booked.net

Şamaxı: yollarda hərəkətin təhlükəsizliyi üçün tədbirlər görülür


Rayonda fevralın 23-ü gecə saatlarından yağan qar bu gün də davam edir.

 Şamaxı şəhərində qarın hündürlüyü 12-14 santımetrə, şimal dağlıq ərazilərdə, o cümlədən Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəyli, Sis və Dəmirçi kəndlərində 20-25 santımetrə çatıb. Qar bölgədə hələlik heç bir ciddi fəsad törətməyib. 
Səhər tezdən yollarda hərəkətin təhlükəsizliyi üçün ciddi tədbirlər görülür. Bu işə “19 saylı xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-nin 10-dan artıq texnikası cəlb olunub. Şəhərin küçələrində, dağ kəndlərində, habelə Bakı-Şamaxı-Yevlax yolunun şəhər ərazisindən keçən hissəsində təmizlik işləri görülür, qum-duz qarışığı səpilir.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff