booked.net

Şamaxıda üzüm yığımı sürətlə davam edir. Artıq plantasiyalardan 10308 ton məhsul yığılıbki, buda ötən ilin ümumi məhsul istehsalından 337 ton çoxdur


Vaxtilə üzümçülük sahəsi ilə məşhur olan Şamaxı rayonunda bu günlər mövcud bağlardan məhsul yığımı sürətlə davam edir və artıq plantasiyalardan 10308 ton məhsul dərilib. Bu göstərici ötən ilin ümumi məhsul istehsalından 337 ton çoxdur.
Rayon Statistika İdarəsindən “Şirvan” na bildirilib ki, Şamaxıda son illər üzümçülük sürətlə inkişaf edir. Plantasiyaların sahəsi 1793,3 hektara çatdırılıb ki, bunun da 1612 hektarı məhsuldardır.
Hazırda bütün plantasiyalarda, o cümlədən “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lərə məxsus bağlarda, Sabir, Şəhriyar qəsəbə, Mədrəsə, Meysəri, Mirkənd, Çarhan və digər ərazi dairələrində məhsul yığımı davam edir və yığılan üzüm emal müəssisələrinə göndərilir. Fermerlərin və fiziki şəxslərin yetişdirdikləri süfrə üzümü isə birbaşa bazarlara çıxarılır.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff