Erkən evlilik qadın üçün uzunmüddətli  travmalara gətirib çıxarır ki, bunlardan bəziləri yetkinlik yaşında da  qalır. Uşaqlıq və yeniyetməlik dövründə ərə gedən qadının vaxtından əvvəl ana olması səhhətində müxtəlif problemlər yaradır. Erkən doğuş zamanı isə ağırlaşma ehtimalı çoxdur. Gənc qadının fizioloji olaraq yetişməməsi, çanaq sümüyünün və qadın kimi kifayət qədər inkişaf etməməsi müxtəlif xəstəliklərin inkişaf riskini artırır. Lazımı müalicə aparılmadıqda bu problemlər qalıcı əlilliyə, müxtəlif yoluxucu xəstəliklərə gətirib çıxarır və bütün bunlar bir qadının həyatında sonuna kimi qalır. Həm kişinin azyaşlı, qadınların 20 yaşından sonra evlənəcəyi qızlara nisbətən cinsi və malyariya infeksiyasına yoluxma risqi, uşaqlıq borusu xərçənginin inkişaf riski əhəmiyyətli dərəcədə yüksəkdir. Uşaq nigahı təkcə ananın deyil həndə uşağın sağlamlığını təhlükə altında qoyur. 18 yaşdan kişik anaların 35-55 faizinin yarımçıq və ya kifayət qədər çəkisi olmayan uşaqları dünyaya gətirməyi risqi 19 yaşlı gənc anaya nisbətən daha yüksəkdir. Uşaq ölümləri isə 60 faiz çoxdur. Azyaşlı anaların uşaqları immunitetin çatışmazlığından da əziyyət çəkirlər.
Qohum evliliyindən dünyaya gələn uşaqlarda daha çox əqli xromosom çatışmazlığı, əzələ boşluğu müşahidə olunur. Yeniyetməlik yaşında evlilik və hamiləlik qadınların sosial təcrid olunmasına gətirib çıxarır. Azyaşlı qadın və ana adətən təhsilini dayandırır və gələcəkdə onun təhsil peşə imkanları əhəmiyyətli dərəcədə azalır. Nəticədə belə bir qadın iqtisadi cəhətdən asılı vəziyyətə düşür. Azyaşlı qadınlar yetkinlərə nisbətən daha çox məişət zorakılığının, cinsi istismarın və zorakılığın qurbanı olurlar.Odur ki, ailə həyatı qurarkən yalnız özünüzü deyil dünyaya gətirəcəyiniz övladlarınızıda düşünün.

                                                     Baş redaktor  Könül Məmmədova

.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff