booked.net

8 Noyabr - Zəfər günü Şamaxıda qeyd olunub



8 Noyabr - Zəfər günü münasibətilə Şamaxı rayonunda təntənəli tədbir keçirilib. Təbdirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzərək ruhuna ehtiram nümayiş etdiriblər. 
Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respulikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər rayon ictimaiyyətini Şanlı Zəfər münasibətilə təbrik edərək bu qələbənin Azərbaycan tarixində böyük əhəmiyyəti və əvəzolunmaz yeri barədə geniş danışıblar. Çıxışçılar həmçinin dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb, buna görə ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.
Tədbirin rəsmi hissəsindən sonra Şamaxı şəhərinin mərkəzində Heydər Əliyev Parkında rayon sakinlərinə və qonaqlara respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə 8 Noyabr - Zəfər gününə həsr olunmuş konsert proqramı təqdim olunub. Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff