booked.net

Şamaxıda yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib


Şamaxıda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda müşavirə keçirilib. Açıq havada təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, FHN-in DYMX-nin Şamaxı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, əlaqədar qurumların əməkdaşları, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirədə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, yüksəkgərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eləcə də biçilmiş taxıl sahələrinin, quru otun, kol-kos və məişət tullantılarının yandırılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.
Seminar-müşavirədə, habelə yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyun götürülməsinə şəraitin yaradılması, mövcud texnikalardan maksimum səmərəli istifadə olunmasının vacibliyi və digər tələblər diqqətə çatdırılıb, suallar cavablandırılıb.
Tədbirdə son günlər dünyanın ayrı-ayrı ölkələrində meşə yanğınlarının geniş yayıldığı bildirilib, hər kəsin bu sahədə daha ehtiyatlı və məsuliyyətli olmasının vacibliyi diqqətə çatdırılıb. Habelə, Türkiyə Respublikasında baş verən meşə yanğınlarının söndürülməsi məqsədilə ölkəmizdən gedən yanğın-xilasetmə qüvvələrinin tərkibində Şamaxıdan olan qrupun fəaliyyətindən danışılıb, ötən həftə Ağsu və Şamaxı rayonlarının ərazilərində baş verən yanğınların qarşısının peşəkarlıqla alındığı qeyd olunub.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff