booked.net

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, görkəmli ziyalıların və incəsənət xadimlərinin dünyada təbliği və tanıdılması Ulu öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin əsas hissəsindən birini təşkil edir


Ümumilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün illər Azərbaycan tarixinə mədəniyyətin çiçəklənməsi, onun bütün sahələrinin inkişafı və zənginləşməsi dövrü kimi daxil olmuşdur. Ulu Öndər görkəmli mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin fəaliyyəti ilə həmişə maraqlanmış, onlara qayğı göstərmişdir. Eyni zamanda onları son dərəcə zəngin ənənələrə malik Azərbaycan mədəniyyətinin təməlinə əsaslanaraq parlaq sənət əsərləri yaratmağa çağırırdı. Bunun üçün hər cür şərait yaradırdı. Klassik ədəbiyyatımızın dünya miqyasında təbliğ olunmasına böyük əhəmiyyət verirdi: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”.

Ulu Öndər Heydər Əliyev tərəfindən hələ 1981-ci ildə Nizaminin ədəbi irsinin öyrənilməsi haqqında böyük bir qərar qəbul etdirilmişdir. Nizaminin 840 illiyi böyük bir yubiley kimi qeyd edilmişdi. Onun əsərlərinin Moskvada rus dilində nəşr edilməsi haqqında qərar qəbul edilmişdi. Lakin Heydər Əliyev Moskvada işlədiyi vaxtda həmin məsələnin yerinə yetirilməsi gedişini öyrənəndə məlum olmuşdu ki, «Художественная литература» nəşriyyatında «Xəmsə» çap olunmamışdır. Mədəniyyətimizin vurğunu Heydər Əliyev Moskvada işlədiyi vaxtda Nizami Gəncəvinin «Xəmsə»sinə daxil olan əsərlərin rus dilində ayrı-ayrılıqda Moskvada nəşr edilməsini təşkil etmişdi.

Nizami dünya elmində, mədəniyyətində böyük bir yer tutur. Ulu Öndər Heydər Əliyev dünyanın böyük filosofu Hötenin özünün bəzi fəlsəfi müddəalarını Nizami Gəncəvinin fəlsəfi fikirləri əsasında izah etdiyinin tarixi həqiqət olduğunu göstərirdi.
Füzulinin 500 illiyi Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi nəticəsində dünya miqyasında böyük filosof kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkir kimi qeyd edilməsi vəzifəsi qarşıya qoyuldu və keçirildi. О qeyd edirdi ki, biz Füzulini təkcə «Leyli və Məcnun» poemasının müəllifi kimi yox, dünya miqyaslı filosof kimi, böyük alim kimi dünyaya tanıtmalıyıq.

Nəsiminin 600 illik yubileyi qeyd ediləndə dünyada böyük əks-səda doğurmuşdu. Azərbaycanı yüksək səviyyədə dünyada tanıtmışdı. Bu fakt da maraqlıdır ki, yalnız 600 ildən sonra Nəsiminin Hələb şəhərində məzarı tapıldı.
Azərbaycanın böyük filosofu, şairi, dramaturqu Hüseyn Cavidin cənazəsi Heydər Əliyevin rəhbərliyi və təşkilatçılığı ilə Sibirdən öz vətəninə Naxçıvana gətirildi. Hələ 1981-ci ildə Azərbaycan Kommunist Partiyası MK-sı Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul etmişdi. Qərarın həyata keçirilməsi 10 il gecikdirildisə də, yenə məhz Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavid yubileyi geniş qeyd edildi. Naxçıvanda qəbirüstü memorial kompleks tikildi, Bakıda böyük abidəsi qoyuldu və ev muzeyi açıldı. Azərbaycan Respublikası Prezidenti dünya şöhrətli adamların tanıtdırılmasına olduqca böyük əhəmiyyət verirdi. О hesab edirdi ki, Azərbaycan xalqına mənsub olan şəxsiyyətləri dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Heydər Əliyev Cavidin Şərqin Şekspiri adlandırılmasına yüksək qiymət verirdi. Eyni zamanda qeyd edirdi ki, onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfı fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış sənətkardır. Hüseyn Cavidin «İblis» əsəri heç də Hötenin «Faust»undan geri qalmır. Ancaq biz belə inciləri lazımi qədər qiymətləndirə bilmirik».

Ulu Öndər Heydər Əliyev milli mentalitetimizə, həm elmi, həm də mədəni inkişaf potensialımıza əsaslanaraq elm, mədəniyyət, incəsənət işçiləri qarşı-sında qədim irsi inkişaf etdirmək vəzifələri qoyurdu. Bunu müstəqilliyimizin mühüm nailiyyəti hesab edirdi.
Ümummilli lider Heydər Əliyev zəngin tarixə malik olan və böyük estetik, mənəvi təsiri olan Azərbaycan musiqisinin inkişaf etdirilməsinə və yayılmasına ciddi fikir verirdi. О qeyd edirdi ki, «Musiqi xalq arasında ən geniş yayılan incəsənət növlərindən biridir. Buna görə də musiqinin insanların şüurunun yüksəlməsinə təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcumuzdur».

 O, Azərbaycan incəsənət xadimlərinin, ümumiyyətlə, əhalinin ən geniş kütlələrinin dünya mədəniyyətinin, musiqi sənətinin ən yaxşı nümunələri ilə tanış olması üçün şərait yaradılmasına böyük diqqət yetirirdi. Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda dünya standartlarına cavab verən bir sıra yeni mədəniyyət obyektləri yaradılmışdır. Respublika sarayı, İdman sarayı, «Gülüstan» sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbinin binası və s. rekonstruksiya edilən Opera və Balet Teatrmm və R.Behbudov adına Mahnı Teatrının binaları və i.a. Azərbaycan xalqının zəngin mədəni sahələrinin, musiqi irsinin geniş təbliğ edilməsində böyük rol oynayır.
Azərbaycan müstəqillik qazanandan sonra xalqımızın görkəmli şəxsiyyətlərini dünyada tanıtmaq, onlan ölkəmizdə təbliğ etmək sahəsində onun xidmətləri böyük vətənpərvərlik hisslərinin, milli dəyərləri yaşatmağının parlaq təzahürü idi. Müstəqil respublikanı inkişaf etdirməkdə çətinliklərlə qarşılaşsa da, dövlətimizin başçısı ölkəmizdə mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin görkəmli xadimlərinin yubileylərinin keçirilməsinə böyük qayğı göstərirdi. Son dövrdə Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Səməd Vurğunun yubileylərinin, tarzən Qurban Pirimovun 120 illiyi, xalq artistləri Mövsüm Sənani və Məmmədəli Vəlixanlının 100 illiyi, Leyla Bədirbəylinin 80 illiyi, görkəmli rejissor və pedaqoq Tofiq Kazımovun 75 illiyi, pianoçu Vaqif Mustafazadəni 60 illiyi və bir çoxlarının yubileylərinin yüksək səviyyədə keçirilməsi Azərbaycanın milli sərvətinin zənginliyini bir daha nümayiş etdirir.

Azərbaycanda müstəqilliyin bərpa edilməsindən sonra, müstəqillikdən əvvəlki sovet dövründə olduğu kimi şəxsiyyətlərin fəaliyyətinə qiymət verilməsində birtərəfliliyə yol verilirdi. Heydər Əliyev belə baxışları tamamilə rədd etdi. Şəxsiyyətlərə qiymət verərkən onları zamandan, dövrdən, mühitdən ayırmamağı tövsiyə etdi. Hər bir şəxsiyyət, hər şeydən öncə, zamanın, mühitin yetirməsidir. Azərbaycan Respublikası Prezidenti göstərirdi ki, tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onlara toxunmaq olmaz.
Bununla da, Azərbaycanın üç nəfər görkəmli, şöhrətli şəxsiyyətinin timsalında özünün şəxsiyyət və zaman konsepsiyasını aydınlaşdırır, göstərirdi ki, Üzeyir Hacıbəyov Azərbaycanda klassik musiqinin yaradıcısı, opera sənətinin banisidir.  Azərbaycan Xalq Cümhuriyyətinin himninin müəllifi olmuşdur. Ona qiymət verərkən heç də nəzərə almaq lazım deyil ki, iki quruluşda fəaliyyət göstərib. Yaxud dar düşüncəli, siyasətdən başı çıxmayan indiki demokratlar onu günahlandırsın ki, 1938-ci ildə Moskvada böyük iftixar hissi ilə Stalinlə görüşmüş, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri ona Lenin ordeni  təqdim etmişdir. Üzeyir Hacıbəyov Azərbaycanın fəxridir və bu mövqedə də həmişə qalacaqdır.

Üzeyir Hacıbəyovun, Azərbaycanın ictimai fikir tarixində, elmin, mədəniyyətin və musiqinin inkişafında xidmətləri olan, dahi bəstəkarın anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley gecəsindəki nitqində Heydər Əliyev yığcam, tutarlı şəkildə demişdi: «Əgər tarixə nəzər salsaq, Üzeyir Hacıbəyov üç hakimiyyət dövründə yaşamışdır... Üzeyir Hacıbəyov bütün bu üç mərhələdə hakimiyyətin xarakterindən, formasından asılı olmayaraq, xalqına xidmət etmişdir. Bu gün bunu deməyə əsas var ki, о belə düşünmüşdür: hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır. Üzeyir Hacıbəyov belə olmuşdur».

Ulu Öndər Heydər Əliyev   ədəbiyyat və   mədəniyyətla bağlı bütün   məruza və  çıxışlarının  üzünəməxsus orjinal, dəyərli  cəhətlari var. Bununla yanaşı,bela hesab etmək olar ki, Azərbaycan yazıçılarının VII qurultayinda  (12 iyun 1981-ci il) söyldiyi geniş va parlaq nitq onun ədəbiyyat haqqında proqram əsaəridir. Burada ədəbiyyatin cəmiyyətdə  va tarixdə rolu, sözün tarixilik va müasirlik imkanlari kontekstinda yazıçı taleyi problemləri nəzərdan keçirilir. Bu nitqdaki  bazi tezislərə nəzər salmadan Heydar Əliyevin ədəbiyyat konsepsiyasını  düzgün  şərh etmak olmaz. Məsələn: “Müasir Azərbaycan ədəbiyyatinda cərəyan edən proseslar mühüm və  diqqətəlayiq proseslərdir: onlar özləri ila yenilik gətirir. Bədii söz sənətkarlarının  gerçəkliyi daha dolğun əhata etmayə, həyatı  daha dolğun   şəkildə təsvir etməyə, adamlar va zaman haqqında həqiqəti bər-bəzəksiz deməyə say göstərdiklərini xüsusilə  nəzərə  çatdirmaq istəyirəm...
…. Hər bir sənətkar öz xalqının övladır və onun tarixi qarşısında məsuliyyət daşıyır.Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsəmədən… müvəffəqiyyətlə irəli getmək olmaz. Tarix ən qüdrətli və təsirli tərbiyə vasitələrindən, şüurların və həyat mövqelərini formalaşdırmaq vasitələrindən biridir…”

 Ümummilli lider Heydər Əliyev:  “…. Azarbaycan tarixinin bir çox parlaq  səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir”.

Xüsusilə bu sonuncu iraddan sonra həm romançılıqda, həm dramaturgiyada, həm də kino sənətində tarixi mövzulara maraq intensiv surətdə gücləndi.  Eyni zamanda  Ulu öndər Heydər Əliyev bu fikirdə idi ki, hər yazıçını tarixi mövzuya yaxın buraxmaq olmaz. Yalnız istedadı, tarix qarşısında məsuliyyəti bütün ciddiliyi ilə duyan,   tarixi həqiqətləri  əks etdirən, bədii və peşəkarlıq imkanlarına malik yazıçılar tarixi mövzuda uğurlu əsər yazmağa müvəffəq ola bilərlər.
“Müasir ədəbi-bədii prosesi tənqidçilərin, ədəbiyyatşünasların   faal va faydali işi  olmadan təsəvvür etmak mümkün deyildir... ictimai, badii-estetik zovqlari formalaşdirmaq, incəsənətdə  sönüklüyə, durgunluga, xalturaya, yabancı baxişlara qarşı  miibariza aparmaq işinda ədəbiyyatşünaslarin va tənqidin rolunu güclandirmak lazimdir”.

Ulu Öndər Heydər Əliyev  müasiri olan sənətkarlarla görüşür, onları müstəqil dövlətimizin orden və medallari   ilə təltif edir, eyni zamanda müxtəlif yubileylər münasibati ilə keçirdiyi tədbirlərda onlarin ədəbi-tarixi prosesdaki mövqeyini, xidmətlərini səlis mühakimələrla dəyərləndirirdi. Bazi faktlan Ulu ÖndƏrin mƏnalI deyimlərini qeyd etməkla xatirlayaq. Məsəlan, 6 oktyabr 1993-cii ildə Məmməd Araza 60 illiyi miinasibəti  ilə “Qırx ildən çoxdur ki, dərin fəlsəfi lirikanız  çagdaş  Azərbaycan poeziyasinı zənginləşdirməkdədir”, xalq yazıçısı İlyas  Əfəndiyevə 80 illiyi münasibət ilə  (25 may 1994-cii il) “Dünya  mədəniyyətinə ölmaz dühalar baxş etmiş qədim Odlar Diyarında xalqın məhəbbətini qazanmaq, sənət zirvəsinə ucalmaq olduqca  çətin  və şərəflidir. Siz fədakar əməyiniz sayəsində bu şərəfə nail olmuşsunuz”, xalq yazıcısı   İsmayil Şıxlıya 75 illiyi münasibəti ilə (4 iyul 1994-cii il) “Siz istetdadlı yazıçı, müdrik va mahir pedaqoq, mübariz vətandaş kimi xalqın qəlbində əbadi məskən salmişsınız” söylamişdi.

Ulu Öndər Heydər Əliyev 16 aprel 1995-ci ildƏ Məmməd Arazın yaradıcılıq gecəsində geniş mazmunlu çıxış edərək, bütövlükdə ədəbi yaradıcılığa  dərin qiymət verib. “İstiqlal şairi” adi ila çap olunmuş bu çıxışda oxuyuruq: “Bəxtiyar Vahabzadanin, Məmməd Arazin, Xəlil Rzanın - bu üç şəxsin  adını mən fərəhlə çəkirəm. Dünən mən üç fərman vermişəm. Bildiyiniz kimi, müstəqil  Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. Indiyə qədər bu ordenlə heç bir vətəndaş, heç  kəs   təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm. Bu bir təsadüf, ... mənim tərəfindən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünmüşəm”. Heydər Əliyev adı  çəkilən  şairlərə öz əsərlərində hələ sovet dönəmində, xüsusilə 60-ci illərdə istiqlalçılıq ideyaları, milli-mənəvi özünüdərk  tərənnüm etdiklərinə göra böyük qiymət verirdi.

Ulu Öndər Heydər Əliyev xalq şairi Nəbi Xəzriyə anadan olmasının  70 illiyi ilə əlaqədar (17 dekabr 1995-ci il) təbrikinda yazmişdir: “Sizin bəşəri duyğulari vasf edan şeir va poemalaınız, xalqımızın qəhrəmanlıq tarixini tərənnüm edən səhnə əsərləriniz insanlarda ruh yüksəkliyi və gələcəyə sarsılmaz inam doğurur. Tükənməz ilhamla yaratdiğiniz əsərlərdə  həmişə mənəviyyat  problemləri ön planda durmuş, yaşadigimiz dövrün, zamanın nəbzi duyulmuşdur”.
Ulu Öndər fikirləşdiklərini müstəqillik dövründə reallaşdırır. Bir yandan ölkə başçısı olaraq, müasir ədiblərə, alimlərə, sənətçilərə rəsmi Prezident təbrikləri ünvanlayır. O cümlədən bu illərdə xalq şairi Məmməd Arazın 60 illiyi (6 okyabr 1993), xalq yazıçısı İlyas Əfəndiyevin 80 illiyi (25 may 1994), yazıçı Hüseyn İbrahimovun 75 illiyi (26 iyun 1994), xalq yazıçısı İsmayıl Şıxlının 75 illiyi (4 iyul 1994), xalq şairi Nəbi Xəzrinin 70 illiyi (17 dekabr 1995), yazıçı Yusif Səmədoğlunun 60 illiyi (19 dekabr 1995), xalq şairi Qabilin 70 illiyi (15 avqust 1996), xalq şairi Balaş Azəroğlunun 70 illiyi (17 mart 1997), xalq şairi Mirvarid Dilbazinin 85 illiyi (18 avqust 1997), xalq yazıçısı Hüseyn Abbaszadənin 75 illiyi (22 noyabr 1997), yazıçı Anarın 60 illiyi (13 mart 1998), xalq yazıçısı İsa Hüseynovun 70 illiyi (11 iyun 1998), Zəlimxan Yaqubun 50 illiyi (17 yanvar 2000), xalq şairi Bəxtiyar Vahabzadənin 75 illiyi (15 avqust 2000), Nəriman Həsənzadənin 70 illiyi (3 dekabr 2001), yazıçı Elçinin 60 illiyi (29 may 2003) və bir çox digər görkəmli ədiblərin yubileyi münasibətilə dövlət rəhbəri dövlətin adından və öz adından təbriklərdə ürək sözlərini ifadə etmiş, yubilyarın tarixi-mədəni və yüksək ictimai dəyərini vermişdir.

Ulu Öndər 19 dekabr 1995-ci ildə 60 yaşi tamam olmuş Y.Səmədoğlunu “Müasir Azərbaycan ədəbiyyatının inkişafındaxüsusi xidmətləri olan görkəmli yazıçı”, “fitri istedada, yüksək intellektə malik olan bir yazıçı və siyasətçi ”, milli azadliq hərəkatının fəal xadimi kimi qiymətləndirir.
Ümummilli lider Heydər Əliyev müasiri olduğu yazıçılara da xüsusi qayğı ilə yanaşmış, onları yüksək dövlət mükafatları ilə mükafatlandırmış, təntənəli surətdə yubileylərini keçirmişdir. Bu sıradan xalq yazıçıları İlyas Əfəndiyevin,İsmayıl Şıxlının, Anarın, Hüseyn Abbaszadənin, Yusif Səmədoğlunun, Hüseyn İbrahimovun, xalq şairləri Məmməd Arazın, Nəbi Xəzrinin, Bəxtiyar Vahabzadənin, Mirvarid Dilbazinin,Qabilin, Xəlil Rza Ulutürkün, Zəlimxan Yaqubun və eləcə də başqalarının adınakeçirilən mərasimlər unudulmazdır.
Azərbaycanın fəlsəfi fikri daha çox bədii ədəbiyyatın bətnində formalaşıb. «Avesta», «Kitabi-Dədə Qorqud» abidələri, Xаqani, Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə və s. kimişəxsiyyətlər təkcə böyük yazıçılar deyil, eyni zamanda böyük filosoflar idi. XI əsrin böyük ədəbiyyatşünası, şərhçilik məktəbinin banisi Xətib Təbrizi öz araşdırmalarını ümumən ərəbdilli poeziya üzərində qururdu ki, bura Azərbaycan şairləri də daxil idi. 

19 yanvar 1997-ci il tarixində Ulu Öndər M.Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında xəstə yatan xalq şairi Bəxtiyar Vahabzadəyə baş çəkir. Zəngin və maraqlı keçən söhbətdə ölkə başçısı və xalq şairi mədəniyyətə, siyasətə, elm və təhsilə, tarixə, ədəbiyyata, incəsənətə, teatra dair müxtəlif aktual məsələlərə baş vurur, münasibət bildirirlər. Dialoqun başlıca leytmotivini Azərbaycanın taleyi, dünəni, bugünü və sabahı yönəldir; Ulu Öndər şairin narahatlığına cavab olaraq, onu müstəqilliyin alternativsiz olduğuna əmin edir. Bu görüşdə Heydər Əliyev Azərbaycan mədəniyyətinin, musiqisinin, rəssamlığının, ifa sənətinin, o cümlədən ədəbiyyatının təkrarsızlığı, unikallığını böyük sevgiylə anmaqla, burda mental dəyərlərin və tarixi təcrübənin rolunu çoxsaylı örnəklərlə yada salır. Ümumən, Azərbaycan ədiblərinə yüksək dəyər verməklə, Heydər Əliyev Bəxtiyar Vahabzadənin də bu sırada yerini məxsusi görür: "Ümumiyyətlə, ədəbiyyatımızda, mədəniyyətimizdə çox şəxsiyyətlər olub. Amma elə şəxsiyyətlər olur ki, onlar özünəməxsus bir yer tutur, təkrarolunmazdırlar, onları heç kəs əvəz edə bilmir. Məsələn, Süleyman Rəhimov da, Mirzə İbrahimov da, Hüseyn Cavid də, Rəsul Rza da, Səməd Vurğun da, Cəlil Məmmədquluzadə də, Sabir də, Süleyman Rüstəm də belədir. Bu gün bizim dövrümüzdə yaşayanlardan söhbət açsaq, Bəxtiyar Vahabzadə də belədir. İkinci bir Bəxtiyar Vahabzadə yoxdur. O, başqasına bənzəmir və onu heç kəs əvəz edə bilməz. Sabah başqa bir şəxs yaranacaqdır, onun bəlkə də başqa xüsusiyyətləri olacaqdır. Bəli, xalqımız elə xalqdır ki, tarixin hər bir mərhələsində böyük, dahi insanlar yetişdirir və biz bununla fəxr etməliyik. Biz kasıb xalq deyilik. Yəni biz intellekt cəhətdən kasıb deyilik. Bəli, xalqımızın zəkası çox zəngindir...".

                                       Qədim va zəngin ənənələrə  malik rəngkarlıq sənətimiz

Qədim va zəngin ənənələrə  malik rəngkarlıq sənətimizin də kökləri Azərbaycan xalqının mifik təfəkkürlü, əski inanclarımızla bağlıdir. Azərbaycan rəssamlığının tarixini və inkişaf mərhələlərini, çağdaş rəssamlığımızın   bədii-estetik ugurlarını müştərək  türk  mifindan, islam təfəkküründən ayırıb  təhlil etmək, dəyərləndirmak olmaz.
Ulu Öndər Heydar Əliyev bütün yaradıcılıq sahələrinə - teatr, kino, musiqi va rəssamlıq sənətinə də tarixilik və müasirlik müstəvisində nəzər salırdı. 1994-cü il dekabr ayının 17-də böyük rəssam Səttar Bahlulzadanin anadan olmasının 85 illiyi münasibətilə   ilə  R.Mustafayev adina Azərbaycan Dövlət İncəsənət  Muzeyinda açılmış sərgidəki nitqində Heydar Əliyev təsviri sənət ənənələrimizin böyük bir tarixə malik olduğunu fərəhlə qeyd etmişdi. Buradan bir daha aydin olur ki, mədəniyətdə tarixilik prinsipi Heydar Əiyevin sənət nəzəriyyəsinin metodoloji əsasinda dayanır. O, sanatin tarixinə də, estetik mahiyyətinə də həyat tarixindən, cəmiyyət tarixindən ayrılmadan dəyər verir. Heydər Əliyevin  XX əsrin böyük rəssamı Səttar Bəhlulzadənin ecazkar sənətinə münasibətində də tarixilik və müasirlik, novatorluq ön plana keçir: “Səttar Bəhlulzadə yaradıcılığının özünə məxsusu  xüsusiyyətləri var. Hımin xüsusiyyətlər onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır”.

Ulu Öndər zaman-zaman XX əsr Azərbaycan milli rəssamlıq məktəbinin görkəmli  nümayəndələrinin yaradıcılığı haqqında dəyərli fikirlər söyləmiş, onlarla görüşüb ünsiyyət saxlamışdır. Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə... onun sənətkar kimi yüksək  dəyərləndirdiyi  şəxsiyyətlər idi. 
Ulu Öndərin portretini işləmiş dünya şöhrətli  rəssam Tahir Salahov onun yüksək qiymətləndirdiyi qüdrətli sənətkarlardandir. 1995-ci il mayin 21-də Heydər Əliyev onu qəbul etmiş va demişdir: “Bizim səninlə münasibətimizin büyük, on illərlə tarixi var və çox vacibdir ki, bu münasibətlər  heç bir şəraitdə kəsilməmişdir.Biz səninlə taniş olduğumuz vaxtdan bəri mən sənə, sənin yaradıcılığına həmişə böyük hörmətlə yanaşmışam, səni burada da, Moskvada da dəstəkləmişəm, ona görə ki, sən mədəniyyət  və incəsənət, о cümlədən də Azarbaycan mədəniyyəti və incəsənəti üçün çox  işlər görürsən”.
Ulu Öndər Heydər Əliyev bütün sənətkarlara, xüsusən də “Azərbaycan milli rəssami olaraq,bütün dünyada böyük rəngkarlıq, təsviri sənət ustasi kimi maşhur” olan T.Salahova xüsusi həssaslıqla yanaşir va ona qayğı göstərirdi.

Bu gün Azərbaycanın mədəniyyət sahəsində Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir siyasətin və idarəçiliyin aparıcı istiqamətləri keçmişi, milli-mədəni sərvətləri qoruyub saxlamaq, indiки nailiyyətləri dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır. Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunmasının və qəbul edilməsinin getdikcə güclənməsi, bu sahənin uğurlu inkişafı mədəniyyət siyasətinin düzgün olmasını təsdiqləyir və nikbin proqnozlar üçün inandırıcı əsas yaradır.
Heydər Əliyevin ədəbiyyat haqqında dedikləri Azərbaycan bədii mədəniyyətinin tarixi rolunu müəyyənləşdirən milli nəzəri-metodoloji sərvətdir. Onu qoruyub saxlamaq, zaman-zaman tədqiq və təbliğ etmək müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin nəzəri-tarixi vəzifəsidir.

Ümummilli lider Heydər Əliyevin ədəbiyyat konsepsiyası müstəqil nəzəri təlimdir. O, böyük bir təfəkkürün nəzəri-tarixi imkanlarından formalaşıb. XX əsrin ikinci yarısının ədəbitarixi prosesini  Ulu öndər Heydər Əliyevin nəzəri irsi olmadan bütöv təsəvvür etmək mümkün deyil. Ulu Öndər Heydər Əliyevin ədəbiyyat haqqında dedikləri Azərbaycan bədii mədəniyyətinin tarixi rolunu müəyyənləşdirən milli nəzəri-metodoloji sərvətdir. Onu qoruyub saxlamaq, zaman-zaman tədqiq və təbliğ etmək 107 müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin nəzəri-tarixi vəzifəsidir. Heydər  Əliyevin ədəbiyyat konsepsiyası müstəqil nəzəri təlimdir. O, böyük bir təfəkkürün nəzəri-tarixi imkanlarından formalaşıb. XX əsrin ikinci yarısının ədəbitarixi prosesini Ulu Öndər Heydər Əliyevin nəzəri irsi olmadan bütöv təsəvvür etmək mümkün deyil.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff