booked.net

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı icra hakimiyyətinin məsul əməkdaşları və ərazi icra nümayəndələri ilə video-müşavirə keçirib


May ayının 2-də  rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və başçının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirak ilə video-müşavirə keçirilib.
 Müşavirədə ölkədəki xüsusi karantin rejimi, yumuşaltma tədbirləri və sosial izoliasiya işləri müzakirə olunub. Bildirilib ki, prezident cənab İlham Əliyev tərəfindən vəzifəli şəxslərin qarşısında tələb qoyulub ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər yerlərdə davam etdirilməli, ölkədə tətbiq olunacaq yumşaltma tədbirlərinə baxmayaraq kütləvi toplaşmaların, xüsusilə də mərasimlərin kütləvi keçirilməsinin qarşısı alınmalı, sosial izoliasiya tələblərinə əməl edilməlidir.
 Dövlət tərəfindən aparılan işlər, aztəminatlı ailələrə yönəlmiş sosail siyasətdən danışılan müşavirədə, yardım və müavinətlərin davam etdiriləcəyi bildirilib. Eyni zamanda qeyd edilib ki, bu sosial addımlardan öz maraqları üçün sui-istifadə halları yolverilməzdir və belə şəxslərə qarşı qanunamüvafiq qaydada ən sərt tədbirlər görüləcəkdir.
 Qeyd edək ki, ölkədə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi elan olunub. Kütləvi tədbirlər, eyni zamanda rayon icra hakimiyyətində daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyari görüşlər təxirə salınıb. Buna görə də Şamaxı Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff