booked.net

İlham Əliyev Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub.
Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verildi.
Bildirildi ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff