booked.net

Şamaxı: əhalinin növbəti siyahıyaalınması kampaniyasına uğurla start verilib


Oktyabrın 1-dən ölkəmizdə mühüm dövlət tədbiri olan əhalinin siyahıyaalınması kampaniyasına başlanılıb. On gün ərzində icrası reallaşdırılacaq tədbirə Şamaxı rayonunda da ciddi hazırlıqla start verilib.
Müsahibimiz Rayon Statistika İdarəsinin rəisi Azər Məmmədovdur.
-Rayonumuzda əhalinin növbəti siyahıyaalınması məqsədilə görülən işlər haqqında nə deyə bilərsiniz?
-Bu mühüm dövlət tədbiri Prezident İlham Əliyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən keçirilir. Bölgənin inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsi nəticəsində rayon ərazisi 7 siyahıyaalma, 69 təlimatçı və 349 sayıcı məntəqəsinə bölünüb, siyahıyaalınmaya cəlb olunan işçilərə olan tələbat müəyyən edilib, siyahıyaalma məntəqələri işçilərlə komplektləşdirilib. Belə ki, 1 nömrəli siyahıyaalma məntəqəsi Şamaxı şəhərində yaradılıb, onun tərkibində 11 təlimatçı və 55 sayıcı məntəqəsi (Şəhriyar qəsəbəsi də daxil olmaqla) var. 2 nömrəli siyahıyaalma məntəqəsi isə Mədrəsə qəsəbəsi də daxil olmaqla, yenə də Şamaxı şəhərində yaradılıb, tərkibinə 11 təlimatçı və 53 sayıcı məntəqəsi daxil edilib. Habelə 3 nömrəli siyahıyaalma məntəqəsi Sabir qəsəbəsi daxil olmaqla, Şamaxı şəhərində fəaliyyət göstərir. Tərkibində 12 təlimatçı və 57 sayıcı məntəqəsi var.
Kənd yerlərində yaradılan siyahıyaalma məntəqələrinin tərkibinə 35 təlimatçı və 184 sayıcı məntəqəsi daxildir.
-Siyahıyaalmanın uğurlu keçirilməsi, əhali arasında maarifləndirmə işlərinin təşkilindən çox asılıdır.
-Bu məqsədlə əhalinin məlumatlandırılması üçün zəruri forma və metodlardan istifadə edilib. Tədbirlərimiz “Dayanıqlı gələcək naminə siyahıyaalınmada öz töhfəni əsirgəmə!” şüarı
altında keçirilib. Təşviqat xarakteri daşıyan bannerlər və plakatlar bütün rayonda müəyyən olunan dislokasiyalar üzrə yerləşdirilib.
Siyahıyaalmadan əldə olunan məlumatları necə qiymətləndirirsiniz?
-Bu, ölkənin sosial-iqtisadi inkişaf sahəsində siyasətin formalaşdırılması, qəbul edilən inkişaf strategiyaları və proqramların səmərəliliyinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
-Əhəmiyyətli işinizdə sizə uğurlar arzulayırıq.
-Sağ olun.

K.Məmmədova
"Şirvan" az


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff