booked.net

Şamaxı rayonunda abadlıq və quruculuq işləri çərçivəsində elektrik şəbəkəsi və qaz təchizatı sahəsində də yenilənmə işləri aparılır.


Şamaxı rayonunda abadlıq, tikinti və yenidənqurma işlərinin geniş vüsət aldığı bir vaxtda əhalinin rifah halının daha da yüksəldilməsi üçün rayonun kənd və qəsəbələrində elektrik şəbəkəsi və qaz təchizatı sistemində yenilənmə uğurla davam etdirlir. Tətbiq edilən “bir pilləli” tənzimləmə sistemi hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Evlərə təbii qazın verilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq rayonun Şəhriyar qəsəbəsi və Çuxuryurd kəndində işlər davam etdirlir. Hazırda həmin yaşayış məntəqələrində diametri 159 mm-lik orta təzyiqli daşıyıcı yeni qaz xətlərinin tikintisi tamamlanmaq üzrədir.

1 mart 2022-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov və Azəriqaz İB-nin məsul şəxsləri yeni qaz xəttinin tikintisi ilə yerində tanış olub, sakinlərlə görüşərək onların arzu və istəklərini, eyni zamanda görülən işlərlə bağlı minnətdarlıqlarını dinləyiblər.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff