booked.net

Böyük Zəfərin yolunu yaxınlaşdıranlar... 30 İLLİK HƏSRƏT BİTDİ QARABAĞ AZƏRBAYCANDIR!


Ermənistan-Azərbaycan qarşıdurmasının kəskinləşməsi son illər getdikcə pik həddinə yaxınlaşırdı. Düşmən tərəfi beynəlxalq hüquq normalarına uyğun olaraq işğal etdikləri əraziləri tərk etmək bir yana, yeni ərazilərə iddialarla bağlı sərsəm bəyanatlarla çıxış etməyə başlamışdılar. Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşdə Ermənistanın “səngər müdafiəsi” strategiyasından “aktiv əngəlləmə” strategiyasına keçdiyini bəyan etmiş və bu strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırmışdı.
Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmiş və Dağlıq Qarabağ ərazisinə səfəri zamanı “Qarabağ – Ermənistandır, nöqtə” kimi populist cümlə ilə çıxış etmişdi. Bu tipli məsuliyyətsiz siyasi davranışlar sülh danışıqları prosesinə
son dərəcə mənfi təsir etmiş, kompromis üçün siyasi həll yolunun qapısını qapatmışdı.
Nəhayət, 2020-ci ili iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçməsi, nəticədə Azərbaycanın 11 hərbçisinin həlak olması, bir neçə nəfərin yaralanması, dinc sakinlərin həyatlarını itirməsi, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirməsi vəziyyəti daha da kəskinləşdirdi.
Hücumun istiqamətini müəyyənləşdirən əsas amillərdən biri bölgənin strateji mövqeyi və Azərbaycanın enerji və nəqliyyat infrastrukturunun əhəmiyyətilə bağlı idi. Ermənistan, Azərbaycanın neft infrastrukturunun özünün əsas hərbi hədəflərindən biri olduğunu əvvəllər də gizlətmirdi.
2020-ci il İyul hadisələrindən sonra vəziyyətin normallaşması gözlənilsə də, sentyabrın əvvəlində separatçı rejimin başçısı Araik Arutyunyan növbəti dəfə verdiyi bəyanat qarşı tərəfin real danışıqlardan qaçması və müharibəyə hazırlıq hədəfindən xəbər verirdi: “Gəlin, realist olaq və danışıqlar mövzusunu müzakirə etmək əvəzinə müharibəyə hazırlaşaq. Heç bir danışıq olmayacaq, mən bunu görmürəm”. Bununla da Dağlıq Qarabağ separatçıları Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar, o cümlədən
“Madrid prinsipləri” – münaqişənin tənzimlənməsi məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistana təklif olunan əsas paketi daha açıq formada qəbuledilməz saydılar.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində,Ermənistanhərbi birləşmələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verdi.
Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz qısa bir vaxtda Ermənistanın illər uzunu möhkəmləndirdikləri, dağıdılmaz istehkam deyə öyündükləri müdafiə sisteminin əhəmiyyətli hissəsinin yerlə-yeksan etdi. Gündən-günə işğaldan azad edilən Vətən torpaqları haqqında rəsmi məlumatlar xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Cəbhə xəbərləri yeni müjdələrlə böyükdən-kiçiyə hamını sevindirdi. 30 ilin həsrətin yerini qeyrətli, igid Vətən oğullarının şücaəti, qəhrəmanlığı sayəsində şirin vüsal duyğuları tuturdu. Arzusunda olduğumuz, səsimizin çatmayan Qarabağımızı kənd-kənd, oba-oba yenidən özümüzə qaytardıq- şəhidlərimizin, qazilərimizin qanı ilə aldıq əzəli yurd yerlərimizi. Yenidən qovuşduq Cəbrayılımıza, Füzulimizə, Zəngilanımıza, Laçınımıza, Kəlbəcərimizə... Qovuşduğumuz yerlər dağ-daşı, torpağı ilə, çeşməsi-çayı ilə yenidən ürəyimizə hüzur gətirdi, sanki dil açıb "Qarabağ həsrət bitdi"- dedilər. Şuşanın düşmən işğalından azad olunması zamanı isə qəhrəman Azərbaycan döyüşçüsünün hərb tarixində qeyri-adi hünər dastanı oldu. Bu dastan hələ də dillər əzbəridir və bu möcüzəni xalqımıza bəxş edən, bütün canı-qanı, ruhu ilə Vətən sevgisini ürəklərində ucaldıb, gələcək nəsillərə əmanət edən oğulların adları əbədi olaraq ürəklərdə yaşayacaq.
Vətənin hər qarışı müqəddəs olduğu kimi, onun azadlığı yolunda canını fəda edən, qanları ilə Zəfərimizi yaxınlaşdıran, xalqımıza uca "Qalib Xalq" adını bəxş edən hər bir şəhid, qazi, veteran müqəddəsdir və ən böyük ehtirama layiqdir.
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Vətən oğulları sırasında qədim Şamaxı torpağının övladları da var.





Məmmədov Rza Əsgər oğlu
(23.11.2001-27.09.2020)

Məmmədov Rza Əsgər oğlu 2001-ci il noyabr ayının 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində alıb.
 ...Rza Məmmədovun sədası Vətən müharibəsinin başladığı elə ilk gündə ön cəbhədən - Ordumuzun əks-hücum əməliyyatları apardığı düşmənlə üz-üzə olan döyüş mövqelərindən birindən gəldi. İgid əsgərimizin döyüşkən ruhu, şücaəti, qorxmazlığı özünü tanıtmağa çox vaxt lazım gəlmədi. Döyüş yoldaşları ilə atdıqları mərmilər düşməni elə mövqe tutduqları səngərdə məhv edirdilər. Bəzilərinin mövqelərini döyüşsüz qoyub qaçması da onların necə qorxaq və aciz olduqlarını döyüş meydanında əyani göstərirdi.
 Rza Əsgər oğlu Məmmədov düşmən təxribatına qarşı başlanan əks-hücum əməliyyatının başladığı ilk gündə qəhrəmancasına şəhid oldu. Sentyabrın 27də Füzuli istiqamətində gedən döyüşlər onu haqq etdiyi yüksəkliyə – Allah məqamında ən uca mərtəbəyə qaldırdı.
 Şəhidimizin dəfn mərasimi doğma kəndində – Göylərdə keçirildi. Canını torpağımızın azadlığı yolunda fəda edən igid əsgərimizə ehtiram əlaməti olaraq Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin təhsil aldığı təhsil müəssisələrinin kollektivləri, habelə rayon ictimaiyyəti mərasimdə iştirak etdilər. Şəhidimizin əbədiyyətə qovuşan ruhuna dualar oxundu. Birinci Qarabağ savaşının iştirakçısı olmuş atası təmkinini mərasimin sonuna qədər qoruyub saxladı. "Fəxr edirəm ki, mənim oğlum Vətən yolunda şəhid olub. Vətən sağ olsun!" – dedi.
 Qəhrəmanımız Rza Əsgər oğlu Məmmədov sentyabr ayının 27-də şəhid olub. Səhərisi günü Göylər kənd qəbiristanlığında dəfn olundu.
 
 
Allah rəhmət eləsin!



Qanıyev İsaxan İsaman oğlu
(11.11.1985-27.09.2020)

 Qanyev İsaxan İsaman oğlu 1985-ci il noyabr ayının 11-də Şamaxı şəhərində anadan olub.
 Şamaxı THTFT Liseyində təhsil almışdı.
 Vətən müharibəsinə kəşfiyyatçı-gizir kimi qatılıb.
 Qarabağın azadlığı uğrunda döyüşlərə böyük ümid və arzularla, əsl döyüşçü ruhu ilə başlayıb. Həmin günü əsl müjdə kimi qarşılayıb. Qəlbində hər zaman Şuşaya qədər döyüş yolu keçmək, mədəniyyət beşiyimizə bayrağımızı sancmaq kimi müqəddəs istəyi gəzdirib. O, bu arzusunu döyüşə girdiyi elə ilk gündə hərbçi dostlarına da söyləyibmiş.
 Təəssüflər olsun ki, ilk döyüşü Qaniyev İsaxan İsaman oğlunun həm də son döyüş olub. Qəhrəmanımız son nəfəsinədək düşmənlə çarpışib. O, Tərtər rayonunun Talış kəndinin azğın düşməndən azad edilməsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
 Şəhidimizin qisası elə həmin gün düşməndən qat-qat artıqlaması ilə alınıb. Tərtərin Talış kəndi istiqamətində rəşadətli Ordumuzun əks-hücumu nəticəsində bir neçə strateji yüksəklik ələ keçirlib. Kəndin ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən çox sayda itki verib.
 ...Qaniyev İsaxan Isaman oğlu "Şəhid" adının şərəfi, ucalığı ilə döndü doğma elinə-Şamaxıya.
 Rayon sakinləri şəhidimizə son borclarını vermək üçün axin-axın dəfn mərasiminin keçirildiyi ünvana üz tutdular. Rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin və rayon ictimaiyyəti nümayəndələri mərasimdə iştirak edirdilər. İsaxanın ailəsinə başsağlığı verildi, şəhidin ruhuna dualar oxundu. Daha sonra çıxışçılar qeyd etdilər ki, Qaniyev İsaxan İsaman oğlu kimi Vətən torpaqlarının düşmən işğalından azad edilməsində canlarını fəda edən oğulların adları Böyük Zəfərinə qovuşan xalqımız üçün şərəf və qeyrət rəmzidir. Onlar xalqımızın qəlbində əbədi yaşayacaqlar.
 Qəhrəmanımız Qanıyev İsaxan İsaman oğlu sentyabr ayının 27-də şəhid olub və səhərisi günü Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
 
 Allah rəhmət eləsin!

 
 

Soltanov Nadir Nazir oğlu
 
(11.01.1984-27.09.2020)


Soltanov Nadir Nazir oğlu 1984-cü il yanvar ayının 11-də Şamaxı şəhərində anadan olub.
 Hərbçi peşəsini sevərək seçmişdi. Arzusu Qarabağımızı düşmən işğalından azad etmək idi.
 Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə olub. Qəhrəman gizirimizin iştirak etdiyi bir günlük döyüş bir ömürə sığmayacaq qədər şərəfli olub. O, həmin gün düşmənin istər canlı qüvvəsinin məhv edilməsində, istərsə də döyüş texnikasının sıradan çıxarılmasında böyük fədakarlıq göstərib. Bu müqəddəs savaşda canını fəda edib ki, Vətən yaşasın!
 27 sentyabr 2020-ci il - Soltanov Nadir Nazir oğlunun şəhadətə qovuşduğu gün. Vətən müharibəsinin ilk gününde doğma Şamaxı torpağına şəhidlik xəbəri çatan ilk övladı!
 Nadir evli idi. 2 qız və bir oğul övladı Vətənə əmanət qaldı.
 ... Şəhidin cənazesi yaşadığı ünvana gətirildi. Yüzlərlə insan qəhrəman Vətən övladını son mənzilə yola salmaq üçün onun yaşadığı evin qarşısına axın etdi. Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən rayon ictimaiyyəti iştirak edirdilər.
 Çıxış edənlər igid Vətən oğlunun əziz xatirəsini hər zaman uca tutacaqlarını, şəhidlərimizin hər birinin böyüməkdə olan nəslə örnək olacağını, onların döyüş yolunun əsl vətənpərvərlik nümunəsi kimi məktəblilərə çatdırılacağını söylədilər.
 Şəhidin son mənzilə yola salınması mərasimində “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirildi.
 İgid Vətən oğlu Soltanov Nadir Nazir oğlu sentyabr ayının 28-də Şamaxi Şəhidlər Xiyabanında dəfn edilib.

 
Allah rəhmət eləsin!



Əliyev Rauf İlyas oğlu
 
(11.02.1993-30.09.2020)

Əliyev Rauf İlyas oğlu 1993-cü il fevralın 11-də Şamaxıda anadan olub. Şəhər 2 saylı tam orta məktəbdə oxuyub.
 İncə ürək sahibi idi. Seçdiyi sənət də bu duyğusallığa bağlı idi. Köksünə sıxdığı sədəfli tari Azərbaycan bilirdi - qədim musiqi alətinin timsalında onun şirinliyini pərdə-pərdə insanlara çatdırmaqdan bir başqa zövq alırdı.
 Vətən müharibəsinə də elə həmin duyğularla qatıldı. Tarında nisgilli səsini, nəfəsini ovundurduğu Qarabağımızı erməni işğalçılarindan azad etmək zamanı idi. Cəbhəyə yollananda gözləri önünə ürəyimizdə qubar bağlayan, illərdir həsrətini çəkdiyimiz yurd yerlərini gətirmişdi. O yerləri azad edəcəkləri günü gözləri önünə gətirdikcə sevincdən qanad açmışdı. Rauf xalqımızın minbir istəklə arzuladığı qələbəni yaxınlaşdıranların cərgəsində olmaq istəyirdi.
 Elə bu istəklə də Vətən müharibəsinə yollandı. Qismətinə yazılan 4 günlük döyüşdə ölümün gözünə dik baxdı. Lazım gələrsə bu müqəddəs savaşda ölməyə də hazır idi, təki torpaqlarımız azad edilsin.
 Rauf Əliyev hərbi hissənin onun qarşısına qoyduğu döyüş tapşırığını böyük məsuliyyət və cəsarətlə yerinə yetirdi. Azad etdikləri hər qarış Vətən torpağınin qoxusunu aldıqca ürəyinin təpəri, qolunun gücü artdı. Düşmənin illərdir qurduqları müdafiə səddi qəhrəman oğulların həmləsi qarşısında duruş gətirəbilmədiyini görmək və belə uğurların iştirakçısı olduğu üçün özünü xoşbəxt sandı.
 Rauf İlyas oğlu Əliyevin son döyüşü sentyabrın 30-da oldu. Həmin gün o, Vətən qarşısında son borcunu da şərəflə verdi - şəhidlik zirvəsinə ucaldı. Qəhrəman Vətən övladı oktyabr ayının 1-də Şamaxı Şəhidlər Xiyabanında dəfn olundu.
 Şəhidimizin dəfn mərasimi izdihamlı keçdi. Atası dedi ki, doğmalarının ən böyük təsəllisi torpaqlarımızın azadlığıdır. Oğlumun, eləcə də bütün şəhidlərimizin qisası artıqlaması ilə alınacaq.
 Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edirdilər.

 
Allah rəhmət eləsin!




Mikayılov Ramiq Namiq oğlu
 
(25.01.1993-30.09.2020)
 

Vətən müharibəsində də hərbçi şərəfinin ucalığını ömrünün sonuna kimi qoruyub-saxladı. Peşəkar idi – 2007-ci ildə C.Naxşıvancki adına Hərbi Liseyi, daha sonra isə H.Əliyev adına Azərbaycan Ali Ilərbi Məktəbini bitirmişdi. Xidməti fəaliyyətinin bütün dövrlərində nizam-intizamı, peşəsinə sonsuz sevgisi, vətənpərvərliyi ilə fərqlənmişdi.
... İgid zabit Ramiq Namiq oğlu Mikayılov döyüş zamanı hərbi komandanlığın tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib. Tabeliyindəki şəxsi heyətlə düşmən qüvvələrinə endirdiyi sarsıdıcı zərbələr sayəsində ərazilərimizin müəyyən hissələrinin azadlığa qovuşmasının fərəhini yaşayıb. Növbəti uğurlu əməliyyatlar üçün döyüş meydanında əlverişli şəraitin yaranmasında müstəsna xidmətləri olub.
1993-cü il yanvarın 25-də Şamaxının Ovçulu kəndində dünyaya göz açan Ramiq Mikayılov 2020-ci il sentyabrın 30-da şəhidlik zirvəsinə ucalıb. O, canını torpaqlarımızın azadlığı və bütövlüyü yolunda fəda etməklə Vətənə əsl oğul, gələcək nəsillərə gözəl örnək olmağın nümunəsini göstərib və xalqımıza əmanət edib. Qəhrəman eloğlumuz oktyabr ayının 1-də Ovçulu kənd qəbiristanlığında dəfn olunub.
...Doğulub boya-başa çatdığı kəndə uca adı ilə "döndü". Dəfn mərasiminə yaxın-uzaq obalardan insanlar axışdı. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edirdilər.

Allah rəhmət eləsin!


  
İbrəhimov Əlövsəd Seyidxan oğlu
(21.04.1995-28.09.2020)

Şəhidimiz 1995-ci il doğumlu idi - aprelin 21-də dünyaya göz açmışdı. Şəhər 9 saylı tam orta məktəbi bitirmişdi. Bir obanın oğlu idi Olövsod - Vətənə övlad oldu.
 Taleyini hərbi işə bağlamışdı. Xüsusi təyinatlılar sırasında idi. Hərbi bilik və bacarığı ilə döyüşçü yoldaşları arasında böyük hörməti, nüfuzu vardı. Iki dəfə "Ən yaxşı Minaatan heyoti”, “30 Aprel Hərbi hissonin yaranmasının 20 illik yubileyi” ilə əlaqədar döyüş və ictimaisiyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə və nümunəvi xidmətinə görə Fəxri Fərmanla təltif olunmuşdu.
 Vətən müharibəsindən əvvəl "N" saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu idi. Xüsusi təyinatlı kimi fiziki gücə, təfəkkürə, çətin döyüş şəraitində düzgün çıxış yolu tapmaq bacarığı və s. kimi hərbçi üçün ən gərəkli keyfiyyətlərə sahib idi.
 Əlövsəd İbrahimov 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısıni almaq üçün həyata keçirilən oks-hücum əməliyyatları zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
 Torpaqlarımızın azadlığı savaşında qardaşları Bəxtiyarla İxtiyar da igidliklə çarpışıb.
 Hərbi əməliyyatlarda bütün varlığı ilə döyüşən Vətən oğulları yurd yerlərimizi tezliklə azad etməkdə qərarlıdırlar. Hər kəs Ali Baş Komandanımızın rəhbərliyi ilə müharibə meydanında hünər dastanı yazmaq istəyir.
 Qəhrəmanımız İbrahimov Əlövsəd Seyidxan oğlu 2020-ci il sentyabrın 28de Murovdağ döyüşlərində şəhid oldu. O, oktyabr ayının 3-də Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.
 Şəhidimizin dəfn mərasmində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin təhsil aldığı orta məktəbin kollektivi, habelə rayon ictimaiyyəti iştirak etdilər.
 Çıxış edənlər igid eloğlumuzun hünərindən, cəsarətindən fəxrlə söhbət açdılar. Valideynlərinə belə oğul böyütdükləri üçün minnətdarlıq bildirdilər. Atasi Seyidxan kişi "Vətən üçün böyütdük. Vətən sağ olsun!" – dedi.

 Allah rəhmət eləsin!

 

Heydərov Sabir Ceyhun oğlu
 
(27.06.1998-02.10.2020)

 
1998-ci il iyunun 27-də Şamaxıda anadan olub. Şamaxı şəhər 2 saylı tam orta məktəbdə təhsil alıb.
 ...Hərbi əməliyyatların getdiyi istiqamətlərdən biri Suqovuşan idi. Həmin yaşayış məntəqəsini azad etmək, həm də həmin bölgədə strateji mövqe üstünlüyü qazanmaq demək idi. Hərbi komandanlığa məlum idi ki, Suqovuşan istiqamətində olan erməni hərbi qüvvələrinin idarə məntəqəsi orda yerşləşir. Bu yaşayış məntəqəsini qazanmaqla Azərbaycan tərəfi düşmənin böyük bir ölçüdə planlarını məhdudlaşdırmış olurdu. 
 ...Döyüşlər bütün şiddəti ilə davam edirdi. Qəhrəman Vətən oğulları mühüm döyüş tapşırığını yerinə yetirmək üçün bütün gücünü səfərbər edib, igidliklə vuruşurdu. Bu şiddətli çarpışmada Sabir Heydərov da igidlərimizlo çiyin-çiyinə ölüm-dirim savaşına girmişdi.
 İgid, qorxmaz Vətən oğlu Sabir Heydərov 2020-ci il oktyabrın 2-də Suqovuşan istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucaldı.
 Həmin gün qədim Şamaxı torpağının bir and yeri də artdı. Dəfn mərasimi izdihamlı keçdi. Şəhidimizin ruhuna dualar oxundu. Atası - Birinci Qabağ müharibəsinin iştirakçısı Ceyhun kişi "Sabir artıq Vətənin, sizlərin oğ. ludur."dedi.
 Şəhidimiz Sabir Heydərov son mənzilə "Şəhidlər ölməz, Vətən bölünməz" kimi nidaların müşayiətində yola salındı.
 Heyderov Sabir Ceyhun oğlu oktyabrın 4-də Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.
 
 Allah rəhmət eləsin!
 
 


Beydiyev Nazim Eynulla oğlu
 
(24.01.1991-03.10.2020)

Doğulduğu yer - Şamaxı rayonun Mirikənd kəndi. 
 Orta təhsilini doğma kənd məktəbində alıb.
 1991-ci il yanvarın 24-də dünyaya göz açan Nazim Vətənə ürəkli, qorxmaz oğul kimi yetişmişdi - onun uğrunda canından keçməyi belə hazır idi. Doğmalarının yanına qalib əsgər kimi qayıtmaq istəyirdi. Neçə-neçə arzusu, müharibənin ölüm qoxusundan qoruyub saxladığı şirin xəyalları onun yolunu gözləyirdi.
 Müddətdən artıq hərbi qulluqçu kimi Nazim Beydiyev də torpaqlarımızin erməni təcavüzkarlarından azad etmək savaşa böyük həvəslə atılıb. O, ən çətin döyüş şəraitdə həyata keçiriləcək hərbi əməliyyatlara hazır idi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində bunun üçün lazım olan bilik və bacarıqlara yiyələnmişdi.
 Nazim Beydiyev döyüşlərdə qorxmazlığı, cəsarəti ilə fərqlənib. Hər zaman şəxsi heyətə nümunə olub. Yurd yerlərimiz işğaldan azad olunduqca forəhi köksünə sığmayıb. Xəyalları Kəlbəcərə, Laçına, Şuşaya... qanadlanıb.
 İgid əsgərimiz Beydiyev Nazim Eynulla oğlu Suqovuşan istiqamətində xüsusi şücaət göstərib. Həmin döyüşlərin birində - 2020-ci il oktyabrın 3-də şəhidliyə qovuşub.
 Şahidimizlə vida mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər.
 Qəhrəmanımız oktyabrın 4-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 Allah rəhmət eləsin!



Ağakərimov Elvin Eldəniz oğlu
(01.04.2002-02.10.2020)
 
 
Elvin Ağakərimov Şamaxı şəhərində anadan olub. Orta təhsilini şəhər İnşaatçı qəsəbə tam orta məktəbində alıb.
 2020-cu ildə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
 ...Oktyabrın 2-də Vətən igidlərinin böyük qəhrəmanlığı sayəsində Qarabağı Ermənistana birləşdirən yeganə fəaliyyətdə olan yol - Gorus-Xankəndi yolu darmadağın edildi. Yolun Laçın rayonunun mərkəzinə gedən hissəsində, işğal altındakı Aşağı Sus kəndi yaxınlığında Həkəri çayı üzərindəki körpü Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları tərəfindən məhv edildi. Ermənistandan Qarabağa canlı qüvvə və s. təchizatı təmin edən Gorus-Xankəndi yolunda hərəkət tamamilə dayandırıldı. Bu uğurlu əməliyyatlarda döyüşçülərimiz böyük şücaət göstərdilər. Son damla qanina kimi çarpışan oğullarımız axir nəfəsində də "Qarabağ Azərbaycandır" dedilər. Elvin Eldəniz oğlu Ağakərimov da həmin çətin əməliyyatda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak oldu.
 Elvin Eldəniz oğlu Ağakərimov 2002-ci il doğumlu idi. Aprelin 1-də anadan olmuşdu. 2020-ci il oktyabrın 2-də isə şəhidlik zirvəsinə ucaldı.
 İgid Vətən oğlu Elvin Ağakərimov oktyabr ayının 4-də Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.
 Şəhidin dəfn mərasimi ata yurdunda keçirildi. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Şəhidimizin atası Eldeniz kişinin dediyi bir cümlə söz-söz, kəlmə-kəlmə yaddaşları yenidən oyadır: "Şəhidi olmayan torpaqdan Vətən olmur."

 Allah rəhmət eləsin!



Əliyev Yusif Asif oğlu 
 
(11.02.2001-03.10.2020)
 
 
Əliyev Yusif Asif oğlu 2001-ci il fevral ayının 11-də Şamaxıda anadan olub. Orta təhsilini şəhər 2 saylı tam orta məktəbdə alıb.
...3 oktyabr 2020-ci il. Silahlı Qüvvələrimizin bölmələri Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi düşməndən azad etdi.
Həmin günün səhəri düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsi planlarına uyğun olaraq cəbhəboyu hücumlar yenidən şiddətləndi. Xüsusi ilə Füzuli istiqamətində ağır döyüşlər davam etdi. Bu, həmin ərazinin strateji əhəmiyyəti ilə bağlı idi. Yusif Asif oğlu Əliyev də həmin istiqamətdə döyüşə atılmışdı. Bu vaxta kimi o, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Bir neçə yaşayış məntəqəsinin erməni quldurlarından azad edilməsində Yusifin də böyük xidməti olmuşdu.
19 yaşli Yusif Əliyev döyüş tapşırığını yerinə yetirmək üçün son damla qanına qədər döyüşdü. Düşmən gülləsi onu haqlayanda təqvimdə 2020-ci il oktyabr ayının 3-i idi. Füzulinin Yastıtəpə deyilən ərazisində qəhrəmancasina şəhid olan Yusif Asif oğlu Əliyev Böyük Zəfəri bizlərə yaxınlaşdıranlardan biri kimi əbədi olaraq yaddaşımıza köçdü.
Qəhrəmanımız Əliyev Yusif Asif oğlu oktyabrın 6-da Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Şəhidimizin dəfn mərasimi Şamaxıda – doğma ata ocağında keçirildi. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu. Belə igid, vətənpərvər övlad böyütdüyünə görə valideynlərinə minnətdarlıq bildirildi.
Taleyə baxın ki, Yusifin ən yaxın dostlarından biri olan Ağakərimov Elvin Eldəniz oğlu da həmin ərəfədə şəhid oldu. İkisi də eyni məkanda dəfn olundu. İki igid, iki dost bu dəfə Şamaxı Şəhidlər Xiyabanında əbədi "qonşu" oldular.

Allah rəhmət eləsin!

 

Qurbanlı Nurlan Süleyman oğlu
 
 (27.09.2001-05.10.2020)

Nurlan Qurbanov 2001-ci il sentyabr ayının 27-də Şamaxı rayonunun Qaravəlli kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində alıb.
 2019-cu ildə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
 ...Müharibə başlanan gün and içdi ki, Qarabağımızı yağılardan azad etməmiş geri dönməyəcək. Son nəfəsinə kimi sözünü tutdu. Vətənin azadlığı savaşında mərdliklə vuruşdu. İşğaldakı ərazilərimizin düşməndən azad edilməsində hünər göstərdi.
 Növbəti döyüş tapşırığını alanda Nurlan və hərbçi yoldaşları söz verdilər ki, bu dəfə də əməliyyatı maksimum dəqiqliklə, heç bir səhvə yol vermədən yerinə yetirsinlər. Bununla da işğal altındakı ərazilərimizin bir qismini də azad etsinlər.
 Vaxt azlığına baxmayaraq Nurlangil əməliyyata ciddi hazırlaşdı. Döyüş tapşırığının bütün detallarını nəzərdən keçirdilər. Səhər onları yeni bir döyüş gözləyirdi...
 Nurlan Qurbanlının şəhadətə qovuşduğu gün Ordumuz cəbhənin bütün istiqamətlərində erməni hərbi birləşmələrini məğlubiyyətə uğratdılar. Tezliklə Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndləri də işğalçılardan tamamilə azad edildi.
 İgid Vətən övladı 19 yaşlı Nurlan Süleyman oğlu Qurbanlı şəhadəti ilə doğma obasına başucalığı gətirdi. Dəfnində rayon ictimaiyyətinin, xidmət etdiyi hərbi hissənin, icra strukturlarının, rayon təşkilatlarının nümayəndələri iştirak etdilər.
 Nurlan Süleyman oğlu Qurbanlı oktyabr ayının 5-də şəhid olub və səhərisi günü ayın 6-da Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

 Allah rəhmət eləsin!
 

 
Rüstəmov Rövşən Orxan oğlu 
 
(11.04.1999-06.10.2020)
 
 Rövşən Orxan oğlu Rüstəmov 1999-cu il aprelin 11-də Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Orta təhsilini Xətai rayonun NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbdə alıb.
 Hərbi xidmətə Şamaxı rayon Hərbi Komissarlığından çağırılıb. Əvvəl Qazax rayonunda, daha sonra Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət keçib. Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə qarşı başladığı əks-hücum əməliyyatlarının ilk günündən ön xətdə olub.
 21 yaşı vardı. Vətənimizin müxtəlif bölgələrində hərbi xidmət keçmişdi. Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə qarşı başladığı əks-hücum əməliyyatlarının ilk günündən ön xəttə idi.
 ...Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda müzəffər yürüşünü davam etdirir. Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı ilə müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələrini sıradan çıxartdı. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancıldı.
 - Cəbhədən alınan bu şad, sevinc dolu xəbərlərin davam etdiyi bir vaxtda Rövşən Orxan oğlu Rüstəmov da döyüşlərin ən qızğın nöqtələrindən birində vuruşurdu. Sözsüz ki, müharibə meydanında bütün bu qələbələr Rövşən kimi cəsur, vətənsevər oğulların hünəri hesabına qazanılırdı. Geri alınan hər qarış Vətən torpağında onların böyük zəhməti vardı. Cəbhə yoldaşları xatırlayırlar ki, Rövşən azad edilən yurd yerlərimizi gördükcə gözləri gülür, xalqımıza bu qürüru yaşadanlardan biri olduğu üçün özünü xoşbəxt hiss edir və bundan gözəl nə var- deyirdi.
 Rövşən Orxan oğlu Rüstəmov oktyabrın 6-da şəhidlik zirvəsinə ucaldı. İgid eloğlumuz oktyabr ayının 7-də Bakı şəhəri, Xətai rayonu qəbiristanlığında torpağa tapşırıldı.
 Şəhidimizlə vida mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.

 
Allah rəhmət eləsin!




Əzizov Elgün Elman oğlu 
 
(08.01.1990-07.10.2020)

Elgün Əzizov 1990-cı il yanvarın 8-də Şamaxının Qurdtəpə kəndində anadan olmuşdu. Torpaqlarımızın işğal altında olması səbəbindən fərqli bir sahəni- hərbçi peşəsini seçmişdi. Peşəkar hərbçi olmaq üçün çox əziyyətlərə qatlaşmalı olmuşdu. Öz zəhməti, bilik və bacarığı sayəsində baş leytenant rütbəsinə qədər yüksəlmişdi.
 Qəhrəman eloğlumuz oktyabrın 7-də torpaqlarımızın azadlığı savaşında Şəhidlik zirvəsinə ucaldı. Şəhidlər isə heç vaxt unudulmur, xalqın yaddaşına əbədi həkk olunur.
 Əzizov Elgün Elman oğlu oktyabr ayının 8-də Bakı şəhəri, Binəqədi rayonu qəbiristanlığında dəfn olundu.
 Şəhidimizin dəfn mərasimində çox sayda insan iştirak etdi. Çıxışçılar onun qisasının alınacağını, qəhrəman Ordumuzun düşmənləri yurd yerlərimizdən qovacağını və Qarabağımızın hər yerində üçrəngli bayrağımızın dalğalanacağı günün mütləq gələcəyini bildirdilər.

 Allah rəhmət eləsin!
 



Hüseynov Eldost Asəf oğlu
(16.12.1990-07.10.2020)

Hüseynov Eldost Asəf oğlu 1990-cı il dekabr ayının 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub.
Addım-addım yaxınlaşırıq Böyük Qələbəyə. Bunu cənab Ali Baş Komandanımızın rəhbərliyi altında bir-birinin ardınca qələbə müjdələri ilə xalqımızı sevindirən rəşadətli Ordumuz deyir. Qarabağ həsrətimizin birdəfəlik bitəcəyi günün uzaqda olmadığına kimsə şübhə etmir.
Qismən Səfərbərlik elan olunanda Eldost Hüseynov da bütün yaşıdları kimi fərəh hissi keçirdi. Qısamüddətli təlimlərdən sonra o, ön cəbhədə mövqe tutdu.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdi. Fiziki gücü, yüksək zəkası ilə bərabər onun qəlbində tükənməz Vətən sevgisi vardı. Döyüşlərə də elə bu ruh yüksəkliyi ilə qatıldı. Hər bir əməliyyat tapşırığını yüksək əzmkarlıqla, məsuliyyətlə yerinə yetirir, hamı kimi onun da qəlbi Böyük Qələbəni yaxınlaşdırmaq arzusu ilə döyünürdü. Bu müqəddəs savaşda heç vaxt ölümdən qorxmadı, əksinə, Vətən torpağının azadlığı uğrunda can fəda etməkdən ülvi arzu ola bilməz- dedi. İştirak etdiyi döyüşlərdə düşmən hədəflərinin istər canlı, istərsə hərbi texnika sarıdan sıradan çıxarılmasında böyük şücaət göstərdi.
2020-ci il oktyabrın 7-də Eldost Asəf oğlu Hüseynovun son döyüşü oldu. Həmin gün ən ülvi arzusuna- Vətən övladı üçün ucalıq zirvəsi olan Şəhidliyə qovuşdu. 1990-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olan bir oğul böyük bir elə övlad oldu.
Hüseynov Eldost Asəf oğlu oktyabr ayının 8-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Dəfn mərasimində şəhidimizə son borcunu verməyə gələnlər çox idi. O, böyük ehtiramla son mənzilə yola salındı.

Allah rəhmət eləsin!








Ələkbərov Naiq Faiq oğlu
(08.08.1994-09.10.2020)

Naiq Ələkbərov 1994-cü il avqust ayının 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. Orta təhsilini Bağırlı kənd tam orta məktəbində alıb.
Gizir-kəşfiyyatçı idi. 2016-cı il Aprel döyüşlərində də xüsusi şücaət göstərmişdi. Talış kəndi ətrafındakı yüksəkliklərin alınmasında "İgidliyə görə" medalı ilə təltif edilmişdi.
Naiq Faiq oğlu Ələkbərov Vətən müharibəsində iştirak etdiyi döyüşlərdə də yüksək peşəkarlığı ilə fərqlənib. Kəşfiyyat bölüyü düşmən arxasına gizlincə sızaraq düşmən tərəfin ən mühüm kəşfiyyat məlumatlarını əldə edib vaxtında komandanlığa çatdırmaqla uğurlu hücum əməliyyatının təmin edilməsində mühüm rol oynayıb. Döyüş tapşırığını yerinə yetirərkən dəfələrlə düşmənlə üz-üzə çıxan kəşfiyyatçılarımız onları yerindəcə məhv etməyi, tapşırığı uğurla sona çatdırmağı bacarmışdılar.
Naiqin iştirak etdiyi ən gərgin döyüş oktyabrın 9-da olub. Həmin gün Azərbaycan Ordusu Hadrut qəsəbəsini və 8 kəndi işğaldan azad edib. Bu, hərbi cəhətdən mühüm strateji əhəmiyyətli uğur idi. Məlumdur ki, Hadrut qəsəbəsi Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonuna daxildir.
Naiq Faiq oğlu Ələkbərov Azərbaycan Ordusu üçün çox mühüm əhəmiyyət kəsb edən belə yaşayış məntəqələri uğrunda döyüşdə- oktyabrın 9-da, 26 yaşında şəhid olub.
İgid ölər, adı qalar! Naiqdən də doğmalarına, elinə, obasına mərd, igid, qorxmaz adı qaldı.
Şəhidimizin dəfn mərasimində iştirak edənlər onun və bütün şəhidlərimizin ruhuna dualar oxudular, qəhrəman Ordumuzun onların qisasını yerdə qoymayacaqlarını, Qarabağımızı işğaldan azad edəcəklərinə ürəkdən inandıqlarını bildirdilər.
Naiq Faiq oğlu Ələkbərov oktyabr ayının 9-da Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.

Allah rəhmət eləsin!


Manafov Zahir Zakir oğlu
(12.12.1993-09.10.2020)

Manafov Zahir Zakir oğlu 1993-cü il dekabr ayının 12-də Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. Orta təhsilini Şəhriyar qəsəbə tam orta məktəbində alıb.
Vətən müharibəsi başlayanda çağırış vərəqəsini belə gözləmədi. "Vətənimiz üçün bu, bir sınaqdır. Qarabağımızın taleyi həll olunur. Torpaqlarımızı erməni təcavüzkarlardan birdəfəlik xilas etməyin vaxtıdır. Qaçqın-köçkün adının töhmətini üstümüzdən götürməliyik."-dedi.
Döyüşdən-döyüşə atıldı. Çox çətin əməliyyat tapşırıqlarını böyük fədakarlıqla yerinə yetirdi. Azad olunan torpaqlarımızdan güc-qüvvət aldı, erməni vandallarının yurdlarımızda törətdikləri vəhşilikləri gördükcə bu soysuzlara nifrəti daha da artdı, ürəyi intiqam hissi ilə aşıb-daşdı. Özünə söz verdi ki, onlara qarşı daha amansız olacaq, törətdikləri saysız-hesabsız qəddarlıqların hesabını soracaq.
Döyüşlərdə göstərdiyi cəsarət, şücaət hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə qeyd olunub, qiymətləndirildi.
27 yaşlı Zahir Zakir oğlu Manafov şiddətli döyüşlərin getdiyi həmin gün- oktyabrın 9-da Ballıqaya istiqamətində şəhid oldu.
Böyük izdihamla son mənzilə yola salınan igid Vətən övladı Zahir Zakir oğlu Manafov oktyabr ayının 9-da Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.

Allah rəhmət eləsin!



Amanalıyev Tərlan Rövşən oğlu
 (15.07.1995- 09.10.2020)

Amanalıyev Tərlan Rövşən oğlu 1995-ci il iyulun 15-də Şamaxının Şəhriyar qəsəbəsində anadan olub.
Tale onu ana nəvazişindən çox erkən məhrum edib- anasını itirəndə 5 yaşı vardı. O vaxt balacaya Əzəmət nənəsi sahib çıxıb, bütün çətinliklərə sinə gərib, Tərlanı boya-başa çatdırıb. İki il idi nəvəsinə toyu da özü etmişdi. Qisməti bu dəfə də yüyrək deyilmiş gəncin- övlad sarıdan da talesizlik yazılıbmış ömür dəftərinə.
Çağırış gələndə heç tərəddüd etməyib. Deyib ki, gedib torpaqlarımızı düşməndən azad edəcəyik. Lazım gəlsə, canımızı da verərik Vətən yolunda.
Vətən müharibəsi başlayanda Tərlanın Zahir adlı (Manafov Zahir Zakir oğlu) yaxın dostu da cəbhəyə yollanıb. Sadəqətli dostlar müxtəlif istiqamətlərdə düşmənə qarşı döyüşüb.
...2020-ci il oktyabrın 8-də cəbhəboyu döyüşlər intensivliyi ilə davam etmişdi. Rəşadətli Ordumuz bütün istiqamətlərdə düşmənə sarsıdcı zərbələr endirmişdi.
Bundan əvvəlki döyüşlərdə də 25 yaşlı Tərlan Amanalıyev öz cəsurluğu ilə fərqlənmişdi. O, komandirin tapşırıqlarını böyük həvəs və intizamla, əzmkarlıqa, başlıcası isə, yüksək döyüşçü ruhu ilə yerinə yetirirdi.
Qorxmaz, şücaətli Vətən oğlu oktyabrn 9-da Şəhidlik zirvəsinə ucaldı.
Talenin qəribəliklərindən biri də bu oldu ki, ayrılmaz dostlar- Tərlanla Zahir bu müqəddəs savaşda Ucalıq zirvəsinə də eyni vaxtda qanad açdılar- 2020-ci il oktyabrın 9-da Şəhidliyə- əbədi bir həyata qovuşdular.
Qəhrəman Vətən oğlunun dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.
Tərlan Rövşən oğlu Amanalıyev Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!



Üsüfov Şahadət Qalib oğlu
(13.12.2000-10.10.2020)

Şahadət Üsüfov 2000-ci il dekabrın 13-də Şamaxı rayonunun Göylər kəndində anadan
olub.
2006-2017-ci illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb.2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb.
Vətən müharibəsindən əvvəl hərbi xidmət keçmişdi və müqavilə əsasında işləyən kiçik komandir heyətinə daxil idi.
...Oktyabr ayının əvvəllərində erməni silahlı birləşmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilo bir neço dofə cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçməyə cəhd göstərsələr do igid osgor və zabitlərimiz onların qarşısını qətiyyetlo almışdılar. Həmin qəhrəmanlarımızdan biri də 19 yaşlı cəsur əsgərimiz Üsüfov Şahadət Qalib oğlu idi.
...Böyük ruh yüksekliyi ilə döyüşən Vətən oğulları xalqımızı gündən-güno "Şuşa arzumuza" yaxınlaşdırırlar. Bunları düşünüb, o xoşbəxt günü xəyal etdikcə bütün döyüşçü yoldaşları kimi Şahadətin də qəlbi qürurla döyünürdü. O da Vətən müharibəsində iştirak edib, torpaqlarımızın azadlığı uğrunda döyüşməklə Azərbaycanımızın şanlı tarixini yazanlardan biri olmaq istəyirdi.
 Oktyabrın 10-də Füzuli istiqamətində ağır döyüşlərdo qohrəmancasına həlak olan Şahadət Qalib oğlu Üsüfov bu arzularla yaşadı, son damla qanına qədər döyüşdü və Şəhidliyə qovuşdu. Qəhrəmanımız oktyabr ayının 11-do Göylər kəndində torpağa tapşırıldı.
Şəhidimizin dəfn mərasimi izdihamlı keçdi. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.

Allah rəhmət eləsin!



Orucov Mirzəcan Araz oğlu
(14.09.2001-07.10.2020)

Orucov Mirzəcan 2001-ci il sentyabrın 14-də Şamaxı şəhərində anadan olub.
2020-cu ildə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 
...Şəhidlik zirvəsinə pillə-pillə ucalıb. Xidmətə başladığı ilk gündən hərbin sirlərinə səylə yiyələnib. Müxtəlif atıcı silahların texniki göstəricilərini öyrənməklə yanaşı, bunlarda istifadə qaydalarını da böyük həvəslə mənimsəməyə çalışıb. Bunları sıradan bir dərs deyil, hər bir Azərbaycan oğlunun bilməyi vacib olan məsələ sayıb. Çünki Vətənin müstəqilliyinin, bütövlüyünün qorunması onlardan çox asılı idi. Ona görə bütün xidməti boyu məsuliyyət hissini bir an da olsun itirmədi.
-Budur, Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatından təxminən bir həftə keçməsinə baxmayaraq sürətli həmlələrlə düşmənə sarsıdıcı zərbələr vuran Mirzəcan kimi qəhrəmanlarımız işğaldakı yurd yerlərimizi bir-birinin ardınca azad edir.
...Torpaqlarımızın mənfur düşmənlərdən azad olunması üçün canlarından keçənlər də oldu. Onlardan biri elimizin cəsur, qorxmaz oğlu Mirzəcan Orucov idi.
Orucov Mirzəcan Araz oğlu  oktyabr ayının 7-də Şəhidlik zirvəsinə ucaldı.Qəhrəmanımız  oktyabr ayının 11-də  Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.
Doğmaları bu acı xəbərdən nə qədər sarsılsalar da, təmkinlərini saxladılar. Oğul Vətən üçün doğulur- dedilər və başlarını dik tutdular.
Elinə-obasına əbədi qürur hissi bəxş edən şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Qəhrəmanın döyüş yolundan söz açıldı, ruhuna dualar oxundu.

Allah rəhmət eləsin!



Əhmədov Sənan Qalasan oğlu
(15.02.1988-11.10.2020)

Əhmədov Sənan Qalasan oğlu  1988-ci il fevral ayının 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Orta təhsilini F.Şıxalıyev adına Bağırlı kənd tam orta məktəbində almışdır.
2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsi kursuna daxil olur. Sonra, 2008-ci ildə bu kursu müvəffəqiyyətlə başa vuran Sənan Əhmədov “N” hərbi hissədə MAHHXQ (Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu) vəzifəsində tank taqımında sürücü-mexanik kimi xidmətə başlayır.2015-ci ildə ailə vəziyyəti ilə bağlı, həm də müqavilə müddətinin başa çatması ilə əlaqədar ordu sıralarından ehtiyata buraxılır. 
Əhmədov Sənan Qalasan oğlu Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub. Füzuli rayonunun Yüxarı Seyidəhmədli, Alxanlı, Mahmudlu, Qaraxanbəyli, Xocavənd istiqamətində gedən döyüşlərdə düşmənin onlarla hərbi texnikasının məhv edilməsində və ya saz vəziyyətdə qənimət kimi mövqelərimizə gətirilməsində böyük şücaət nümayiş etdirib.
Sənanın son döyüşü Qaraxanlı istiqamətində olub. Tankçılarımızın həmləsindən sonra döyüşün yenicə səngiməyə başladığı bir vaxtda, o, düşmənin atıb qaçdığı tankı yedəkləyib qənimət kimi. Elə bu zaman düşmən gülləsinə tuş gəlir və qəhrəmancasına şəhid olur- o gün oktyabrın 11-i idi.  Şəhidlər isə heç vaxt unudulmur, xalqın yaddaşında əbədi həkk olunur.
Qəhrəmanımız Əhmədov Sənan Qalasan oğlu oktyabr ayıının 12-də  Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Qorxmaz, cəsur Vətən oğlu Sənan Qalasan oğlu Əhmədovun dəfn mərasimindəki izdiham şəhidimizə, onun nümunəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin hamısına böyük ehtiramın ifadəsi idi. Çıxış edənlər Sənanın qəhrəmanlıqla dolu döyüş yolundan söz açdılar. Onun xidmət etdiyi hərbi hissənin zirehli tank xidməti rəisi, kapitan Məmməd Həsənov dedi ki, tankçı MAHHXQ Sənan Əhmədov Azərbaycan Ordusunun işğaldakı torpaqlarımızın azad edilməsi əməliyyatında düşmənin 24 ədəd tank və d
igər zirehli texnikasının, 12 ədəd hərbi avtomobilinin sıradan çıxarılmasında, xeyli sayda texnikanın isə saz vəziyyətdə ələ keçirilməsində misilsiz hünər göstərənlərdən biri idi.

Allah  rəhmət eləsin!


Hacıyev Nazim Feyruz oğlu
(16.12.1995-14.10.2020)

Nazim Feyruz oğlu Hacıyev 1995-ci il fevral ayının 16-da Şamaxı rayonunun Şərədil kəndində anadan olub.Orta təhsilini doğma kənd məktəbində alıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayanda çox sevinib. Cəbhəyə ürəklə, düşməndən qisas arzusu ilə yollanıb.
Üç bacının bir qardaşı idi. Ailədə hamı onu özünə dayaq bilirdi. Torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə də döyüşçü yoldaşları Nazimi özlərinə dayaq bildilər. Hərbi əməliyyatlarda cəsarətlə döyüşdü. Torpaqlarımıızın işğaldan tezliklə azad olunması üçün ən çətin sınaqlardan hünərlə çıxdı.
İşğalçı Ermənistanla müharibənin 18-cı günü başa çatmışdı. Müdafiə Nazirliyindən daxil olan məlumatlardan bilmək olurdu ki, oktyabrın 14-də də cəbhədə sakitlik olmayıb. Müzəffər Ordumuzun əks həmlələri nəticəsində düşmən qüvvələri böyük tələfat verərək geri çəkilməyə məcbur olub. Qəhrəman əsgər və zabitlərimizin əks-hücum əməliyyatı bununla da bitməmişdi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək cəbhə xəttində irəliləmiş, Füzuli və Xocavənd rayonunun bir sıra kəndlərini işğaldan azad etmişdi.
Nazim Feyruz oğlu Hacıyev həmin gün, yəni oktyabrın 14-də Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edirdi. Elə həmin döyüşdə də qəhrəmancasına şəhid oldu.
Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.
Nazim Feyruz oğlu Hacıyev Şərədil kənd qəbiristanlığında dəfn edildi.

Allah rəhmət eləsin!



Azayev Asif Məhəmmədağa oğlu
(01.02.1985-21.10.2020)
Asif Məhəmmədağa oğlu Azayev 1985-ci il fevral ayının 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub.1991-1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində 1997-2000-cü illərdə isə C.Naxçivanski adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.Ailəli idi. Vətənə 3 oğul yadigarı qalıb.
Hərbi vəzifəsi: Mayor
Peşəkar hərbçi idi. Xüsusi təyinatlı kimi hər cür döyüş şərtlərinə hazırlıqlı idi.
Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə olub. Zabit şərəfini hər zaman uca tutub. Döyüş əməliyyatlarının uğurla yerinə yetirilməsində şəxsi şücaət, bilik və bacarıq göstərib. Bu işdə qazandığı təcrübənin də böyük rolu olub. Qorxmaz xarakterə sahib idi. Xoşxasiyyət, istiqanlı, bir sözlə, ən yüksək əxlaqi və mənəvi keyfiyyətlərə malik hərbçi idi. Mərdliyi Asifi hamının sevimlisi etmişdi.
Şəhid olmasından bir neçə gün əvvəl onun rəhbərliyi ilə düşmənin bir neçə döyüş texnikasını qənimət kimi gətirilməsi haqqında hərbi hissədə böyük fəxrlə danışırdılar. Çox cəsarətli idi. Döyüşçülər çox istəyirdilər ki, düşmənə qarşı vuruşda onunla birgə olsunlar- o dərəcədə Asifə inanırdılar. Hamıya da "oğlum", "qardaşım" deyirdi. Sonuncu döyüşə gedəndə “Balalarım, mən gedirəm. Şəhid olsam, 3 körpəm Vətənə əmanət” deyibmiş.
-Həmin vaxt oktyabrın 21-i idi. O döyüşdə şəxsi heyətilə mühasirəyə düşür. Asif yoldaşlarını bir-bir mühasirədən çıxarmağı bacarır. Sonda özünü xilas edə bilmir, qəhrəmancasına ölümsüzlüyə qovuşur- şəhid olur.
Son dəfə, həm də həmişəlik döndü ata yurduna. Dəfn mərasimi böyük izdihamla keçdi. Torpaqlarımızın işğaldan azad olunması üçün canından keçən qəhrəman zabitimizin ruhuna dualar oxundu və son mənzilə yola salındı.
Mayor Asif Məhəmmədağa oğlu Azayev Həmyəli kənd qəbiristanlığında atasının yanında dəfn edildi.

Allah rəhmət eləsin!



Zərbaliyev Ziyad Nəriman oğlu
(19.05.2002-20.10.2020)

2002-ci il mayın 19-da Şamaxı şəhərində anadan olub. 
Şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb. Şamaxı Dövlət Regional Kollecində təhsilini davam etdirib. Ən böyük istəyi hərbi xidmətini başa çatdırdıqdan sonra ali təhsil almaq idi.
"Qarabağ Azərbaycandır" nidasını bütün varlığı ilə hayqırıb. Bu sözdəki inam, qürur hissləri onu hərb meydanında daha inamlı və cəsarətli edib.
18 yaşlı gənc əsgər döyüşlərə aslanlar kimi atılıb. Qorxu nədir- onun xarakterinə yad olub. İnanırdı ki, haqq, həqiqət yolunda döyüşən, can qoyub, qanını axıdanlar ölümsüz olurlar. Çünki Şəhidlik ölümsüzlüyə qovuşmaq deməkdir.
Sözsüz ki, müharibənin öz qanunları var,- uğurlu hərbi əməliyyatların itkisiz ötüşməsi mümkün deyil. Zərbaliyev Ziyad Nəriman oğlu oktyabrın 20-də gedən şiddətli döyüşlərin birində qəhrəmancasına həlak oldu.
Şirvan elinin gənc, qəhrəman oğlu Ziyad Nəriman oğlu Zərbaliyev oktyabr ayının 22-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Şəhidimizin dəfn mərasimi onun ata yurdunda keçirildi. İzdihamlı mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu.

Allah rəhmət eləsin!



Kərimov Haqverdi Sadiq oğlu
(01.12.2000-24.10.2020)

Kərimov Haqverdi Sadiq oğlu  2000-ci il dekabr ayıının 1-də Şamaxı rayonun Ovçulu kəndində anadan olub. Orta təhsilini Ovçulu kənd orta məktəbində alıb.
...Cəbhəboyu bütün istiqamətlərdə gedən döyüşlərdən xoş xəbərlər gəlməkdədir. Müjdəli xəbərlər xalqımızda Qarabağımızın erməni işğalçılarından tamamailə azad ediləcəyi günün yaxında olduğuna daha da inandırır, onların qəlbində ümid işığını daha da alovlandırır.
Oktyabrın 23-ü. Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna ciddi zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Erməni quldur birləşmələrinin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.
-Bu uğurların qazanılmasında MAXE baş əsgər Haqverdi Sadiq oğlu Kərimovun daxil olduğu şəxsi heyətin də böyük zəhməti vardı. Qorxmaz əsgər və zabitlərimizin keçirdiyi dəqiq əməliyyat tapşırığı hərbçilərimizə müəyyən istiqamətlərdə üstünlük əldə etməyə şərait yaratdı.
Növbəti gün-oktyabr ayının 24-ü igid Vətən oğlunun son döyüşü oldu. Canını torpaqlarımızın azadlığı, bütövlüyü yolunda fəda verdi. Böyük Zəfərin gələcəyi günə ürəkdən inanırdı. Bilirdi ki, dəşadətli Ordumuz bu müqəddəs savaşı qələbə ilə başa çatdıracaqdır.
Qəhrəmanımız Kərimov Haqverdi Sadiq oğlu  Ovçulu kənd qəbiristanlığında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!



Atakişiyev Tərlan Dərgah oğlu
(23.02.1977-24.10.2020)

Atakişiyev Tərlan Dərgah oğlu 1977-ci il fevral ayının 23-də Şamaxı rayonun Göylər kəndində anadan olub.1984-1993-cü illərdə  Göylər kənd 1 saylı tam orta məktəbdə daha sonra orta təhsilini   Bakıda kimya-biologiya təmayüllü liseydə davam etdirib.
Sözündə qərarlı idi. Ehtiyatda olan zabit kimi o da döyüşlərə böyük həvəslə qatıldı. Bilik və bacarığını hərb meydanında sınadı. Andına sadiq qaldı. Vətənin köksünə çökmüş 30 illik qaranlığı torpaqlarımızın köksündən birdəfəlik uzaqlaşdırıb, xalqımızı azadlıq işığına qovuşdurmaq üçün böyük şücaət, yüksək qətiyyət, qorxmazlıq nümunəsi göstərdi.
...Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdiyi bir vaxtda baş leytenant Tərlan Atakişiyev şəxsi heyətlə bu dəfə də çox çətin əməliyyat tapşırığını yerinə yetirirdi. Qoşunlarımız Füzuli istiqamətində düşmənin müqavimətini zəiflədib, yeni mövqelərə irəliləyirdi.
Cəsur zabitimiz Tərlan Dərgah oğlu oktyabrın 24-də Füzuli istiqamətində gedən həmin ağır döyüşlərdə şəhid oldu. Allah dərgahında Ucalıq onun da adına yazıldı.
43 yaşlı şəhid qəhrəmanımızın dəfn mərasimi doğulub boya-başa çatdığı Göylər kəndində keçirildi. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu. Belə igid, vətənpərvər övlad böyütdüyünə görə valideynlərə minnətdarlıq bildirildi.
İgid Vətən oğlu Tərlan Dərgah oğlu Atakişiyev Göylər kənd qəbiristanlığında dəfn olundu.

Allah rəhmət eləsin!



Məcidov Müşfiq Bayram oğlu
(08.03.1997- 08.10.2020)

Məcidov Müşfiq Bayram oğlu  1997-ci ili mart ayının 8-də Şamaxı rayonunun Göylər kəndində  anadan olub. O, Tehran Kərimov adına 2 saylı orta məktəbdə təhsil alıb. 
2020-ci il sentyabrın 21-də səfərbərliyə çağırılaraq kəşfiyyatçı kimi təlimlərə göndərilib.
2016-cı il Aprel döyüşlərində iştirak etmişdi. Süd qardaşı Elşən Səmədovla düşmənə qarşı birlikdə vuruşmuşdular. O vaxt Elşən şəhid oldu. Qismətə bax ki, şəhidlik Müşfiqin də qismətinə yazılıbmış.
Vətən müharibəsi başlayanda 23 yaşlı Müşfiqin də sorağı ön xətdən gəldi. Yola düşəndə atasına ikicə cümlə demişdi: "Ata, bu dəfə Qarabağımızı mütləq azad edəcəyik. Ordumuz erməniləri əzib keçəcək”.
Xilaskar missiyanı yerinə yetirənlərin sırasında olmaqdan qürur duyan Müşfiq Məcidov kəşfiyyatçı əsgər kimi hərbi əməliyyatların ən qızğın nöqtələrində yer aldı. Onun döyüş bioqrafiyasına bu dəfə də hünər, cəsarətlə dolu yeni səhifələr yazıldı. Bu səhifələr onun 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaət dastanının davamı idi.
2020-ci il oktyabrın 8-də torpaqlarımızın azadlığı uğrunda gedən ağır döyüşlərdə şəhid olan Müşfiq Bayram oğlu Məcidov qısa və şərəfli ömür yolu ilə bir daha göstərdi ki, Vətən insan övladı üçün çox müqəddəsdir və onun yolunda canından keçmək qəhrəmanların alın yazısıdır.
Qəhrəmanımız oktyabr ayının 28-də Göylər kənd qəbiristanlığında torpağa tarşırıldı.
Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.

Allah rəhmət eləsin!



Şıxaliyev Fariz Şahverdi oğlu
(10.12.1987-26.10.2020)

Fariz Şahverdi oğlu  Şıxaliyev 1987-ci il dekabr ayının 10-da Şamaxı rayonunun Qaravəlli kəndində anadan olub.Orta təhsilini kənd məktəbində alıb.
Fariz Şahverdi oğlu Şıxaliyev kimi mərd oğullar əzəli yurd yerlərimizi əsirlikdən xilas etmək üçün böyük cəsarət və hünər göstərib. O da döyüşçü yoldaşları kimi azad etdikləri hər kəndin, qəsəbənin "hənirindən", "isti nəfəsindən" qanadlanıb. Hərb meydanında qazanılan uğurların xalqımızın qəlbində oyatdığı sonsuz sevinci təsəvvür etdikcə döyüşlərdə daha böyük ruh yüksəkliyi ilə iştirak edib. Şəxsi heyətin apardığı hərbi əməliyyatlarda fərqlənib.
Fariz Şıxaliyev Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi daşıyıb- gizir idi. O, qorxmazlığı, cəsarəti ilə döyüş yoldaşlarının sevimlisi olub. İştirak etdiyi döyüşlərdə həm də etibarlı, sədaqətli dost kimi də tanınıb. Bir neçə dəfə yaralı yoldaşlarını güllə "yağışının" altından   çıxarıb.
Fariz Şıxaliyev döyüşçü ömrünü ləyaqətlə başa çatdırdı. O, oktyabrın 26-da növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Bu qəhrəmanlığı ilə doğma Qaravəlli obasına, bütövlükdə Şirvan elinə baş ucalığı gətirdi.
İgid eloğlumuz Şıxaliyev Fariz Şahverdi oğlu  oktyabın 29-da Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.
Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.

Allah rəhmət eləsin!



Orucov Ceyhun Namaz oğlu
(17.12.1996-28.09.2020)

Orucov Ceyhun Namaz oğlu  1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində dünyaya göz açmışdı. Vətənə ürəkdən bağlı, qorxmaz, yüksək nizam-intizama sahib idi.
Vətən müharibəsində cəsur döyüşçü kimi tanındı. Müharibənin sərt sınağında büdrəmədi. Torpağımızın azadlığını öz şərəfi bildiyindən ölümün üzünə dik baxdı. O, Azərbaycan adını, Vətən şərəfini uca tutan, bu yolda varlığından belə keçməyə hazır olan oğul idi.
Atıldığı döyüşlərdə şəhidlərimizin, düşmən əsirliyində olan yurd yerlərimizin qisasını bacardığı qədər aldı. Xeyli sayda düşmənin canlı qüvvəsini məhv etdi. İllər uzunu qazdıqları səngərlər, qurduqları istehkamlar şərəfsiz erməni dığalarını qəhrəman oğullarımızın güclü zərbəsindən xilas edə bilmədi. Ceyhunun da iştirak etdiyi döyüşlərin birində Füzuli rayonunun Mandılı kəndi erməni işğalından xilas edildi.
Qorxmaz, cəsur eloğlumuz Ceyhun Namaz oğlu Orucov sentyabrın 28-də  Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Bütün qəlbi ilə bağlandığı Vətən torpağının azadlığı yolunda canını qurban verdi- 24 yaşında Şəhidlik zirvəsinə ucaldı.
Qorxmaz, cəsur Vətən oğlu oktyabr ayının 30-da Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.
Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu.

Allah rəhmət eləsin!


Cavadov Yalçın Aydın oğlu
(19.05.1985-09.10.2020)

Cavadov Yalçın Aydın oğlu  1985-ci il may ayının 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. Orta təhsilini Sabir qəsəbə tam orta məktəbində alıb. 
...Yalçın Aydın oğlu Cavadov Hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyətinə daxil idi.
Oktyabrın 9-da da cəbhədə döyüşlər müxtəlif intensivliklə davam edib. Müzəffər Ordumuzun keçirdiyi hərbi əməliyyatlar nəticəsində bir neçə kəndimiz erməni işğalından azad olundu- xalqımıza bu sevinci yaşadanlar içərisində cəsur döyüşçü Cavadov Yalçın Aydın oğlu da vardı. O, bu müqəddəs savaşda öz canından keçdi ki, Vətən yaşasın, torpaqlarımız düşmən əsarətindən qurtarsın.
9 oktyabr Yalçın Cavadovun Şəhadətə yüksəldiyi tarixdir.
İgid Vətən övladı Yalçın Aydın oğlu Cavadov oktyabr ayının 30-da Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Qəhrəmanımızın dəfn mərasimi izdihamlı oldu. Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti mərasimdə iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu.

Allah rəhmət eləsin!



Adıgözəlov Cavid Gülhəsən oğlu
(11.12.1995-21.10.2020)

Adıgözəlov Cavid Gülhəsən oğlu 1995ci il dekabr ayının 11-də Şamaxıda anadan olub.
...2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistana əks-hücum əməliyyatının ilk günündən Ordumuz nəyə qadir olduğunu düşmənə göstərdi. Cavid Adıgözəlov kimi qəhrəman oğullarımız erməni işğalçılarının başına od alədi, onları zəbt etdikləri ərazilərdən çıxmağa məcbur etdi. Ordumuz hər gün yeni yaşayış məntəqələrini, yüksəklikləri düşməndən azad etməyə başladı. 30 ildə çox şey dəyişmişdi. Soydaşlarımızın minbir arzu ilə tikib-qurduqları evlər yerle bir edilmişdi. Dağıdılan qəbiristanlıqlar... Tar-mar edilən maddi-mədəniyyet abidələrimiz... Bütün bunları gördükcə Cavidin düşmənə nifrəti daha da artır, ordumuzun yurd yerlərimizi ermənilərdən bacardıqca tez azad etməsini arzulayırdı. Ve bu istəyini elə özləri - düşmənə hər saat, hər dəqiqa sarsıdıcı zərbələr endirən cəsur döyüşçülərimiz gerçəkləşdirirdilər.
Cavid Adıgözəlov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. Döyüşçü dostları onun qorxmazlığı ilə hər zaman fəxr edirdilər. Xidmət etdiyi müddətdə döyüş tapşırıqlarını daim qüsursuz yerinə yetirib.
... Ordumuz oktyabrın 21-də cəbhədə xeyli irəlilədi. Cəbrayıl-Füzuli istiqamətinde düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur etdi və yeni yaşayış məntəqələrimizi azad etdi.
- Bu uğurların qazanılması zamanı şəhidlər də verdik. Onlardan biri də 25 yaşlı Cavid Gülhəsən oğlu Adıgözəlov idi. O, həmin gün - 2020-ci il oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə Şəhid adı ilə şərəfləndi.
Qəhrəman eloğlu Cavid Gülhəsən oğlu Adıgözəlov noyabr ayının 2-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Soforberlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.

Allah rəhmət eləsin!



Nəbiyev Orxan Rza oğlu
(20.01.1995-14.10.2020)

Nəbiyev Orxan Rza oğlu 1995-ci il yanvar ayının 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin   (ADPU)  Şamaxı filialının  “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”  fakultəsinə daxil olur və müəllimlik sənətinə yiyələnir. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncamından sonra döyüşlərə atılıb.
Hərbi vəzifəsi:  leytenant
Zabit idi. ”Ölsək şəhid, yaralansaq qazi, sağ qalsaq qalibik!” şüarı qardaşı Əmirxanla bir yerdə döyüşüb.
Orxan Rza oğlu Nəbiyev oktyabrın 2-də Suqovuşanın azadlığı zamanı gedən qanlı döyüşdə snayper gülləsinə tuş gəldi. Amma qəhrəman döyüşçümüz Şəhid olana kimi başçılıq etdiyi dörd nəfərlik qrupla 40-dan artıq erməni işğalçısını məhv etmişdi.
...Orxan Vətənə övladlıq borcunu şərəflə yerinə yetirmişdi. Həmin gün uğrunda canından keçdiyi daha bir məntəqəmiz- Suqovuşan düşmənlərdən azad olundu. Bununla da işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçdi.
Həyatda ən əziz Vətəndir. Orxan da onun azadlığı yolunda canını fəda verdi.
Noyabr ayının 3-də qəhrəman Vətən oğlu Orxan Rza oğlu Nəbiyev Qurdtəpə kənd qəbiristanlığında torpağa tapşırldı.
Şəhidimizin dəfn mərasimi Qurdtəpə kəndində - doğma ata ocağında keçirildi. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu. Belə igid, vətənpərvər övlad böyütdüyünə görə valideynlərə minnətdarlıq bildirildi.

Allah rəhmət eləsin!



Xaməmmədov Şirxan Xaməmməd oğlu
(09.02.1998-04.11.2020)

Xaməmmədov Şirxan Xaməmməd oğlu 1998-ci il fevral ayının 9-da Şamaxının Məlikçobanlı kəndində anadan olub. Təhsilini  doğma kənd məktəbində alıb.
MAXE hərbi qulluqçu idi.
Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb. Qorxmazlığı, cəsarəti ilə döyüş yoldaşları arasında ad qazanıb. Düşmən mövqelərinin və canlı qüvvəsinin, habelə döyüş texnikasının məhv edilməsində fərqlənib.
Ən böyük arzusu torpaqlarımızı erməni işğalından azad edib, Qələbə gününü görmək olub. Şuşanı- mədəniyyətimizin incisini, Qarabağımızın baş tacını görməyi xüsusi ilə arzulayarmış. O günü görəcəyinə sonsuz inamı varmış. İstəyirmiş ki, qalib Ordunun əsgəri şərəfini daşıyanlardan olsun.
Qoşunlarımız noyabr 4-də Cəbrayıl-Füzuli istiqamətində hücumunu davam etdirəndə Şirxan Xaməmməd oğlu Xaməmmədov da qızğın döyüşdə olub. Həmin gün düşmən müqavimət göstərmək istəsə də döyüşçülərimizin endirdiyi zərbələri altında onlar geri çəkilməyə məcbur olublar.
Elimizin qəhrəman oğlu noyabrın  4-də şəhidlik zirvəsinə ucaldı. Onun adı xalqımızın yaddaşına Qalib Ordunun əsgəri, həm də bu müqəddəs yolda canından keçən şəhid kimi əbədi olaraq yazıldı.
22 yaşlı şəhidimizin dəfn mərasimi izdihamında onun Vətən yolunda borcunu ləyaqətlə verməsi böyük minnətdarlıq və qürur hissilə qeyd edildi və "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ Azərbaycandır" nidalarının müşayiətində son mənzilə yola salındı.
Şirxan Xaməmməd oğlu Xaməmmədov 2020-ci il noyabrın 4-də Məlikçobanlı kənd qəbiristanlığında dəfn olundu.

Allah rəhmət eləsin!



Salehov Orxan Fikrət oğlu
(14.11.1999-15.10.2020)

Salehov Orxan Fikrət oğlu 1999-cu il noyabrın 14-də Şamaxıda anadan olub. Şəhər 10 saylı tam orta məktəbdə təhsil alıb.
Vətən torpağının şirinliyinin nə olduğunu kiçik yaşlarından anlamışdı. Atası 1-ci Qarabağ savaşının iştirakçısı olduğundan ona əsirlikdə olan torpaqlarımız haqda tez-tez söz açar, yurd yerlərimizi azad etmək xalqımızın ən böyük arzusu olduğunu deyərmiş. Beləcə, veteran ata övladını vətənpərvərlik ruhunda böyütmüşdü. Orxan özünü biləndə söz vermişdi ki, torpaqlarımızın azadlığı uğrunda müharibə başlasa mütləq ön sıralarda olacaq.
Sözünün üstündə durub. O, Böyük Vətən müharibəsi başlayanda ön sıralarda olub. Döyüşlərdə böyük hünər və cəsarət göstərib. Yurd yerlərimizi azad etdikcə Böyük Zəfərin qazanılacağı günün uzaqda olmadığına inanıb. İgid Vətən oğlu düşmənə qarşı müqəddəs savaşda hər zaman irəliyə- işğal altındakı torpaqlarımızı erməni tapdağından tez bir zamanda azad etməyə can atıb.
Oktyabrın ilk günlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Onun da iştirakçısı olduğu döyüşlərdə Ordumuz düşmən qüvvələrini həmin istiqamətlərdə şəxsi heyət və hərbi texnika sarıdan böyük itkilərə məruz qoyub.
Orxan Fikrət oğlu Salehov oktyabr ayının 15-də Ağdərə istiqamətində düşmən hücumunun qarşısı alınarkən şəhidliyə qovuşub. Nür üzlü şəhidimiz noyabrın 6-da Şamaxı şəhər Yeddi Günbəz qəbiristanlığında torpağa tapşırılıb.
21 yaşlı şəhidimizin dəfn mərasimində atasının təmkinlə dedikləri hər kəsə ən böyük təsəlli oldu: "Vətəndir, anadır- onun yolunda hər əziyyətə qatlaşmaq mənəvi, həm də müqəddəs borcdur. Vətənin keşiyində durmaq övlad üçün böyük şərəfdir. Mənim övladım da bu borcu şərəflə yerinə yetirdi."

Allah rəhmət eləsin!


Quliyev Rəcəb Elşən oğlu
(05.12.1997-09.11.2020)

Quliyev Rəcəb Elşən oğlu  1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb.
...Atası il yarım idi dünyasını dəyişmişdi. Ailənin bütün yükünü o çəkirdi. Amma Rəcəb üçün ən böyük yük- çəkiləsi getdikcə çətinləşən dərd yükü idi. O dərd yükünün adı "Qarabağ" idi.
Vətən müharibəsi başlayanda xalqımızın bütün övladları kimi Rəcəb də bu möhnətdən, yüz minlərlə soydaşımız yurdsuzluq acısından qurtarmaq üçün döyüşlərə atıldı. Bilirdi ki, torpağı düşmən işğalında olan Vətənin üzü gülməz. Övladının qəddi dərddən əyilər, başını dik tuta bilməz. Ona görə müqəddəs savaşa qoşulduğu ilk gündən yalnız irəliyə- döyüşlərin ən şiddətli nöqtələrinə can atdı. Müharibənin bütün dəhşətinə mətanətlə dözdü. Azad etdikləri torpaqlarımızdan güc aldı, illərlə həsrətində olduğumuz yurd yerlərinə qovuşduqca çəkdiyi acıları, ağrıları unutdu. Qəhrəman döyüşçümüz erməni silahlı birləşmələrinə qarşı mübarizədə böyük qəhrəmanlıq, şücaət göstərərək, düşmənə sarsıdıcı zərbələr endirdi, şəhidlərimizin, uzun illərdir düşmən tapdağında inləyən torpaqlarımızın intiqamını alan igidlərimizdən oldu.
...Düşmən gülləsi onu müharibənin son günündə- noyabrın 9-da haqladı. Qismətində şəhidlik varmış. 23 yaşlı Rəcəb Quliyev insan oğlunun həyatda qazana biləcəyi ən yüksək, ən uca adla Haqq dünyasına qovuşmağı bacardı. Bir ailənin oğlu nəinki bir elin, həmçinin bütöv xalqın qürur, iftixar yeri oldu. Qəhrəman eloğlu noyabr ayının 10-da Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.
Şəhidimizin dəfn mərasimində böyük izdiham yaşandı. Onunla vidalaşmağa gələnlər çox idi. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin təhsil aldığı təhsil müəssisələrinin kollektivləri, habelə rayon ictimaiyyəti mərasimdə iştirak etdilər.

Allah rəhmət eləsin!



Quliyev Elgün Vasif oğlu
(17.09.1992-09.11.2020)

Quliyev Elgün Vasif oğlu 1992-ci il sentyabrın 17-də Şamaxı rayonunun Göylər kəndində dünyaya göz açıb. Orta təhsilini kənd məktəbində alıb.
Üç bacının bir qardaşı idi.
Elgün Vətən müharibəsinə qədər məktəbdə çalışırdı. Ali təhsilli tarix müəllimi kimi şagirdlərə vətənimizin hünər dolu tarixini, şərəfli keçmişini tədris edirdi.
28 yaşlı Elgün cəbhəyə yollananda yeganə təəssüfləndiyi o olub ki, istədiyi qədər müəllim işləyə bilmədi. Amma sonra da deyib ki, əvəzində şəhid olsam, özüm tarix yazacam.
Doğrudan da tarix yazdı. Şücaəti ilə doğmalarına, elinə, obasına baş ucalığı gətirdi. Vətən uğrunda canından keçib, illərdir işğal altında inləyən torpağımızın azadlığa qovuşması üçün oğul payını verdi.
...Elgün döyüşdən-döyüşə daha da mətinləşib. Qələbəyə qovuşacağımız günə inamı qat-qat çoxalıb. Fərəhlənib ki, hər gün döyüş meydanında qazandıqları uğurlarla xalqımızı sevindirən igidlərin sırasında o da var.
...Şuşa şəhərinin azad edilməsi uğrunda döyüşçülərimiz hərb tarixinə yazılacaq bənzəri olmayan bir əməliyyat həyata keçirdilər. Düşmən ən son ehtiyatını və qüvvəsini Şuşaya toplasa da igidlərimiz misli görünməmiş hünər göstərərək düşməni məhv etdilər, mədəniyyətimizin, mənəviyyatımızın incisi Şuşanı azad edib orada Azərbaycanımızın bayrağını dalğalandırdılar. O döyüşlərdə Elgün Quliyev də böyük şücaət göstərdi.
Elgün noyabrın 9-da şəhid oldu. Ruhu şad idi- uzun həsrətdən sonra Şuşamıza boylanıb, dinclik tapırdı...
Qəhrəmanımızın ata ocağında keçirilən dəfn mərasimi böyük izdihamla keçdi. Şəhidimizin ruhuna dualar oxundu. Daha sonra insan axınının  müşayiətilə  son mənzilə yola salındı.
Elgün Vasif oğlu Quliyev 2020-ci il noyabrın 12-da Göylər kənd qəbiristanlığında dəfn edildi.

Allah rəhmət eləsin!



Həmidov Rəsman Mərdan oğlu
(24.10.1998-17.11.2020)

Həmidov Rəsman Mərdan oğlu  1998-ci il oktyabrın 24-də Şamaxı rayonunun Adnalı kəndində anadan olub.
Qaradağ rayonunun Müşfiqabad qəsəbə məktəbində təhsil alıb.
Peşəkar hərbçi olmaq üçün çox çalışmalı olmuşdu. Arzusuna pillə-pillə ucalmışdı. 9-cu sinifdən C.Naxçıvanski adına Hərbi Liseydə, daha sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdı.
Hərbi rütbəsi: Leytenant
Leytenant Rəsman Həmidov qazandığı bilik və bacarığını Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalından azad olunmasına sərf edib. Düşmənə qarşı mərdliklə döyüşüb. Şəxsi heyəti ilə bir neçə yaşayış məntəqəsinin alınmasında xüsusi rəşadət göstərib.
Rəhmanın iştirak etdiyi ən gərgin döyüş Ağoğlan uğrunda olub. Qarabağda strateji əhəmiyyət kəsb edən Hadrut qəsəbəsini düşmən qüvvələri əldən verməmək üçün xeyli sayda ehtiyat qüvvələrini və hərbi texnikalarını bu istiqamətdə yerləşdirmişdi. Ona görə Ağoğlan qəsəbəsinin azad edilməsi xüsusi əhəmiyyət daşıyırdı.
Döyüşlər bir neçə gün müxtəlif intensivliklə davam etsə də Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirərək düşmənin canlı qüvvəsi və zirehli texnikasına ağır zərbə vurdu.
Qorxmaz zabit, cəsarəti ilə şəxsi heyətə nümunə olan Rəsman Mərdan oğlu Həmidov həmin döyüşlərin birində qəhrəmancasına həlak oldu- Şəhidlik zirvəsinə ucaldı.
Qəhrəmanımızın dəfn mərasimində onun igidliyi iftixar hissilə qeyd olundu. Bildirildi ki, Rəsmanın adını, xatirəsini bu el, bu oba hər zaman yad edəcək, daim minnətdarlıqla xatırlayacaq.
Həmidov Rəsman Mərdan oğlu 2020-ci il noyabrın 17-də Adnalı kənd qəbiristanlığında dəfn edildi.

Allah rəhmət eləsin!



İsgəndərov Şahmurad Natiq oğlu
(17.12.1996-17.11.2020)

1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.
Orta təhsilini Göylər kənd məktəbində alıb.
Şahmurad İsgəndərovun döyüş bioqrafiyasında hünər dolu səhifələr çoxdur. Hər biri igid döyüşçünün vətənpərvərliyindən, qorxmazlığından, hünərindən bəhs edir. O, Vətən müharibəsində neçə-neçə yaşayış məntəqəmizin düşmən işğalından azad edilməsində böyük qəhrəmanlıq nümunələri göstərib.
Qəhrəmanımızın qismətinə Zəfər Gününün sevincini yaşamaq da yazılıbmış. Xalqımızın tarixində ən şərəfli anlarından birinin qürurundan fərəhlənmək ona da nəsib olmuşdu.
Şahmurad qalib Ordunun qalib əsgəri idi. Xalqımızın üstündən qaçqınlıq möhnətini, qəlbindən yurdsuzluq acısını silənlərin sırasında Şahmurad da vardı. Tariximizin şərəfli səhifəsini yazan cəsur, mübariz Azərbaycan əsgərindən biri olmaqdan şərəfli nə ola bilərdi?- Bunu elimizin igid oğlu bacarmışdı- şücaəti və cəsarəti ilə.
44 günlük Vətən müharibəsində erməni vandallarının törətdikləri cinayətləri də gördü, azad etdikləri torpaqlarımızın könüloxşayan ətrini, ürək çırpındıran havasını da uddu. Özünü xoşbəxt sandı. 30 il həsrətilə qovrulduğumuz, ürəyimizdə qübar bağlayan torpaqlarımıza- əzəli yurd yerlərimizə qovuşmaqdan gözəl nə ola bilərdi?
Təəssüflər olsun ki, düşmən gülləsi Şahmurad Natiq oğlu İsgəndərovu müharibə bitəndən bir neçə gün sonra haqladı. İgid əsgərimiz 2020-ci il noyabrın 17-də şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin dəfn mərasimi noyabrın 19-da ata yurdunda keçirildi. Mərasimdə Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti mərasimdə iştirak etdilər.
İsgəndərov Şahmurad Natiq oğlu Göylər kənd qəbiristanlığında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!


Abasov Elvin Səxavət oğlu
(17.06.1993-22.11.2020)

Abasov Elvin Səxavət oğlu 1993-cü il iyunun 17-də Şamaxı rayonunun Çarhan kəndində anadan olub.
Orta təhsilini Bakıda alıb.
Məsuliyyətli olmaq həyatda ona xas olan ən xarakterik xüsusiyyət idi. İşğal altındakı torpaqlarımızı azad etməyi ən böyük məsuliyyət sayırdı və deyirdi ki, bu hiss hamımızda olmalıdır, yoxsa Qarabağımızı azad edə bilmərik.
Elvin cəbhəyə yollananda qarşıda onu gözləyən məhrumiyyətlərə hazır idi. Bilirdi ki, döyüşlərə atılan, Vətənin namusunu, şərəfini qorumaq istəyən oğulu hər an düşmən gülləsi haqlaya bilər.
Vətən müharibəsində Elvin Abasov iştirak etdiyi bütün döyüşlərdə əsl igidlik nümunəsi göstərib. Döyüş yoldaşları ilə birgə onlara verilən hərbi tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib. Hər zaman da Ordumuzun apardığı bu ədalətli savaşda qələbə qazanacağımıza inanıb.
Müharibə alovundan keçib, canı-qanı bahasına əzəli yurd yerlərimizi düşməndən təmizləyən bütün Vətən oğulları kimi Elvin də əmin idi ki, erməni silahlılarını məhv etməklə, həm də bu müqəddəs yolda canlarından keçən şəhidlərimizin intiqamını almış olurlar. Ordumuzu müzəffər, hünərli edən Elvin kimi oğullar idi.
Qəhrəman döyüşçü, noyabrın 8-də Xocavənd uğrunda döyüşlər zamanı düşmənin gülləsinə tuş gələrək yaralanıb və Füzuli Rayon Xəstəxanasında əməliyyat olunub. Ağır yaralandığı üçün Ağcabədi Rayon Xəstəxanasına aparılır. Noyabrın 12-də Bakıda xəstəxanaların birinə gətirilir və 10 gün komada qaldıqdan sonra noyabrın 22-də Şəhadət məqamına ucalır.
Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin təhsil aldığı təhsil müəssisələrinin kollektivləri, habelə rayon ictimaiyyəti mərasimdə iştirak etdilər.
Abasov Elvin Səxavət oğlu 2020-ci il noyabrın 24-də  Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.

Allah rəhmət eləsin!



Cəbrayılov Ağacan Zakiroviç
(20.05.2002-22.11.2020)

2002-ci il mayın 20-də Şamaxı şəhərində  dünyaya göz açıb.
Orta təhsilli idi.
Vətən qeyrətli oğul idi. 18 yaşında şəhidlik zirvəsinə ucalıb.
Onun ən böyük arzusu işğal altındakı torpaqların azadlığı uğrunda savaşmaq idi- savaşdı da! Bir də ürəyindən Qalib Ordunun Qalib Əsgəri olmaq keçirdi. Bu amal uğrunda çarpışdı. Dəfələrlə ölüm-dirim döyüşlərinə girdi. Bir dəfə də olsun çəkinmədi. Vətən yolunda şəhid olmağa da hazır idi!- "Bu yol igidlərin yoludur"- deyirdi.
Ağacan Cəbrayılovun qorxmazlığı, cəsarəti, döyüş tapşırıqlarını yüksək dəqiqliklə və qətiyyətlə yerinə yetirməsi hərbçi yoldaşları arasında böyük qürurla qarşılanırdı. Bu diqqəti, dəyəri duyduqça Ağacanın döyüş ruhu bir qədər də artır, düşmənə qarşı daha mübariz olurdu. Onun döyüş gündəliyi yazılsaydı düşməndən azad edilən neçə-neçə yaşayış məntəqələrimizin adları orda yer alardı. Füzulinin, Cəbrayılın, Tərtərin... kəndləri yağı əlindən geri alındıqca, sanki torpaqlarımız dərindən köks ötürür, illərlə əsirlikdən qurtardığına sevinirdi.
Azad edilən torpaqlarımızın hər qarışında igid əsgər və zabitlərimizin böyük əzmkarlığı, mətanəti, şücaəti dayanırdı. Onlar "İrəli!" komandasını köksünə sıxıb bayraq edib bir məqsəd üçün vuruşurdular- Qarabağı   yağılardan azad edək!
Qəhrəman əsgərimiz Ağacan Cəbrayılov da bu amal uğrunda çarpışdı və gənc ömrünə şəhid əbədiyyəti qazandırdı. Həmin vaxt təqvimdə 2020-ci il noyabrın 22-i  idi.
İgid Vətən oğlunun dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.
Cəbrayılov Ağacan Zakiroviç  noyabr ayının 24-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!



Bəkirov Yasər Əfqan oğlu
(19.05.2002-01.10.2020)

Bəkirov Yasər Əfqan oğlu  2002-ci il may ayının 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Orta təhsilini doğma kənd məktəbində alıb.
Vətən müharibəsində onun xarakterindəki mərdanəlik, qorxmazlıq döyüşlərin ilk günündən özünü göstərdi. Şəhidlərimizin intiqamını almaq, yurd yerlərimizi azğın ermənilərdən qurtarmaq üçün döyüşlərə böyük ruh yüksəkliyi ilə atıldı. Düşmənin istər canlı qüvvəsinin məhv edilməsində, istərsə hərbi texnikalarının sıradan çıxarılmasında böyük fədakarlıq göstərdi. Qazanılan uğurlu döyüş əməliyyatlarında Yasər Bəkirovun da zəhməti çox idi. O, hərbi tapşırıqları can-başla yerinə yetirir, yurd yerlərimizin erməni hərbi silahlı birləşmələrinin işğalından tezliklə azad edilməsi arzusu ilə var gücü ilə döyüşürdü.
Zəfər Gününü görmək ən böyük arzusu idi. Ən ağır döyüşlərdə belə ümidini itirmir, əksinə arzuladığı günün yaxınlaşdığına bütün varlığı ilə inanırdı.
Təəssüflər olsun ki, Yasər canından əziz bildiyi torpaqlarımızın azadlığı gününü görə bilmədi. Şiddətli döyüşlərin birində düşmən gülləsinin hədəfinə tuş gəldi.
Yasər Əfqan oğlu Bəkirov 2020-ci il oktyabr ayının 1-də 18 yaşında şəhidliyi ilə özünə əbədi, heç vaxt unudulmayacaq, ən böyük ehtiram və hörmətə layiq uca ad qazandı- Şəhid adı!
Qəhrəman Vətən oğlunun dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər. Bütün şəhidlərimizin ruhuna dualar oxundu, qəhrəman Ordumuzun onların qisasını yerdə qalmayacağına, Qarabağımızı işğaldan azad ediləcəyinə dərin inam ifadə olundu.
Yasər Əfqan oğlu Bəkirov noyabr ayının 28-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!



Allahverdiyev Zöhrab Sübhan oğlu
(28.09.2001- 10.10.2020)

Allahverdiyev Zöhrab Sübhan oğlu  2001-ci il sentyabrın 28-də Şamaxıda anadan olub. Orta təhsilini şəhər 6 saylı tam orta məktəbdə alıb.
Atası Birinci Qarabağ savaşında iştirak etmişdi. Zöhrab da elə kiçik yaşlarından atasının Qarabağımızla bağlı həsrət dolu hekayətləri, söz-söhbətləri ilə böyümüşdü. O vaxt xəyallarının qanadında o yerlərə uçar, torpaqlarımızı düşməndən   azad etmək üçün "çarpışıb-vuruşardı."
İllər yel qanadında ötdü. Həyat elə gətirdi ki, 19 yaşlı Zöhrab torpaqlarımızın azadlığı yolunda gerçək döyüşlərə girməli oldu.
...2020-ci il sentyabrın 27-də erməni təcavüzkarlarının təxribatlarının qarşısının alınması məqsədilə Vətən müharibəsi başlayanda onun da qəlbində ümid qığılcımı parladı. Düşməndən intiqam, qisas almaq vaxtı çatmışdı.
Zöhrab Vətən müharibəsinə- azadlıq savaşına cəsarətlə qatıldı. Döyüşlərdə hünər göstərdi. Düşmənin canlı qüvvəsinin məhv edilməsində fərqləndi.
Qəhrəmanımız ata yurduna qalib əsgər kimi dönmək, sonra çox sevdiyi hərbçi peşəsinin incəliklərinə daha dərindən yiyələnmək istəyirdi. O, düşünürdü ki, ömür boyu Vətənin xidmətində dayanmaqdan, onun keşiyində durub, torpaqlarını düşməndən qorumaqdan böyük səadət yoxdur.
-Bu müqəddəs amal uğrunda çarpışan Zöhrab Sübhan oğlu Allahverdiyev döyüşlərin birində- 2020-ci il oktyabrın 10-da qəhrəmancasına şəhid oldu.
Şəhidimizin dəfn mərasimində rayon ictimaiyyətinin, xidmət etdiyi hərbi hissənin, icra strukturlarının, rayon idarə və müəssisələrin, təşkilatların nümayəndələri iştirak etdilər.
Zöhrab Sübhan oğlu Allahverdiyev noyabr ayının 29-da  Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!



Hacıyev Elmaz Elmar oğlu
(09.05.1994-04.11.2020)

Hacıyev Elmaz Elmar oğlu 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb.
...O gün gəldi. Erməni təcavüzkarlarının ölkəmizə qarşı təxribatlarının genişləndiyi bir vaxtda Ali Baş Komandanımız Ordumuza bütün cəbhə boyu düşmənin silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlamağı əmr etdi. Bu xəbər bütün ölkə vətəndaşlarının ürəyindən oldu. Hər kəs ordumuzun sıralarına qatılmaq, 30 ildir nigaran ruhu göylərdə dolaşan şəhidlərimizin, dağıdılmış yurd yerlərimizin, Xocalı qurbanlarının, qətl edilmiş yüzlərlə soydaşımızın qisasını almaq istədi.
Elmaz Elmar oğlu Hacıyev də ürəyinin hökmünə qulaq asdı. Rayon hərbi komissarlığına müraciət edib, könüllü olaraq cəbhəyə yollandı. O, döyüşdən-döyüşə bərkidi. Qorxmazlığı, cəsarəti sayəsində neçə-neçə yaşayış məntəqəmizin işğaldan azad edilməsində fəal iştirak etdi. Ən çətin döyüş tapşırıqlarının yerinə yetirilməsinə can atdı və hər dəfə də tapşırıqların qüsursuz nəticələnməsinə görə komandirin təşəkkürünü qazandı. Bunu döyüş meydanında özünə ən yüksək qiymət bildi.
Elmaz Elmar oğlu Hacıyev Laçın istiqamətində gedən şiddətli döyüşlərin birində -2020-ci il noyabrın 4-də şəhidlik zirvəzinə ucaldı.
İgidimizin dəfn mərasimində böyük izdiham yaşandı. O, son mənzilə “Şəhidlər ölməz, Vətən bölünməz” kimi mübariz nidaların müşayiətilə yola salındı.
Elmaz Elmar oğlu Hacıyev 2020-ci il  dekabr ayının 2-də Bakının Xəzər rayonu Binə qəsəbə qəbiristanlığında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!



Şirəliyev Niyət İmran oğlu
(09.02.1990-28.09.2020)

Şirəliyev Niyət İmran oğlu 1990-ci il dekabr ayının 9-da  Şamaxı rayonunun Ovçulu kəndində anadan olub.
Hərbi vəzifəsi: Kapitan
Xarakterindəki cəsarət, qorxmazlıq, Vətənə bağlılıq onu tanıyanlara yaxşı məlum idi və Niyətin hərbçi peşəsi üçün yarandığını söyləyirdilər.
Niyət İmran oğlu Şirəliyev H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirəndə də müəllimlərinin qənaəti eyni idi- Silahlı Qüvvələrimiz üçün nümunəvi zabitlərdən daha biri yetişir.
Onun 2011-ci ildən başlanan hərbi xidmət illəri ürəkaçan, insan qəlbində iftixar hissi oyadan anlarla doludur. Zaman ötdükcə o, əsl peşəkar zabit kimi püxtələşib. Kollektivdə yüksək nüfuza sahib olub. "Komandir" adının şərəfini öz işi və yüksək intizamı, bilik-bacarığı, şəxsi heyətə diqqət və qayğısı ilə daha da artırıb. Səmimiyyətilə də hamının dərin hörmətini qazanıb.
Niyət İmran oğlu Şirəliyevin xarakterik cəhətləri sırasında, bəlkə də ən öndə gələni, qabarıq duyulanı onun vətənpərvərliyi idi. İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda savaşın başlanmasını çox arzulayırdı. Kəlbəcərin yaylaqlarına, dağlarına olan heyranlığını tez-tez dilə gətirirdi.
Kapitan Niyət Nemət oğlu Şirəliyev Vətən müharibəsində Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatlarının başladığı ilk gündən döyüşlərdə iştirak etdi. 2020-ci il sentyabr ayının 28-də şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak etdilər.
Niyət İmran oğlu Şirəliyev  2020-ci il dekabr ayının 21-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Allah rəhmət eləsin!


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff