booked.net

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və yeni hazırlanması zərurəti yaranmış normativ hüquqi əhalinin sosial rifahına xidmət edir


“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və yeni hazırlanması zərurəti yaranmış normativ hüquqi əhalinin sosial rifahına xidmət edir

2020-12-22
Büdcə zərfinə daxil edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğv edilməsi və bundan irəli gələrək dəyişiklik və yeni hazırlanması zərurəti yaranmış normativ hüquqi əhalinin sosial rifahına xidmət edir.
“Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi ilə həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir.
Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur.
Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.
Qanunun 19-cu maddəsinin ləğv edilməsi ilə dəyişikliklər edilməsi zərurəti yaranan NHA-lar hüquqi normativ “Sosial müavinətlər haqqında” AR Qanununa dəyişikliklər ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur.
Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur.
Şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla) AR Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).
Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan 300 manatadək artırılması təklif olunur(bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).
Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün 100 manatdan 130 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).
Böyük Vətən Müharibəsi iştirakçılarına AR Prezidentinin təqaüdünün məbləğinin 150 manatdan 300 manatadək artırılması təklif olunur(bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə (19-cu maddənin ləğvi) ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.
“Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200 (elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.
Qanunun 19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsi üçün Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə, siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunur.
Şəhid Statusu – Əsas Tələblər və İmtiyazlar
Şəhid hesab edilənlər:
1. hərbi qulluqçular – ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (və digər xüsusi xidmət orqanlarının əməkdaşları)
2. mülki vətəndaşlar - erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar
Şəhid hesab edilməsi üçün tələb olunan sənəd:
- Hərbi qulluqçulara münasibətdə: hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə hallarında isə məhkəmə qətnaməsi
- Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) YİHO-nın verdiyi arayış
Müraciət edilən dövlət qurumu:
1. Hərbi qulluqçulara münasibətdə:
- gizir və zabit heyəti üçün – MN, DİN, DTX, XKX, DSX, XDMX (hansı orqanda xidmət edibsə)
- əsgərlər üçün – Səfərbərlik Xidmətinin (SHXÇDX) yerli bölmələri (komissarlıqlar)
2. Mülki vətəndaşa münasibətdə: rayon (şəhər) YİHO.
Sənədlər əsasında şəxsə şəhid, ailəsinə şəhid ailə üzvü statusu verilməsi barədə 1 aydan gec olmayaraq arayış verilir və həmin arayış əsasında ƏƏSMN-nin yerli şöbələri tərəfindən şəhid ailəsi vəsiqəsi verilir. 
Sosial təminat hüququnun yaranması vaxtı:
- pensiya və müavinət üzrə - şəhid ailə üzvlərinin pensiya və müavinət alma hüququ şəhidin həlak olduğu gündən yaranır.
- AR Prezidentinin təqaüd üzrə - şəhid ailəsi statusuna dair arayışın verildiyi tarixdən yaranır.
Əsas imtiyazlar: 
Qeyd: 11 min manat sığorta ödənişi və 3 min manat dəfn üçün maliyyə yardımı istisna olmaqla, şəhid ailələrinin (mülki və hərbi) hüquqları bərabərdir.
- birdəfəlik sığorta ödənişi - həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən).
- Dəfn mərasiminin təşkili və keçirilməsi üçün maliyyə yardımı – Həlak olmuş şəxslərin valideynlərinə (nümayəndələrinə) yas mərasiminin təşkili üçün 3 000 manat məbləğində maliyyə yardımı ödənilir.
-  AR Prezidentinin təqaüdü (aylıq) - şəhid ailəsinə 300 manat AR Prezidentinin təqaüdü ödənilir (ƏƏSMN tərəfindən).
- ailə başçısını itirməyə görə pensiya (aylıq) - şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə (ƏƏSMN tərəfindən).
- pensiya əlavəsi (aylıq) - şəhid ailə üzvlərinin əmək pensiyasına 93,5 manat əlavə hesablanır (ƏƏSMN tərəfindən).
- ailə başçısını itirməyə görə müavinət (aylıq) - şəhidin pensiya hüququ olmadıqda hər bir ailə üzvü 80 manat məbləğində müavinət alır (ƏƏSMN tərəfindən).
- mənzil təminatı - 01.01.2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailə üzvlərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır. Bu tarixdən sonra yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
- sanatoriya-kurort müalicəsi - şəhid ailə üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (ƏƏSMN tərəfindən).
- təhsil - şəhid uşaqları təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).
Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar:
1. ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (ARƏBM)
2. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (HXVYY)
Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənəd:
- Xəstəlik haqqında Şəhadətnamə - hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edir.
- Göndəriş (forma 88) – öncəki sənəd əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.
Müraciət edilən dövlət qurumu:
- Xəstəlik haqqında Şəhadətnamə üçün – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya digər hərbi həkim komissiyaları (xidmət keçdiyi orqandan asılı olaraq).
- Göndəriş (forma 88) üçün – şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir.
- Təyinat – yuxarıda qeyd olunan sənədlər elektron qaydada ƏƏSMN-ə təqdim edilir və Nazirlik tərəfindən qiymətləndirmə və təyinat aparılır.
Sosial təminat hüququnun yaranması vaxtı:
- pensiya və müavinət üzrə - əlillik dərəcəsi müəyyən olunduğu gündən yaranır.
- AR Prezidentinin təqaüdü üzrə - əlillik səbəbi müəyyən edildiyi gündən yaranır.
Əsas imtiyazlar: 
- birdəfəlik sığorta ödənişi - əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir (“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən).
- AR Prezidentinin təqaüdü (aylıq) - əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində AR Prezidentinin təqaüdü ödənilir (ƏƏSMN tərəfindən).
- Əlilliyə görə pensiya (aylıq) – I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə isə hüququ olduqda (ƏƏSMN tərəfindən, orta məbləğ 400-500 manat).
- müavinət (aylıq) – əlilliyi müəyyən edilmiş şəxslərəin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan 130, III dərəcə əlilliyi olan 110 manat məbləğində müavinət alır (ƏƏSMN tərəfindən).
- mənzil təminatı - 01.01.2014-cü ilədək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış ARƏBM ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi ƏƏSMN tərəfindən bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.  İndiyədək ƏƏSMN tərəfindən 9000-dən artıq mənzillər təqdim edilib.
- avtomobil təminatı - əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə bu şəxslərə minik avtomobilləri təqdim olunur. İndiyədək ƏƏSMN tərəfindən 7000-dən artıq şəxsə avtomobil təqdim edilmişdir.
- sanatoriya-kurort müalicəsi – əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (ƏƏSMN tərəfindən).
- reabilitasiya vasitələri – əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər (ƏƏSMN tərəfindən).
- reabilitasiya müalicəsi – bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursu keçirlər (ƏƏSMN-nin ölkə üzrə reabilitasiya mərkəzlərində).
- təhsil – ARƏBM ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff