booked.net

“Sosial layihələr” müsabiqəsi çərçivəsində Şamaxıda "Üçüncü Bahar" Festivalı keçirilib


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində sentyabrın 12-də Şamaxıda "Üçüncü Bahar" Festivalı keçirilmişdir.
Festivalda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları, Şamaxı rayon Ağsaqqallar Şurasının üzvləri, “Regional İnkişaf” İctimai Birliyinin "Kapital Bank"ın və “Üçüncü Bahar” İctimai Birliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı Şamaxı şəhərində fəaliyyət göstərən “YAŞA” mərkəzinin üzvlərinin  rəsm, toxuma, dekorativ güllər, oyuncaqlar, vitraj, taxta üzərində oyma və s.ibarət əl işləri nümayiş etdirilmişdir. Tədbir zamanı iştirakçılar masaüstü oyunlar, ustad dərslərində maraqla iştirak ediblər. 
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə ahıl insanlara göstərilən dövlət qayğısından, həmçinin bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər barədə tədbir iştirakçılarına geniş məlumat verərək milli-mənəvi dəyərlərimizin qorunması sahəsində ağsaqqallıq institunun inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bildirdi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov və digərləri  respublikamızda bütün kateqoriyadan olan vətəndaşların, o cümlədən yaşlı nəslin nümayəndələrinin sosial rifah halının yaxşılaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülmüş işlərdən söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladılar.
Tədbirin bədii hissəsində, “Bahar ahəngi” yaşlılardan ibarət xor kollektivinin ifası, poeziya səhnəciyi, yaşlı nəsil nümayəndələrinin musiqi ifaları dinlənilib.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff