booked.net

Şamaxı üzümçüləri quru budamanı başa çatdırıblar


Şamaxı rayonunda üzümçülükdə mühüm aqrotexniki tədbir olan quru budama işləri başa çatdırılıb.
Hazırda Şamaxıda 1835 hektar üzüm bağı var. Bağların da 1673 hektarı bar verir. Plantasiyalarda yüksək məhsuldarlıq üçün zəruri olan quru budama mütəxəssislərin nəzarəti altında aparılıb. Bu işdə 800 nəfərdən çox işçi çalışıb.
Qeyd edək ki, quru budama ilə yanaşı, plantasiyalarda cərgə aralarının şumlanması da yekunlaşıb. Hazırda bağlarda bağlama işləri aparılır, habelə xəstəliklərə qarışı profilaktik tədbirlər görülür.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff