booked.net

Rayonda 5 məktəbə “Merkur konstruktor dəstləri” təqdim edilib


Çex Respublikasının “İnkişafa yardım” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd məktəblərinə “Merkur konstruktor dəstləri” təqdim edilib.
Təqdimetmə mərasimində Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev və Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak ediblər.
Konstruktor dəstlərindən fizika fənninin tədrisi zamanı, habelə məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə istifadə olunacaq.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff