booked.net

Ağdam rayonu 2020-ci il 20 noyabr tarixində işğaldan azad olundu


"Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın."
İlham Əliyev

Ağdam qədim insanların yaşayış məskənlərindən biridir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı müəyyən olunub ki, ilk qədim insanlar bu ərazidə altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur.

1930-cu ildə yaradılan, sahəsi 1094 kvadrat km olan Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində- Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

Təbii-coğrafi baxımdan respublikamızın zəngin bölgələrindən biri olan Ağdam xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif abidələr diyarıdır. Rayon ərazisində 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidəsi qeydə alınıb.

Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

Tarixin sonrakı dönəmində Şimali Azərbaycanda ilk dövlət qurumlarından biri formalaşmağa başlayır- Albaniya quldar dövləti.

Tarixi mənbələrdən məlum olur ki, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu fakt da Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.

Ötən əsrin 80-ci illərinin sonlarında məkrli qonşumuzun Azərbaycanın Qarabağ bölgəsindən ərazi iddiaları ilə başlayan cinayətləri, talanları, qətlləri getdikcə böyüyüb ətraf rayonlarımızı da əhatə etdi.

23 iyul 1993-cü il tarixində Erməni Silahlı Qüvvələri Qarabağın ən böyük rayonlarından olan Ağdamı işğal etdilər. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər rayonun 846,7 kvadrat km sahəsini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular.

Faktlar ermənilərin Ağdam şəhəri və rayonun işğal altındakı kəndlərində vəşhicəsinə talan, qarətlə məşğul olduğunu sübut edir. Ağdamın müdafiəsi uğrunda döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak olub, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.

Ağdam şəhərində Cümə məscidi, məşhur Çörək muzeyi, Üzərliktəpə abidəsi, Kəngərli kəndindəki XIV əsrin yadigarı – daş abidələr, Papravənddəki Xanoğlu türbəsi, Xaçındərbətli kəndindəki el arasında “Sarı Musa türbəsi” adlanan Xaçındərbətli abidəsi, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Pənahəli xanın imarəti, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb məhv edilib. Buradakı abidələr müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi.

Ermənilər işğal altında qalan çoxlu sayda tarixi, mədəni və dini abidələri yerlə-yeksan ediblər. Müharibə nəticəsində Ağdam rayonun 538 şəhid verib 587 sakin isə əlil olub. Ağdamda doğulub böyüyən və Qarabağ müharibəsində canını fəda edən 17 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını daşıyır.

Doğrudur, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara, konvensiyalara məhəl qoymadı, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirdi.

Bütün bunlara baxmayaraq Prezident İlham Əliyevin qətiyyəti, məqsədyönlü uğurlu daxili və xarici siyasəti, xalqımızın, Ordumuzun birliyi, həmrəyliyi sayəsində beynəlxalq qanunların aliliyi və tarixi ədalət bərpa edildi. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, həm də Azərbaycanın müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanması demək idi. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.

Dünya erməni vandalizminə şahid oldu. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən bu haqda belə demişdi: "Vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam və Füzuli şəhərləri tamamilə dağıdılıb. Füzulidə bircə salamat bina yoxdur. Ağdamda da bütün binalar sökülüb, yalnız qismən dağıdılmış məscid qalıb. O da, mənim dediyim kimi, sonradan məlum olub ki, yalnız Azərbaycan Ordusunun bu istiqamətdə hücum edəcəyi halda baş verə biləcək artilleriya zərbələrinin oriyentiri kimi ərazidə səmtləşdirmək üçün qalıb. Təsadüfi deyil ki, xarici jurnalistlər Ağdamı "Qafqazın Xirosiması" adlandırıblar. Fikrimcə, eyni sözləri Füzuli şəhəri, həmçinin işğal altında olmuş başqa şəhərlər haqqında da demək olar."

Ağdam rayonunun işğaldan azad olunması ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bir hadisədir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində getməsi hafizələrdən silinməyib. Dövlətimizin başçısı həmin gün Ağdamda üçrəngli bayrağımızı qaldırdı. 27 ildən sonra yaşanan bu sevinci bütün xalq yaşadı.

Prezident İlham Əliyev o unudulmaz gündə çıxşı zamanı dedi: "Bu gün tarixi bir gündür. Biz Şanı Qələbəmizi qeyd edirik. Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik."
Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır.

2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff