AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Tələbələr üçün astronomiya qış məktəbi” təşkil edilmişdir.Tədbir ŞAR, “Azərkosmos” ASC, Tusi-Bohm Planetarium və “AstroKlub” tələbə dərnəyinin birgə təşkilatçılığı ilə reallaşmışdır. Qış məktəbinin rəsmi açılışında ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirmişdir ki, dövlətimizin başçısının Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hər il martın 27-n
in ölkəmizdə “Elm günü” kimi qeyd olunması qərara alınmışdır. Bu əlamətdar günün yüksək səviyyədə keçirilməsi məqsədilə ölkə üzrə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. “Tələbələr üçün astronomiya qış məktəbi”nin təşkili bu tədbirlərdən biridir. Əsas məqsəd tələbələrin astronomiya və kosmos elminə maraqlarını artırmaqdır.Üç gün davam edən qış məktəbində Bakı Dövlət Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universitetində təhsil alan 30-dan çox tələbəyə ŞAR-ın əməkdaşları tərəfindən astronomiyanın müxtəlif sahələrini əhatə edən məruzələr oxunmuş və onların sualları cavablandırılmışdır.Sonda qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilmişdir.