booked.net

Tamam Cəfərova: Regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası uğurla davam etdirilir


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda səfərdə olublar. Səfər zamanı rayonun sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyətə malik olan istehsal, xidmət, sosial obyektlərinin açılışı həyata keçirilib və bunlar rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfəri zamanı burada şəhər stadionunun, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Şamaxı Yaradıcılıq Mərkəzinin, akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının, rayon mərkəzində 7 saylı körpələr evi-uşaq bağçasının, Şamaxı Üzüm Tingçilik Mərkəzinin, “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışında iştirak ediblər, Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olublar.
“Şamaxıda abadlıq işləri geniş vüsət alıb, turizm sahəsinin inkişafı ilə bağlı işlər davam etdirilir. Hazırda şəhərin daxili küçələri də yenidən qurulur. Bu isə əhalinin böyük məmnunluğuna səbəb olub, onların rahat hərəkətinə şərait yaradıb. İşıqlandırma ilə bağlı da xeyli iş görülüb. Bütün bunlar göstərir ki, bu gün Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası uğurla davam etdirilir. Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülüb. Dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri uğurla icra olunur və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaradılıb.
Dövlətimizin başçısı bölgələrdə problemlərin həlli, müasir infrastrukturun yaradılması, yolların tikintisi, əhalinin içməli su probleminin həlli, suvarma sistemlərinin müasir tələblərə uyğunlaşdırılması, məktəb, uşaq bağçası, xəstəxana binalarının, mədəniyyət evlərinin, olimpiya mərkəzlərinin tikintisi ilə bağlı yüzlərlə sərəncam və fərman imzalayıb. Görülən işlərin məntiqi nəticəsi olaraq regionların siması köklü şəkildə dəyişib və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb”, - deyə deputat vurğulayıb.
T.Cəfərova qeyd edib ki, dövlətimizin sosial-iqtisadi siyasət sahəsində həyata keçirilən layihələrinə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Bu baxımdan Heydər Əliyev Fondunun elmin və təhsilin inkişafına verdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına “Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff