booked.net

“Nizami Gəncəvi - sönməz günəşin hikmət dəryası” mövzusunda şeir müsabiqəsi keçirilib


“Nizami Gəncəvi - sönməz günəşin hikmət dəryası” mövzusunda şeir müsabiqəsi keçirilib

2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlər çərçivəsində Şamaxıda rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Nizami Gəncəvi - sönməz günəşin hikmət dəryası” adlı onlayn şeir müsabiqəsi keçirilib.  Onlayn tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi, fəxri mədəniyyət işçisi Rəfail Tağızadə, rayon Uşaq, Gənclər İnkişaf Mərkəzinin direktoru Böyükxanım Rəhimova 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin Azərbaycan ədəbiyyatına göstərilən diqqətin nəticəsi olduğunu vurğulayaraq Nizami Gəncəvinin yaradıcılığı, ədəbiyyatımızda özünəməxsus yeri haqqında danışıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
Sonra şagirdlər ədibin müəllifi olduğu əsərlərdən şeirlər təqdim edərək müsabiqəyə qoşulublar. Müsabiqədə rayonun şəhər, qəsəbə və kəndlərinin 10 ümumtəhsil məktəbindən 30 şagird iştirak edib.
Sonda müstəqil münsiflər heyətinin verdiyi xallar əsasında müsabiqənin qalibləri seçilib. Qaliblər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff