booked.net

Yeni siyasi-iqtisadi reallıq regionun gələcək inkişafına yol açır


COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bu gün ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir. Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı. BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev mühüm təşəbbüslərlə çıxış edib Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olub və onu uğurla keçirib. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib”. Dövlət başçısı bildirib ki, “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü Azərbaycanı dərindən narahat edir: “Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Prezident bildiribki Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. 30 ilə yaxın davam edən, Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, dövlətçilik tarixi minilliklərlə ölçülən böyük xalqımızın birliyi və dəstəyi, genrali ilə əsgərinin eyni səngərdə dayanıb sinəsini düşmən gülləsinə sipər edən, Vətənimizin hər qarış torpağı üçün canından, qanından keçən rəşadətli ordumuzun şücaəti sayəsində düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad olundu. Ərazi bütövlüyü beynəlxaq hüququn əsas prinsipidir. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymaraq təxribatlarını, əsassız iddialarını, sərsəm bəyanatlarını davam edirməklə himayədarlarından aldığı maddi və mənəvi dəstəyi arxalanaraq işğalçılıq siyasətlərini davam etdirmək niyyətlərindən əl çəkmək istəmədilər. Azərbaycan bu illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün bütün vasitələrdən istifadə etdi və bu illər ərzində dünyadan bu münaqişənin həllinə ədalətli yanaşma gözlədi. Azərbaycan dövlətinin 30 ilə yaxın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarına üstünlük verdiyi atdığı addımlardan da aydın görünür. Təəssüflər olsun ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmədi, beynəlxalq hüquqn norma və prinsiplərinə məhəl qoymadı. Azərbaycanın işğal altında olan torpaqlarını sulh yolu il geri qaytarmadı. Nüfuzlu beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri bəyanatlar kağız üzərində qaldı. İkili siyasətin yaratdığı problemlər göz önündədir. Prezident İlham Əliyevin vuğuladığı kimi, bəzən qətnamələr bir-iki saatın ərzində icra olunur, Azərbaycan isə 30 ilə yaxın bu qətnamələrin icrasını gözlədi. 2020–ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı və Ali Baş Komandan İlham Əliyev əks-hücüm əmri verdi. Ordumuz 30 il ərzində işğalçı erməni ordusunun qurduğu keçilməz istehkamları aşaraq 44 gün ərzində işğal altında olan ərazilərimizin böyük əksəriyyətini azad etdi və üçrəngli bayrağımızı Şuşa qalasından asdılar. Beləliklə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan hökuməti sulhə məcbur edildi və 2020-ci il noyabrın 10 da kapitulyasiya aktını imzaladı.Tarixi Azərbaycan torpaqları olan Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atilmadan işğalçılardan təmizləndi. Beləliklə ölkə başçısının dediyi kimi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatdı, münaqişə tarixə qovuşdu. Bu günümüzün reallığı budur ki, diplomatiya müstəvisində uğur qazanan Azərbaycanın güclü, qüdrətli ordusu qələbə çaldı və tarixi torpaqlarımızı öz əzəli sahiblərinə qaytardı. Aprelin 26-da Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışında qeyd etdiyi kimi indi Azərbaycan dövlətinin və xalqının qarşısında duran əsas məsələ daşı daş üstündə qalmayan, erməni vandalları tərəfindən yerlə yeksan edilən, viran qoyulan kəndlərimizi, qəsəbələrimizi, şəhər və rayonlarımızı yenidən bərpa etmək, onlara yeni həyat verməkdir. Artıq bu quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Qarabağın hər qarışı yenidən dirçəldiləcək, hər daşı yenidən tikiləcək, ora yenidən həyat qayıdacaq. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlərə sadiqlik qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Təbiidir ki, iqtisadiyyatın inkişafı milli maraqlara söykənəndə əldə olunan iqtisadi inkişaf və artım xalqın rifah halının yaxşılaşdırılması üçün imkanlar yaradır. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanaqlı inkişafını təmin edəcəkdir. Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir. Ötən il Ermənistanın işğalçı siyasətinə son qoyuldu. Ən mühüm uğur isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərdir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Məhz buna görə 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff