booked.net

Şamaxıda indiyədək 27 min 200 hektardan çox sahədə payızlıq taxıl əkilib


Şamaxıda indiyədək 27 min 200 hektardan çox sahədə payızlıq taxıl əkilib

Şamaxı rayonunun iri taxılçılıq təsərrüfatları olan Sabir və Şəhriyar qəsəbələrində, Qızmeydan, Saqiyan, Məlikçobanlı, Çuxuryurd, Məlhəm, Məlcək, Muğanlı, Qurdtəpə ərazilərində payızlıq taxıl səpini başa çatıb, digər ərazilərdə isə bu mühüm kampaniya sürətlə davam etdirilir.
İcra Hakimiyyərindən bildirilibki, cari payızda 42 min hektarda taxıl əkiləcəyi gözlənilir. Artıq 27 min 200 hektardan çox sahədə səpin aparılıb. Əkilən sahələrin 6830 hektarı arpa, qalanı isə buğdadır. Səpində yüksək reproduksiyalı toxumlardan istifadə olunur.
Hazırda rayonun qalan ərazilərində əkinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff