booked.net

Şamaxıda Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı regional şöbəsinin birgə təşkilatçılığı ilə multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər adlı tədbir


Şamaxı Dövlət Regional Kollecində təşkil olunan tədbirdə əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev tədbiri açaraq cəmiyyətin, xüsusilə, gənclərin dini maarifləndirilməsinin əhəmiyyətindən geniş danışıb, multikuturalizm və tolerantlığın cəmiyyətimizin vacib sahələrindən olmasının vacibliyinə diqqətə çəkib, məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yarada biləcəyi problemlərdən bəhs edib. Rayon icra hakimiyyəti başçısı aparatının rəsmisi bildirib ki, bu problemlər sırasında son illər gənclər arasında sosial şəbəkələrin populyarlaşmasının onların aktivliyini artırmaqla yanaşı, mənfi meyillərə də yol açması faktı da ciddi qəbul edilməlidir. Bu səbəbdən də məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi diqqət yetirilməli, ümumilikdə isə bütün yaş qruplarından olan vətəndaşlar ilə dini maarifləndirmə işinin genişləndirilməlidir. 

Tədbirdə çıxış edən DQİDK-nın Şamaxı regional şöbəsinin müdiri Elnur Mehtiyev ölkəmizin nümunəvi multikultural mühiti və ona qarşı yönəlmiş təhdidlər barədə danışıb. Dünyanın dini və məzhəb zəminində baş verən münaqişələrlə üzləşdiyi bir zamanda ölkəmiz milli, dini həmrəyliyi, birliyi ilə fərqləndiyini vurğulayaraq dövlətimizin bu sahədə gördüyü işləri, həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb. Dini təəssübkeşlik, məzhəbçilik İslam dininin təbliğ etdiyi dəyərlərlə tamamilə ziddiyyət təşkil edir. Bütün bunlara qarşı mübarizədə xalqımıza məxsus milli-mənəvi dəyərlərin təbliği, tolerant, multikultural ənənələrin mühafizəsi və yayılmasının genişləndirilməsi tədbirləri effektiv vasitələrdir.

Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov, Dövlət Humanitar Kollecinin direktoru İlham Vəliyev və başqaları gənclərin radikal dini cərəyanların təsiri altına düşməmələri üçün daha yaxşı təhsil almalarının, bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Tədbir qarşılıqlı diskussiya mühitində davam edib, mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.


Share
Other news
Most readers
1/5
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff