booked.net

Şamaxıda şəhid analarının iştirakı ilə "8 Mart" Beynəlxalq Qadınlar Günü qeyd olundu


Azərbaycan qadını müqəddəs ana şərəfini daim uca tutub, tarix boyu öz mübarizliyi ilə tanınıb. Qadınlarımız ölkəmizin müstəqilliyi dövründə də ictimai-siyasi, mədəni həyatda fəal iştirak edirlər. Vətənin müdafiəsində və dövlətin idarəsində, böyüməkdə olan nəslin milli ruhda, vətənpərvər tərbiyəsində hər zaman fədakarlıq göstərən Azərbaycan qadını ən yüksək hörmətə və ehtirama layiqdir.

5 mart 2022-ci il tarixində Şamaxı rayon Mədəniyyət Mərkəzində şəhid ailələrinin iştirakı ilə "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsini yad etmiş və onların Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət açıb.

Daha sonra natiq şəhid ailələrinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın göstərdiyi yüksək diqqət və qayğıdan danışıb.

Hər il ənənəvi olaraq 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edən Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda qadınların xidmətləri əvəzsizdir. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır.

Rayon rəhbəri çıxışının sonunda şəhid analarını və şəhid xanımlarını "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında dövlətimizin əsaslarının möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafında, eyni zamanda ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş vətən oğullarının yetişməsində Azərbaycan qadınının rolundan geniş söhbət açıb, şəhid analarını "8 Mart" Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Digər çıxışçılar- YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, şəhid anası Güllü Babaşova ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə edib, onların hər bir azərbaycanlının qəlbində daim yaşayacaqlarını və gələcək nəslillərə örnək olacaqlarını bildiriblər.

Tədbirin sonunda şəhid ailələrinə gül dəstələri və hədiyyələr təqdim olunub.


Share
Other news
Shirvanqazeti.az © 2o1o-2o17 - All rights reserved.
- Created^ Tural Rasuloff