Mayın 13-də Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçirilib.
Görüşdə gənc mədəniyyət işçiləri arasında bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda gənclərə ünvanlanan çağırış və mesajlar barədə fikir mübadiləsi aparılıb.
Tədbirin əsas məqsədi gənc mədəniyyət işçiləri arasında mədəniyyətlərarası dialoq strategiyasının yaradılması zəruriliyinin, mövcud problemlərin və münaqişələrin hərb vasitəsi ilə yox, maliyyə, siyasi və mədəni vasitələrlə həll edilməsi barədə təsəvvürlərin formalaşdırılmasıdır.
Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında tolerant və multikultural ölkədə yaşamanın müsbət tərəflərindən, birgəyaşayış, bir-birinə hörmətlə yanaşma, müxtəlif mədəniyyətləri və dinləri qəbul etmənin vacibliyindən danışıb. Bununla yanaşı, mədəni dəyərlərin məhv edilməsi, oğurlanması və mənimsənilməsinin qarşısının alınması məsələsinə də xüsusi önəm verilib.
Elmi katib Cavid Əliyev “Azərbaycanın ədəbi irsində multikulturalizm izləri” adlı məruzəsində ədəbi irs nümunələrimizdə xalqımıza aid multikultural dəyərlərin əks etdirilməsindən danışıb.
Şöbə müdiri Nurəddin Babazadə bir daha vurğulayıb ki, mədəniyyətlərarası problemlərin və münaqişələrin həlli ancaq qarşılıqlı anlaşma və dialoq vasitəsilə həyata keçirilməlidir.
Mərkəzin əməkdaşları Aygün Balabəyova məruzəsində əsası “Bakı Prosesi” ilə qoyulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixindən, ümumi missiyasından, Ceyhun Əhmədov isə Forumda gənclərə ünvanlanan mesajlardan və mədəniyyətlərarası dialoqun əhəmiyyətindən danışıblar
Görüş zamanı gənclər arasında geniş fikir mübadiləsi aparılıb.
Mədəniyyətlərarası dialoqun dəstəklənməsində mədəniyyət müəssisələrinin potensialı müzakirə olunub
Date :14-05-2019, 15:46
Views :3 399
Share
Other news
1/5