booked.net

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və səfirliyin əməkdaşları Şamaxıya səfər edib.


Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və səfirliyin əməkdaşları Şamaxıya səfər edib.
Səfər çərçivəsində xanım Viktoria Romero Şamaxı Yaradıcılıq Mərkəzində “Meksika memarlığının şah əsərləri” adlı sərgidə iştirak edib. Sərgidə nümayiş olunan Meksikalı illüstrator Teresa Castelló Yturbidenin, bir sıra Azərbaycanlı rəssamların və fotoqraf Aydın Sadıxovun Meksikanın mədəniyyətini, incəsənətini və qədim tarixi abidələrini əks etdirən əsərləri barədə xanım səfir özü tədbir iştirakçılarına məlumat verib. 
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Heydər Əliyev Fondunun rayonun mədəniyyət mühitinə böyük hədiyyəsi olan Şamaxı Yaradıcılıq Mərkəzində belə maraqlı layihənin keçirildiyinə görə sakinlər adından Meksikanın Azərbaycandakı Səfirliyinə təşəkkürünü bildirib.
Tədbirdən sonra xanım səfir Şamaxı şəhərində yerləşən Azərbaycanın ən qədim məscidi olan Cümə Məscidi, sonra isə Şamaxı Astrofizika Rəsədxanasında olub.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff