20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektiivləri, həmçinin ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət etmişdir.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunmuşdur.
Rayon rəhbərliyi tərəfindən şəhidlərin ruhuna ucaldılmış abidənin önünə əklil qoyulmuş, məzarlar üzərinə tər çiçəklər düzülmüşdür.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və rayon ictimaiyyətinin nümayəndələri Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxunmuşdur.
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.
20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar Şamaxı şəhərinin Şəhidlər xiyabanında anım mərasimi keçirilmişdir
Date :20-01-2022, 18:30
Views :997
Share
Other news
1/5