booked.net

Şamaxıda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna seçim turu təşkil olunub


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən seçim turunda fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən 13-17 yaş arasında olan 19 uşaq iştirak edib. Görüşdə intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva bildirib ki, Forumun keçirilməsi ilə uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakları təmin edilir, onlara bu problemlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaradılır.
Seçim turunda intellektual səviyyəsi yüksək olan, məktəbin ictimai həyatında fəal iştirak edən, xüsusi bacarıqları ilə fərqlənən 2 uşaq Forumda iştirak etmək hüququ qazanıb.



Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff