Şamaxı rayonunda əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir və artıq 7831 nəfər bu humanist aksiyadan yararlanıb.Bildiririk ki, 105 min 154 nəfər əhalisi olan Şamaxıda 72 min 764 nəfər tibbi müayinədən keçməlidir. Müayinə edilənlərin 1582 nəfəri ambulator, 104 nəfəri stasionar müalicəyə cəlb olunub, 82 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 156 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Qeyd edək ki, əhalinin tibbi müayinəsi mərkəzi xəstəxanada, poliklinikada, Sabir, Mədrəsə, Şəhriyar qəsəbə, Göylər, Çarhan, Çuxuryurd kənd xəstəxanalarında, habelə Şamaxı Diaqnostika Mərkəzində aparılır. Üç səyyar həkim briqadası yerlərdə tibbi müayinəyə gələ bilməyən ahıl insanlara evlərində xidmət göstərir.
Şamaxıda indiyədək 7831 nəfər tibbi müayinədən yararlanıb
Date :15-03-2019, 14:53
Views :3 606
Share
Other news
1/5
13:26
Şəhid ailələri üzvləri və müharibə veteranlarına ödənilən müavinət və təqaüdlərin məbləği açıqlanıb
10:38
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib
11:33
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək – SƏRƏNCAM