booked.net

Şamaxıda kartof əkininə başlanıb


Şamaxı rayonunun torpaq mülkiyyətçiləri ənənəvi sahə olan kartof əkininə start veriblər və hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, az vaxtda 50 hektarda əkin aparılıb.
Rayon Statistika idarəsindən “Şirvan”a bildirilib ki, ki, cari mövsümdə 360 hektardan çox kartof əkini gözlənilir. Kartof əsasən rayonun şimal dağlıq ərazilərində, xüsusilə Qızmeydan, Çarhan, Ərçiman və bir sıra digər ərazi vahidlərində əkilir.
Qeyd edək ki, son illər bölgədə kartofçuluğa maraq artır. Keçən il 355,5 hektar sahədən 2390 ton məhsul istehsal edilib. Əkin sahəsi inişilkindən 86 hektar, istehsal isə 619 ton çox olub.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff