Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Şamaxıda yazlıq bitkilərin əkini davam edir.
Rayon statistika idarəsindən “Şirvan”a bildirilib ki, indiyədək Şamaxıda 2477 hektarda yazlıq bitkilər əkilib. Əkilən sahələr ötən ilin müvafiq dövründəkindən iki dəfədən çoxdur.
Yazlıq əkinlərin 2328 hektarı dənli-paxlalılardır. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1925 hektar artıqdır.
Bölgədə 97 hektarda yonca, 37 hektarda kartof, 15 hektarda tərəvəz də əkilib. Fermerlər, eləcə də fiziki şəxslər yazlıq əkinləri vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.
Şamaxıda 2477 hektarda yazlıq bitkilərin əkini başa çatdırılıb
Date :3-04-2019, 15:51
Views :1 536
Share
Other news
1/5